news-inner
clock17:25 calendar-gray 24 Sentyabr 2020 view-gray1010 dəfə oxunub
view-gray1010 dəfə oxunub

Mən ki Allah deyiləm, uşaqları aldadım... – Yeni imza

Kulis.az “Yeni imza” layihəsindən gənc şair Məsim Rəfilinin şeirlərini təqdim edir.

1.

Çox uzaqdan duyulur ağlayan uşaq səsi,
Dərdi yaşından böyük, boyu qəmdən balaca.
Titrək səslə ağlayır, kəsilibdir nəfəsi,
Doğulanda bilmirdi, qurban gedir harasa.

Gözləri gül misalı, üst başı tıkanlıdı,
Sığınıbdır metroda anasının bağrına.
Deyir, kömək eləsin, kimlər ki, imkanlıdı
Mən ki, Allah deyiləm, mən nə edim ağrına?

Gözlərinin yaşını yanağından qoparım,
Alım səni əllərdən, boynunu əyməsinlər.
Ey balaca qızcığaz, səni hara aparım?
Bu balaca yaşında, xətrinə dəyməsinlər?

2.

Mən ki Allah deyiləm, xarüqələr yaradım,
Mən ki Allah deyiləm, yatmışları oyadım
Alım qara buludu səmaları görməsin
Müharibə olmasın, günahsızlar ölməsin

Mən ki Allah deyiləm, ərdən bezən qadının
Qarğışını qoparım günahsız dodağından
Mən ki Allah deyiləm, ərin sevən qadının
Ərinə insaf verim, səs sorağı gəlməsin
Başqa qadın evindən, özgə yar otağından...

Mən ki Allah deyiləm, gedənləri saymadım
"Atan uzaqlardadı, anan uzaqlardadı"
"Gözünü yum balaca, gözünü aç gələcək"
Mən yalançı deyiləm, yalançı cümlələrlə
Anasını itirən uşaqları aldadım.

Mən ki Allah deyiləm – mən bir Allah bəndəsi...
Mənim də göy üzümə Ay gecələr gülmədi
Yalançılar mənə də danışıblar yalanı:
"Anan uzaqlardadı, gözünü yum gələcək"
Yumuludu gözlərim, niyə anam gəlmədi?

3.

Məktub yazıram sənə, bəlkə də son məktubu...
Ey ömrümün günəşi, ey gecəmin ulduzu,
Mən səni unutmuşam, gəl sən də unut bunu.
Mən səndən savayı unutmuşam nələri
Unutmuşam özümü, unutmuşam deyəsən
Gözümdən oxuya bilmədiyin kədəri
Bəlkə bu məktubu oxuyanda biləsən
Sən gedəndən ayrılıq həsrətinə qarışıb
Bəlkə də bu məktubu buna görə yazmışam.
Gecələrə sığınıb, bəlkələrdən yapışıb
Məktubdakı adamı bəlkələrdən asmışam...
Mən gedirəm, əzizim, çıxmayacam yoluna
Sən məni unutmusan, mən səni unutmuşam
Yada salmaq istəsən bax məktubun sonuna
Məktubun ən sonuncu nöqtəsində qalmışam...

4.

Qapının önündə qonaq saxlama
O köhnə evinə qonaq gəlmişəm
Yanında xatirə, kiçik bağlama
İlk görüş yerindən çiçək dərmişəm

Qapının önündə qonaq saxlama
Mən səni uzaqdan görüb gedəcəm
Gəl sənə sirr açım, amma ağlama
Bir günlük qonağam, görüb gedəcəm

Məni yoxluğunla belə yoxlama
Demə evdə yoxsan çətin dözəcəm
Qapının önündə məni saxlama
Bir günlük qonağam ölüb gedəcəm.

5.

Qadının evi olmur, olur evin qadını,
Unudulan qadını xilas etmir mələklər.
Hiss eləmir çoxdandı həyatının dadını,
Yıxıb onun evini yalan dolan kələklər.
Mətbəxdən çıxmaq üçün, icazəni neynəsin?
Ərindənmi almalı?
Ya almalı fələkdən?
Yorğun olur gündəlik,
Bezdirir ev işləri, unudur öz adını,
Yuxu tutur mətbəxdə, ayılanda görür ki,
Yatmağa vaxtı yoxdu, olur evin qadını...
Yanağından axan yaş, yeməyinə süzülür,
Yanağından axan yaş, yeməyinə dad qatır,
Gözlərinin önünə xatirələr düzülür.
Günü gündən yaşlanır,
Çökür göz qapağına illərinin həsrəti,
Yaşadığı evində qəm-kədərdən savayı,
Nə bir xoş rəftar görür, nə də ər məhəbbəti.
Qadının evi olmur, olur evin qadını,
Yaş üstünə yaş alır,
Hər gün bir az qocalır, solur evin qadını...

news-inner-user

18055 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

İki dəfə oğlu ilə sürgün olundu, ac qalmamaq üçün şahın qızıl saatını satdı, oxuya-oxuya öldü – Əməkdar artistin dram dolu həyatı
14:41 01 Mart 2021
Azərbaycanda yeni muzeyin açılışı oldu - Dünyada ilk dəfə
13:54 01 Mart 2021
Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyanın iclası keçirildi
13:06 01 Mart 2021
Gözəlliyinə görə vəzifəyə gedən qadınlar
12:17 01 Mart 2021
Sosial şəbəkələrdəki duyğu mazoxistləri
11:45 01 Mart 2021
"Qızıl Qlobus"un sahibləri bəlli oldu - Fotolar
11:20 01 Mart 2021
Azərbaycanlı yazıçı anasından roman yazdı
11:06 01 Mart 2021
Mədəniyyət naziri Türkiyəyə gedib
09:59 01 Mart 2021
Ürək cərrahı Rəşad Mahmudov: “Şairlərin ürəyi fərqli deyil” – Müsahibə
09:00 01 Mart 2021
Həkimlərin əməliyyat masasında qoyub qaçdığı Nəzakət Məmmədova: Əri onu hər gün döyürdü
12:37 28 Fevral 2021
Karvan dayandı - Ənvər Məmmədxanlının hekayəsi
16:47 27 Fevral 2021
Azərbaycanlı rəssamın əsəri Türkiyə Prezidentinə hədiyyə edildi - Foto
15:31 27 Fevral 2021
Azərbaycan yazıçıları Sankt-Peterburqun nüfuzlu ədəbiyyat müsabiqəsində - İlk dəfə
14:16 27 Fevral 2021
Məşhur klarnetçiyə ağır itki
13:04 27 Fevral 2021
Özünü efirə satmaq istəyən Xatirə İslam
12:30 27 Fevral 2021
Yazıçımızın Fransada romanı çıxdı
11:29 27 Fevral 2021
"Washington Post" Azərbaycan mətbəxindən yazdı
10:32 27 Fevral 2021
Cəfər Cabbarlı bu filmdə nəyə etiraz edirdi? – “Sevil”in kadrarxası
09:00 27 Fevral 2021
Çağırdım bir qadını qızlıq familyasıyla - Akif Əhmədgildən şeirlər
21:00 26 Fevral 2021
Rübabə Muradovanın qızı vəfat etdi
18:12 26 Fevral 2021