news-inner
clock17:29 calendar-gray 27 Avqust 2020 view-gray5688 dəfə oxunub
view-gray5688 dəfə oxunub

Elçiliyə gecə saat 1-də gedən, Cəfər Cabbarlının qızını alan, baba olduğunu eşidəndə dünyasını dəyişən yazıçı – Maraqlı faktlar

Bu gün yazıçı dramaturq Seyfəddin Dağlının doğum günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Görkəmli yazıçı-satirik, şair, jurnalist, tərcüməçi və dramaturq Seyfəddin Əlağa oğlu Abbasov avqustun 27-də 1921-ci ildə Xızıda anadan olub. O, 13 günlük olanda anası Qəmər vəfat edib. Kənddə hansı qadının balaca uşağı varmışsa, körpəni aparırmışlar onun yanına ki, süd versin.

***

Seyfəddinin atası Əlağa Abbasov dövlət qulluqçusu olub, müxtəlif rayonlara işləməyə göndərilib. Elə buna görə də uşaq ata babası Bəhlul kişinin ümidinə qalıb. Bəhlul kişi savadsız adam idi. Amma xeyirxah, əliaçıq, səxavətli olmasıyla özünə hörmət qazanmışdı. Seyfəddin hələ kiçik ikən ailəsi ilə birgə Bakıya köçüb. Orta məktəbi də elə bu şəhərdə oxuyub.

Gallery

Ancaq iş elə gətirir ki, Seyfəddin uşaq ikən Bəhlul kişi dünyasını dəyişir. O, atasıgillə yaşamağa başlayır. Atasının ikinci evlilikdən beş uşağı dünyaya gəlmişdi: iki oğlan, üç qız. Analığı Seyfəddinlə pis rəftar etmirdi. Amma hər halda, doğma ananın da yerini vermir.

***

Seyfəddin Cəfər Cabbarlının xətrini çox istəyər, ona inanardı. Ona görə də uşaqlıqda hərdən acıq eləyəndə onlara gedərmiş. Cəfər Cabbarlı isə onu əzizləyər “Nə olub? İncidiblər səni? Gəl, qal bizdə, mənim oğlum ol” deyərmiş. Çox-çox illər ötəndən, Seyfəddin Dağlı uşaq vaxtı oyunlar oynadığı Cəfər Cabbarlının qızı Gülarə ilə ailə qurandan sonra keçmiş günləri yada salıb zarafatla deyir: “O vaxt Cəfər əmi mənə deyirdi ki, gəl qal bizdə. Yəqin elə o vaxtdan qızını mənə vermək istəyirmiş”.

Gallery

Seyfəddinin on üç yaşı olanda Cəfər Cabbarlı da dünyasını dəyişir. Ondan sonra Seyfəddin daha əvvəlki kimi onlara tez-tez getmir. Başı dərslərinə qarışır. Orta məktəbi bitirib, əvvəlcə texnikumda təhsil alır. İlk iş yeri “Kommunist” qəzetinin redaksiyası olur. Bədii yaradıcılığa isə, orta məktəbdə oxuduğu illərdə başlayır.

***

Günlərin birində Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarəyə elçi düşür. Bunun üçün o, Cəfər Cabbarlının həyat yoldaşı Sona xanımın direktor olduğu Teatr Muzeyinə gedib: “İstəyirəm, Gülarənin taleyini mənim taleyimlə bağlayasan”, deyir. Sona xanım isə “Mən qızımı sənə verərəm”, – deyir. – “Ancaq gərək əvvəlcə Gülarənin özüylə danışasan. Onun fikrini öyrənəsən, biləsən, səninlə ailə qurmağa razıdır, ya yox.”

Gallery

Gülarə xanım xatirələrində deyir: O zaman mən anama dedim ki, yəqin bizim ailə qurmağımızı sən istəmisən. Anam isə dedi ki, nə danışırsan? Neçə dəfə iş yerimə gəlib, səni məndən istəyib. Sabah dərsdən sonra məktəbinizin yaxınlığındakı poçtun qabağında səni gözləyəcək. O vaxta qədər Seyfəddinin məni sevdiyini, mənimlə ailə qurmaq istədiyini bilmirdim. Bir dəfə də olsun, bu barədə danışmamışdı. Ancaq onu görəndə həmişə nədənsə uşaq kimi utanırdım. Biz onunla görüşüb söhbət etdik, mənə dedi ki, bir neçə eyibim var, deyim indidən bil. Onlardan biri xoruldamığım, o biri isə çeçələ barmaqlarımdan birinin əyri olmasıdır. Həmin gün gecə saat birin yarısı olardı. Qapımız döyüldü. Gedib açdılar. Seyfəddinin atası, əmisi, bir də dostu, “Kommunist” qəzetinin redaktoru İsrafil Nəzərov qapıda dayanmışdılar. Hamımız heyrətlənmişdik. Gecənin bu vaxtı da elçi göndərərlər? Bizim evlənməyimiz belə oldu. Hər ikimiz tələbəydik. Ona görə də 1953-cü ildə, mən universiteti bitirəndən sonra toy etdik. Üç gün sonra Moskvaya getdik”.

