Azərbaycanlı şairə həsr olunan filmin çəkilişlərinə başlanıldı

Azərbaycanlı şairə həsr olunan filmin çəkilişlərinə başlanıldı
31 avqust 2020
# 15:13

Azərbaycan Televiziyasının Bədii və Sənədli Filmlər Studiyasında poeziyamızın klassiki, görkəmli şair və böyük mütəfəkkir Xaqani Şirvaninin həyatı və zəngin ədəbi irsinə həsr edilən yeni sənədli, tammetrajlı filmin çəkilişlərinə başlanılıb.

Bu barədə filmin ssenari müəllifi, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov məlumat verib. Akademik bildirib ki, çəkilişlər Ədəbiyyat Muzeyində, muzeyin Xaqani Şirvani adına Aran Regional filialında, eləcə də böyük şairin həyat və yaradıcılığının mühüm hissəsinin cərəyan etdiyi Şamaxı, Gəncə və Təbriz şəhərlərində aparılacaq.

Xaqani Şirvaninin sərgüzəştli ömür yolundan bəhs edən tammetrajlı filmi müxtəlif illərdə Azərbaycan rəssamlarının şairin həyat və fəaliyyətinə həsr etdikləri tablolar, heykəltəraşlıq nümunələri, tanınmış xaqanişünas alimlərin bu yaradıcılığa verdiyi qiymətlər, dünya kitabxanalarında, eləcə də Azərbaycan əlyazma xəzinələri və arxivlərində şairin ədəbi irsini əks etdirən əlyazmalardan nümunələr, miniatürlər müşayiət edəcək.

Rafael Hüseynov film çəkilişlərinin ilin sonunadək tamamlanmasının nəzərdə tutulduğunu vurğulayıb.

Sənədli filmə Azərbaycanın Xalq artisti, bəstəkar Siyavuş Kərimi musiqi bəstələyir.

Qeyd edək ki, ekran əsərində Azərbaycanın teatr və kino aktyorlarının ifasında Xaqani Şirvaninin ömür yolunun ayrı-ayrı məqamlarını əks etdirən səhnələşdirmələr də yer alacaq. /azertag.az/

# 3601 dəfə oxunub

Oxşar xəbərlər

Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

16:23 13 noyabr 2026
Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

16:00 13 noyabr 2026
Conni Depp  Skrucla qayıdır

Conni Depp Skrucla qayıdır

15:23 13 noyabr 2026
“Children of Blood and Bone”  filmindən yeni treyler

“Children of Blood and Bone” filmindən yeni treyler

13:04 13 noyabr 2026
Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

12:38 13 noyabr 2026
Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

15:11 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər