news-inner
clock17:28 calendar-gray 25 Avqust 2020 view-gray1001 dəfə oxunub
view-gray1001 dəfə oxunub

Öpəcəm, keçəcək... – Bahar Zamanının yeni şeirləri

Kulis.az Bahar Zamanının yeni şeirlərini təqdim edir.


Mən yazdığım şeirlərin çoxu həsrət, çoxu qəm
Bu nisgilin ağırlığı ölənəcən bəsimdi
İndi səndən uzaqları şeirlər də ovutmur
Burda yağış çoban aldadan, külək də bir əsimdi.

Aramızda uzun yollar, yolları da dağ kəsib
Necə gəlim əllərinin yaxasından yapışım?!
Bəlkə sən də uzaqlarda dərd cəkib, qəm yemisən
Bəlkə sən də... iraq olsun, qulaqlara qurğuşun.

Mən bir az da öyrəşmişəm həsrətə, intizara
Amma sənin yoxluğunun ağrısı bir başqadı
Dəmin gəlib siqareti siqaretə calayır
Ən uzağı sərxoşluqdu... içkilər də baş qatır.

Yenə düşmür dodağımdan adın dilimə hopub
Ara sıra caşıram da hamıya "Sən" deyirəm
Bir az keçir, həyat qatır başımı yaşayıram
Bir az keçir, dəmin gəlir... özün gəlsən, deyirəm.

Özün gəlsən unuduram o beş illik dərdimi
Qopararam ağrıları saçlarımın ucundan
And içərəm yaşamağa çəkərəm son pərdəni
Can vermərəm "xərçənglərə" öldürərəm acından.

***

Dur ayağa vətən gəlir!
Qalx ayağa, şəhid gəlir
Baş əy başı sağ olanım
Torpağından yaralanan
Qan ilə sağalanım.

Aç qoynunu, bas bağrına
Bayrağa bükülüb gəlir
Anasının göz bəbəyi
Gözündən tökülüb gəlir.

Oxşa, ovut yarasını
Yatma səhərəcən, vətən
Xeyrə qalmaz istəsən də
Uzanar bu gecən, vətən.

"Başın sağ olsun" dedimi
Başında qəlpə qalanım?!
Yarasına torpaq dolan
Şəhid, başına dolanım.

Gedin deyin anasına
Balası vətəndi daha
Boyu o boyda olmadı
Torpağıyla təndi daha.

Dur ayağa, vətən gəlir
Cök dizin üstə, qarşıla!
Aç qoynunu qara torpaq
Aç gözün üstə qarşıla!

Quruca torpaq idi adın
Qanı səni vətən etdi
Bir igidin son nəfəsi,
Canı... səni vətən etdi.

Vətən üçün döyüşəndə
Dayanan ürəkdi - Vətən!
Dur ayağa, Şəhid gəlir
Qəzan mübarəkdi, Vətən!

***


Məndən aldığını nə etdin axı?
Kimin həsrətinə su çiləyirsən?
Dəyirman qurmusan "dünya" adında
Bir-bir üyüdürsən və ələyirsən.

Haradan keçir ki ahım göylərə?
Nə vaxt eşidirsən dualarımı?
Hansı kitablarda səni axtarım?
Hansı cavablayar suallarımı?

Səni inkar edib yüz yol içimdə,
Səni axtarmışam əlimin altda.
Sükutum batırıb qulaqlarımı
Dualar etmişəm dilimin altda.

Sən yoxun, sən heçin mücəssiməsi
Məndən yansıyırsan... güman yerinəm
Sən mənim bildiyim ən gözəl nağıl
Mən sənin... mən sənin şah əsərinəm.

Bəxtimə yazdığın anama yazıq
Atam itkin düşüb, ölüsü yoxdu.
Bu qədər insanın var yer üzündə
Məndən zırraması, dəlisi yoxdu.

Qoy gəlim bir də say günahlarımı
Hansını yumağa ehtimalım var ?
Hansı imtahanın nəticəsiyəm
Cənnətə düşməyə neçə xalım var?


***


Tutulsa, gözlərim
yoluna baxmaqdan
Mən də bir şəkli var
Qoyacam gözümün üstünə
Öpəcəm... keçəcək

Desə ki, gəlirəm
Dağ aşıb, sel daşıb
Yolacam saçımı
Yoluna, izinə səpəcəm... keçəcək

Bu həsrət, bu uzaq
İncitsə ruhunu
Oxşayıb saçını
Nəğmə oxuyacam sübhəcən.. keçəcək

Bundan sonra gələn
Ayları verərdim
İlləri verərdim
Bilsəm ki onunla
Bir gecəm...bir gecəm, keçəcək

Bu da bir sınaqdı
Gəl keçək birlikdə
Sonra bas bağrına
De ki "bax, darıxma
Sərçəcəm, keçəcək!

Daha nə qaldı ki
Döz bir az...
Təkcəcəm, keçəcək!

news-inner-user

16571 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Pandemiya mövzusunda keçirilən hekayə müsabiqəsinin qaliblləri mükafatlandırıldı
19:58 29 Sentyabr 2020
Mədəniyyət Nazirliyi bəyanat yaydı
19:27 29 Sentyabr 2020
Erməni filmi Moskva kino festivalından çıxarıldı
18:19 29 Sentyabr 2020
Deyir, oğlum darıxmasın, görüşərik bu bahar - Ədəbiyyatımızın ən təsirli müharibə şeirləri...
17:42 29 Sentyabr 2020
“Avatar 2”nin çəkilişləri başa çatdı
16:22 29 Sentyabr 2020
İlk dəfə bu ifadəni işlədirəm... - Məşhurlar Qarabağ döyüşündən danışdı
15:06 29 Sentyabr 2020
Arif Babayev insult keçirtdi
14:16 29 Sentyabr 2020
Azərbaycanlı şair dünya yazıçılarına müraciət etdi – Mətn
13:30 29 Sentyabr 2020
Ermənilər Şuşadakı məscidimizə dəyişiklik edərək tarixi saxtalaşdırmaq istədilər
12:51 29 Sentyabr 2020
Aktyor olmaq istəyən Milli Qəhrəman: Şəhid olanda çantasından “Hophopnamə” çıxıb
12:10 29 Sentyabr 2020
Sami Yusif: "Qarabağ Azərbaycandır" - Foto
11:35 29 Sentyabr 2020
Əməkdar artist cəbhəyə yola düşdü
11:11 29 Sentyabr 2020
“Kurtlar vadisi”nin Zazası xəstəxanaya yerləşdirildi
10:55 29 Sentyabr 2020
“Ana, əsgərlərimiz Murovu qaytardı!” - Fəridə yazır...
10:38 29 Sentyabr 2020
Polkovniki partlatmaq istəyən Səlim – İlqar Əlfioğlunun herkayəsi
08:55 29 Sentyabr 2020
Bu yazıçılar müharibədə iştirak ediblər - Siyahı
21:01 28 Sentyabr 2020
Yazıçılar Birliyi bəyanat yaydı
18:16 28 Sentyabr 2020
Gənc şair hərbi xidmətə yola düşür
17:40 28 Sentyabr 2020
Özfəaliyyətimiz elə bu qədərmiş - Akif Əli yazır...
17:00 28 Sentyabr 2020
Svetlana Aleksiyeviç ölkəsini tərk etdi
16:30 28 Sentyabr 2020