Gallery

Bir müddət sonra onların bir oğlu olur. Seyfəddin babasının xatirəsinə ehtiram olaraq uşağın adını Bəhlul qoyur. Sonra isə oğlu Altay, qızı Qəmər doğulur”.

***

O, 1956-1959-cu illərdə Dövlət Radio Komitəsində baş redaktor, sonralar isə “Bakı” telestudiyasının direktoru və sədr müavini vəzifələrində işləyir. Seyfəddinin jurnalistlik fəaliyyətinin böyük bir hissəsi “Kirpi” jurnalıyla bağlı olub.

Gallery

1983-cü il yanvarın 16-da qızı Qəməri doğum evinə aparırlar. Seyfəddin oğul nəvəsi olduğunu eşidib çox sevinir. Ancaq həmin ərəfədə özünün vəziyyəti yaxşı olmur. Ürək ağrıları daha da güclənir. Həmin gün yanvarın 18-i qaynı Aydın gəlib onu həkimə aparmalı imiş. Yuxudan oyanan yazıçı əl-üzünü yuyanda ürək ağrıları şiddətlənir. Həyat yoldaşı qonşuluqda yaşayan Nəriman Həsənzadəgilə qaçıb xəbər verir. “Təcili yardım” xeyli vaxtdan sonra gəlib çıxır. Lakin, bu zaman artıq seyfəddin Dağlı dünyasını dəyişir. Qızı Qəmərə isə düz bir ay atasının ölüm xəbərini demirlər.

***

O, dünyasını dəyişəndən sonra qəribə mistik hadisə baş verir. Son kitabının qonorarı üçün nəşriyyatın direktoru, rəhmətlik Əjdər Xanbabayev onun evinə zəng vurub ailə üzvlərinə deyir ki, gəlin Seyfəddinin qonorarını alın. Oğlu gedir və məlum olur ki, atası ölümündən iki gün əvvəl gedib qonorarını alıb. Amma pulları hara qoyduğu məlum deyildi. Bir axşam ailə üzvləri oturub söhbət etdikləri zaman elə bil sirli bir əl kitab rəfindəki kitablardan birini götürüb yerə atır və pullar ətrafa səpələnir. Bu, onun "Azərnəşr"dən aldığı qonorar idi.

news-inner-user

16485 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Yol polisinin şortik davası - Ayxan yazır...
10:30 21 Sentyabr 2020
"Emmi" mükafatının qalibləri açıqlandı
10:03 21 Sentyabr 2020
Xalq yazıçısını dəfn edən molla: “Onu məzara qoymağa bir qohumu, dostu tapılmadı” – Müsahibə
08:58 21 Sentyabr 2020
Məşhur meyxanaçı: "O işlə təkcə meyxanaçılar məşğul deyil ki" - Video
17:01 19 Sentyabr 2020
Rejissormuzun filmi Beynəlxalq Turizm Filmlər Festivalının qalibi oldu
15:51 19 Sentyabr 2020
Bitlz qrupu haqqında kitab çap olundu
14:41 19 Sentyabr 2020
Mənə möcüzə kimi görünən ədəbi hadisə - Elçin yazır...
13:30 19 Sentyabr 2020
Dörd min ildi dustağam - Adil Şirinin şeirləri
12:20 19 Sentyabr 2020
Dovlatovun heç yerdə çap olunmamış şeiri sərgiləndi
11:05 19 Sentyabr 2020
Respublika Uşaq kitabxanası yeni layihəsinin ilk mövzusunu Milli Musiqi Gününə həsr edib
09:59 19 Sentyabr 2020
Mətbəxdə cazibəsini itirən qadının dramı
09:00 19 Sentyabr 2020
Üzeyir Hacıbəyovun felyetonu: “Cin”
21:01 18 Sentyabr 2020
Açıq havada premyera oldu – İlk dəfə
19:01 18 Sentyabr 2020
Onlar "Ginnesin rekordlar kitabı"na daxil oldular - Fotolar
18:40 18 Sentyabr 2020
"Arşın mal alan" Bolqarıstan teatrında səhnəyə qoyuldu
18:00 18 Sentyabr 2020
Sarı camış - Kamal Abdulladan yeni hekayə
17:22 18 Sentyabr 2020
Azərbaycanın “Avroviziya-2021”də iştirakı təsdiqləndi
16:38 18 Sentyabr 2020
Üzeyir Hacıbəylinin xatirəsi anıldı
15:51 18 Sentyabr 2020
Dostunun qızıl saatını oğurlayan Vüqar, ərindən iyrənən Validə... – Səriyyə xala iş başında
15:10 18 Sentyabr 2020
“Qalatasaray”ın qələbəsinə sevinən kölə təfəkkürü – Sərdar yazır...
14:32 18 Sentyabr 2020