Həyat yoldaşının başqa kişilərlə sevişməsindən ilham alan dahi – Ağlasığmaz faktlar

Həyat yoldaşının başqa kişilərlə sevişməsindən ilham alan dahi – Ağlasığmaz faktlar
20 avqust 2020
# 09:00

Dünyaca məşhur Salvador Dalini çoxumuz tanıyırıq. Amma onun həyatının ən məhrəm və heyrətləndirici faktlarını çox adam bilmir. Kulis.az öz həyat yoldaşının başqası ilə sevişməsindən ilham alan, ən yaxın dostunun həyat yoldaşı ilə eşq yaşayan məşhur rəssamın maraqlı həyat hekayəsini təqdim edir.


Hər şey gecələrin birində Salvador Dalinin yaxın dostu, fransız şair Paul Eluard və həyat yoldaşı Qala (Yelena İvanovna Diakonova) onun Kadaqesdə ailəvi yaşadığı evlərinə qonaq gəlməsindən sonra başlayır. Qalanı hələ ilk dəfə həmin gecə görən Dali epifani (Tanrının insanlara insan cildində göründüyü an) hissi keçirir və bu vəziyyətdən çox təsirlənir.

O gecə və sonrakı gecələr ikisi arasında yaxınlıq yaranır. Onların ilk görüşü Qalanın Daliyə Qartal qayalarını göstərmək niyyəti ilə Kap de Kreus yarımadasında həyata keçir. Bu görüşdən sonra Qala azyaşlı qızını və həyat yoldaşını Daliyə atır. Həmin gündən etibarən o, Dalinin anası kimi ona aid bütün məsuliyyətləri öz üzərinə götürür. Öz kiçik qızının məsuliyyətini isə tərk etdiyi həyat yoldaşının boynuna atmışdı.

Gallery

Zaman keçdikcə Qala bütün maddi məsələlərlə təkcə özü maraqlanmağa başlayır. Hətta güclü yağış yağan günlərin birində avtomobilin təkərini dəyişdirərkən Dali maşının içərisində oturub onu izləyib. Təbii ki, onların bu münasibətləri yaxın çevrələri tərəfindən tənqid olunurdu. Hətta Dalinin atası oğlunun evli qadınla yaşamasına və başqa axmaq hərəkətlərinə hirslənirdi. Dalinin tablolarından birinə “bəzən zövq üçün anamın portretinə tüpürürəm” yazdığını eşidir və bu hərəkəti ölən həyat yoldaşına təhqir hesab etdiyi üçün oğlu ilə olan bütün əlaqələrini kəsir.

Hər mövzuda narsist olan Dali bu hadisənin səbəb olduğu bədbəxtliyi belə sevər və onu dramatikləşdirərdi. Atasına etiraz olaraq saçlarını kəsdirib Kadaqes sahilində bir yerdə basdırır. Dibindən təraş olan başına isə dəniz şabalıdı qoyaraq Luis Bunueldən onun bu formada fotosunu çəkməsini istəyir.

Dali və Qala üçün Parisdəki həyat şəraiti olduqca stressli idi. Onlar həddindən artıq kasıb idilər. Amma buna baxmayaraq varlı adamların arasında özlərini kral və kraliça kimi aparmağı yaxşı bacarırdılar.

Gallery

Birlikdə olduqları ilk gündən bəri aralarında heç vaxt cinsi əlaqə olmadığı üçün Qala bu vəziyyətdən sıxılmağa başlayıb.

Dali ereksiya problemi yaşadığından mütəmadi masturbasiya edirmiş. Bu zaman Qala ondan bir xahiş edir. “Evlilik xarici bərabərliklərə açıq olmaq və azad yaşamaq”.

Dali Qalanın bu təklifini qəbul edir. O gündən sonra Qala qarşısına çıxan hər ziyalı ilə yatmağa başlayır. Hətta keçmiş əri Eluardla ilə də birlikdə olur. Dali çox sevdiyi Qalasının başqa kişilərlə sevişməsini izləyər və gördüklərinin ona verdiyi əzabdan bəslənirdi.

İllər beləcə keçib gedir. Amma bir gün Qalanın Ceff Fenholt ilə başlayan münasibəti Daliyə ağır dərd olur. Qalanın onu tərk edəcəyini düşünür və bu düşüncə onu çox qorxudurdu.

Gallery

İddialara görə Qala Dalini sakitləşdirmək üçün ona parkinson xəstələrinə verilən dərmanlardan verirmiş. Əllərindəki titrəmələr, artıq onun rəsm çəkməsinə mane olurdu.

1982-ci ildə Qalanın ölümü ilə Dalinin bütün həyat eşqi ölür. Otağına qapanır, yeməkdən içməkdən imtina edir. Səfil həyat tərzi keçirən Dalinin səhhətində pozuqluqlar meydana gəlir və o sevimli Qalasından 7 il sonra vəfat edir.

# 11193 dəfə oxunub

Oxşar xəbərlər

Sovet senzurası "Topal Teymur"a necə icazə verdi? - Ramiz Həsənoğlunun Turan missiyası

Sovet senzurası "Topal Teymur"a necə icazə verdi? - Ramiz Həsənoğlunun Turan missiyası

15:00 14 mart 2026
Eynşteynin ən çox sevdiyi beş kitab - Siyahı

Eynşteynin ən çox sevdiyi beş kitab - Siyahı

14:13 14 mart 2026
"Bu hesaba 4500 dollar köçürün, sonra danışaq" - Yalçın İslamzadə İlbər Ortaylıdan yazdı

"Bu hesaba 4500 dollar köçürün, sonra danışaq" - Yalçın İslamzadə İlbər Ortaylıdan yazdı

12:55 14 mart 2026
“Sazın səsi, sözün nəfəsi” layihəsi Səməd Vurğunun 120 illik yubileyinə həsr olundu

“Sazın səsi, sözün nəfəsi” layihəsi Səməd Vurğunun 120 illik yubileyinə həsr olundu

12:17 14 mart 2026
İlber Ortaylının dəfn tarixi açıqlandı

İlber Ortaylının dəfn tarixi açıqlandı

10:30 14 mart 2026
İlber Ortaylı vəfat etdi

İlber Ortaylı vəfat etdi

16:55 13 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər