Məmurlara toy tutan Aysel Teymurzadə

Məmurlara toy tutan Aysel Teymurzadə
24 avqust 2020
# 12:56

Bir neçə gün əvvəl şəhərin lüks restoranlarından birində məmurların gizlin keçirtdiyi to(y)plantı xəbəri ölkə gündəminə sözün əsl mənasında bomba kimi düşdü.

Günlərdir sosial şəbəkələrdə müzakirə olunan sözügedən məclisin gizli çəkilişini həyata keçirən şəxsin kimliyi haqqında müxtəlif versiyalar irəli sürüldü. Kimisi bu gizli qəhrəmanın ofisiant, kimisi də fotoqraf olduğunu düşündü. Məclisdə iştirak edən narahat məmurların isə ağlında yalnız “beşinci kalonun adamı” versiyası olub. Yoxsa bu dost məclisində kim onları belə “namərdcəsinə” arxadan vura bilərdi? Həmən çaxnaşma zamanı mənim beynimdə yalnız bir sual var idi. O kadrları çəkən mübarək əl kimə məxsus idi?

Cavab özünü çox gecikdirmədi. Bombanı partladanın 2009-cu ildə Avroviziya mahnı müsabiqəsində Azərbaycanı təmsil edən müğənni Aysel Teymurzadənin olduğu məlum oldu. Xeyli təəccüb doğuran bir situasiyadır. Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə ilə ailə həyatı qurandan sonra fəaliyyətini əbədiyyən donduran gözəl müğənninin bu addımı ortalığa çoxsaylı “niyə?”- lər çıxartdı.

Müğənnimizi qəhrəman elan etməyə tələsmədən onu deyim ki, Aysel Teymurzadənin bu videonu ictimailəşdirmək üçün çəkməsi mənə inandırıcı gəlmədi. Əvvəla ona görə inanmaq olmur ki, heç kim içində özünün də olduğu gəmini batırmaz. Bir qadının həyat yoldaşının nüfuzunu, məmurlarla dostluq əlaqələrini, hətta deyərdim bütün istiqbalını riskə atması üçün, ya sərxoş olmalıdır, ya da dəli. Aysel Teymurzadənin indiyə qədər başımıza gələn yaxşı, pis heç bir situasiyada nəinki bir sənətçi, heç bir vətəndaş kimi də mövqeyini sərgiləməsinin şahidi olmamışıq. İndi durduğu yerdə niyə belə bir yaxşılıq etsin ki, xalqa? Uzun illərdir şou biznesdən aralı düşən Aysel Teymurzadənin ruhunda baş qaldıran şou yaratmaq istəyi, həm özünə, həm də to(y)plantı sahiblərinə baha başa otursa da, bu qan-qaraçılıqda qazanan tərəf xalq oldu.

Məmur məclisinə adətən oxumaq üçün dəvətli olan müğənnilərdən fərqli olaraq Aysel yüksək rütbəli, nüfuzlu məmurların olduğu “toplantıda” Xalq artist olan həyat yoldaşı ilə birlikdə qonaq qismində iştirak edirdi. Bu onun nə qədər əhəmiyyətli və aristokrat zümrədən olmasını sübut edəcək dəlillərdən idi. Bu dəlili xanım sənətçinin harda yayımladığı, kimə yolladığı haqqında təfərrüat mənə də məlum deyil. Amma ağlıma gələn bir versiya var. Bu pünhan keçirilən məclisdən çəkdiyi görüntüləri gözəl müğənnimiz böyük ehtimalla şəxsi Votsap statusunda paylaşıb və statusu görən jurnalistlərdən birinin güdazına gedib. Çünki Azərbaycanda heç bir sənətçi üç əldən gələn çəpik səsinə, beş ağızdan çıxan “halal olsun” şüarına görə həyatını riskə atmaz.

Bilməyərəkdən etdiyi bu yaxşılıq sayəsində Aysel Teymurzadə tarixdə iki şey ilə əbədi yaddaşlara həkk oldu. Avroviziyada Azərbaycanı 3-cü etməsi və xalqın səbir kasasını daşıran məmurların qanunsuzluqlarını ifşa edərək, onların qanun çərçivəsində cəzalandırılmasında göstərdiyi müstəsna xidməti. Biz sizi hər zaman yaxşı xatırlayacağıq, Aysel xanım!

# 33205 dəfə oxunub

Oxşar xəbərlər

Britaniya 71 milyonluq Rembrandt tablosunun ölkədən çıxarılmasına qadağa qoydu

Britaniya 71 milyonluq Rembrandt tablosunun ölkədən çıxarılmasına qadağa qoydu

18:40 31 avqust 2026
Dolli Partonun zaman kapsulundakı mahnısı – 2045-ci ildə yayımlanacaq

Dolli Partonun zaman kapsulundakı mahnısı – 2045-ci ildə yayımlanacaq

18:38 31 avqust 2026
Ridli Skottun yaradıcı üsulu – Ssenarilərini kağızda təsvir edir?

Ridli Skottun yaradıcı üsulu – Ssenarilərini kağızda təsvir edir?

18:15 31 avqust 2026
Xəyalən gitara çalmaq üzrə dünya çempionu müəyyənləşdi

Xəyalən gitara çalmaq üzrə dünya çempionu müəyyənləşdi

17:30 31 avqust 2026
“Hörümçək adam” "Titanik"i geridə qoydu - Tarixi uğur

“Hörümçək adam” "Titanik"i geridə qoydu - Tarixi uğur

15:30 31 avqust 2026
Ata-anası ona cehiz seçirdi, o isə taksiyə əyləşib... – Zorla evləndirilən 17 yaşlı qız necə xilas edildi?

Ata-anası ona cehiz seçirdi, o isə taksiyə əyləşib... – Zorla evləndirilən 17 yaşlı qız necə xilas edildi?

15:00 31 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər