Pelevinin 700 səhifəlik romanı nədən bəhs edir? – Təqdimat

Pelevinin 700 səhifəlik romanı nədən bəhs edir? – Təqdimat
1 sentyabr 2020
# 17:04

Viktor Pelevin çağdaş rus postmodern nəsrinin ən ünlü nümayəndələrindən biridir. O, azərbaycanlı oxucular arasında da böyük nüfuza malikdir. Yazıçının “Omon Ra” romanı və xeyli hekayəsi dilimizə tərcümə olunub.

Həmişə mətbuatdan və canlı ünsiyyətdən qaçan Pelevin öz sirli aurasını hələ də qorumaqdadır.

Bu günlərdə “Eskimo” nəşriyyatında V.Pelevinin “Yenilməz Günəş” adlı yeni romanı çap edildi və oxuculara təqdim olundu.

Son səkkiz ildə Viktor Pelevin yerli oxucular arasında davamlı bir refleksi inkişaf etdirib. O, hər il avqust ayında ilin əsas tendensiyalarını əks etdirmək, ümumiləşdirmək və geniş, məcazi və hazırcavab bir şərh vermək üçün yeni kitabını təqdim edirdi. Bu dəfə ilin əsas hadisəsi olan koronavirus pandemiyası növbəti romanın gözləntisi barədə xəbərləri yubatdı. Romanı oxuyanların dediyinə görə, koronavirus pandemiyası barədə romanın səhifələrində müəyyən məqamlar vardır.

700 səhifəlik romanın qəhrəmanı Saşa Orlova otuz yaşında, orta dərəcədə mütərəqqi fikirlərə sahib, xüsusi peşəsi olmayan, mənəvi ehtiyacları olan bir qızdır. O, kiçik bir mənzildə, əsasən makaron satışı üzrə sahibkar olan atasının pulu ilə yaşayır. Saşanın atası nəinki böyümüş qızına, həmçinin onun anasına, yəni keçmiş həyat yoldaşına sonrakı ailəsi ilə birlikdə dəstək olur, maddi kömək edir.

Saşa Orlova otuzuncu doğum günündə varlı atasından "xəyal gəzintisi" üçün 30 min avro hədiyyə alır. Ata ümid edir ki, Saşa dünyanı zövqlə gəzərək, özünə gələcək, bohem vərdişlərindən imtina edəcək və özünə nəhayət normal bir iş tapacaq. Ancaq bahalı bir kurortda istirahətə getmək əvəzinə, Saşa köhnə dəlisov layihəsini həyata keçirməyə qərar verir və macəra dolu səfərə çıxır.

Saşanın yoldakı ilk dayanacağı İstanbul onun üçün dönüş nöqtəsi olur. Ayasofya məbədində Saşa So adlı yaşlı, cazibədar bir milyonçu ilə görüşəcək və bu görüşlə qəribə hadisələrin ardıcıllığı başlayacaq.

"Yenilməz Günəş"ə Pelevinin "Fuji dağının gizli görüşləri" romanının bir növ "qadın" antitezisi kimi də baxmaq olar.

# 4762 dəfə oxunub

Oxşar xəbərlər

Böyük sənətkarlar, unudulmaz görüşlər, Laçında qalan izlər

Böyük sənətkarlar, unudulmaz görüşlər, Laçında qalan izlər

14:27 13 noyabr 2026
Botticellinin 10 milyon funtluq əsəri yenidən sərgidə - 90 ildən sonra Oksforda qayıtdı

Botticellinin 10 milyon funtluq əsəri yenidən sərgidə - 90 ildən sonra Oksforda qayıtdı

14:13 13 noyabr 2026
Hər şeyi əvvəlcədən bilsək, həyatımız necə olardı? – Təsadüfün fəlsəfəsi

Hər şeyi əvvəlcədən bilsək, həyatımız necə olardı? – Təsadüfün fəlsəfəsi

14:00 13 noyabr 2026
Nasistlərdən qaçan kolleksiyaçının tablosu varislərinə qaytarıldı

Nasistlərdən qaçan kolleksiyaçının tablosu varislərinə qaytarıldı

13:38 13 noyabr 2026
Deputat dərsliklərin keyfiyyətinə nəzarət üçün ekspertiza komissiyası yaratmağı təklif etdi

Deputat dərsliklərin keyfiyyətinə nəzarət üçün ekspertiza komissiyası yaratmağı təklif etdi

13:32 13 noyabr 2026
Bakı Beynəlxalq İncəsənət Festivalında 10 mindən çox tamaşaçı iştirak etdi

Bakı Beynəlxalq İncəsənət Festivalında 10 mindən çox tamaşaçı iştirak etdi

12:22 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər