news-inner
clock13:08 calendar-gray 19 Avqust 2020 view-gray9739 dəfə oxunub
view-gray9739 dəfə oxunub

Babasının gözləri çıxardılan, nənə olandan sonra ərə gedən, kəfənini çantasında gəzdirən Mirvarid Dilbazi – Maraqlı faktlar

Bu gün şairə Mirvarid Dilbazinin doğum günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Mirvarid Dilbazi 1912-ci il avqust ayının 19-da Qazax qəzasının Musaköy (indiki Xanlıqlar) kəndində anadan olub. Pedaqoji Universitetin dil və Ədəbiyyat-İctimayyət fakültəsində təhsil alıb. İnstitutu bitirdikdən sonra gənc şairə Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunub.

***

Mirvarid xanımın babası Mustafa “37-nin” qurbanlarındandır. Qazaxıstanda sürgün həyatı yaşayıb, orda da dünyasını dəyişən babasının məzarının yeri bu günə qədər də məlum deyil. Şairənin ulu babası Əbdürrəhman ağa Dilbazi Xanlıqlar kəndində doğulub, dövrünün ən mütərəqqi aydınlarından, ictimai-xadimlərindən olub. 1803-cü ildə Sisianovun Gəncə xanı Cavad xanı qətlə yetirməsinə divan yazdığı üçün onun gözləri çıxarılıb. Qazaxın alov qülləsi adlanan yerdə bir sal daş üstə oturub, gözləri kor gəlib-gedənləri dinləyir, Tiflisdə, Gəncədə, Qarabağda nələrin baş verdiyini soruşur, bədahətən şeirlər deyirmiş.

Gallery

Mirvarid Dilbazi iki dəfə ailə həyatı qurub. Onun birinci həyat yoldaşının adı Rəşid olub. Rəşidlə Mirvari xanım əmiuşağı olublar. Rəşid bəy isə məşhur rəqqasə Əminə Dilbazinin qardaşı idi. Mirvarid xanımla həyat yoldaşının həm soyadı, həm də atalarının adı eyni olub - Dilbazi Rəşid Paşa oğlu, Dilbazi Mirvarid Paşa qızı. Bu səbəbdən də onların nikahı qeyd olunan zaman orada hər kəs məətəl qalıb, deyiblər bacı-qardaşla ailə qurur?

***

1942-ci ildə Mirvari xanımın həyat yoldaşı müharibəyə yola düşür. Hamilə olan şairə bacısı ilə Yaqut xanım İncədərəsində birgə yaşayırmış. Bir gün o, bacısı ilə birgə Qazaxda yerləşən Hacı Mahmud ziyarətgahına getmək üçün qatarla yola düşür. Onları Əminə Dilbazi yola salır. Səməd Vurğunun qardaşı Mehdixan müəllim də Qazaxda katib imiş. Tapşırıb ki, onları qarşılasınlar. Yolda Mirvarid xanımın sancısı tutur, əsgərlər onu ayrıca bir vaqona aparıblar. Təsadüfən maşında Tibb Universitetində oxuyan gənc bir qız varmış, onun köməyilə Mirvarid xanımın qızı dünyaya gəlir. Gəncəyə çatanda təcili yardım maşını gəlib şairəni xəstəxanaya aparırlar.

Gallery

Mirvarid xanım ikinci dəfə əslən Qubadlıdan olan Həsi Abdullayevlə ailə qurur. Onun ikinci dəfə ailə qurması isə Səməd vurğunun məsləhəti ilə olub. Səməd Vurğun şairəni yanına çağırıb deyir ki, adına söz çıxardacaqlar, ərə get. Bundan başqa Mirvarid xanımın xalasının əri Əhməd Seyidov da ona məsləhət edir ki, ailə qursun. Şairə ailə quranda isə onun artıq bir nəvəsi də var idi.

***

Deyilənə görə yumşaq olduğu qədər də zabitəli qadın olub. Ailədə ondan çəkinirmişlər. O, həm də çox işgüzar insan olub. Yaxşı biş-düş qabiliyyəti varmış. Xüsusilə qurutlu xəngəli yaxşı bişirib. Xəngəl üçün qurutu isə mütləq özü hazırlayıb eyvanında qurudurmuş.

Gallery


İçki içməyi sevmirmiş. Hətta qohumları belə məclislərdə ondan gizlin içiblər. Qızı Xatirə Dilbazi müsahibələrinin birində bu haqda deyir: Mən deyib-gülməyi, əylənməyi xoşlayan adamam. Bibim Əminə xanım da belə idi. Ona görə anam ona acıqlanırdı həmişə. Anamın yanında bərkdən gülmək, ucadan danışmaq, yüngül hərəkətlər etmək olmazdı. Birdən bağa toplaşırdıq, kabab çəkilirdik, bunu içkisiz necə yola verəsən? Keçib evdə gizlin içirdik...

***

Evində həmişə “Quran” kitab olub. Mirvarid xanımın anası namaz qılan qadın olub. Özü də həmişə “Quran” oxuyub - həm də ərəb dilindən.
Mirvari xanım şeirlərini də əski əlifbada yazıb sonra makinaya köçürürdü.

Gallery


Evi həmişə qonaq-qaralı olub. Amma gələnlərdən heç vaxt pay götürməyib. Deyirmiş ki, məni çox istəyən, mənə bənövşə gətirsin. Bu haqda bir şeiri də var.

***

Elçibəy prezident olanda onunla görüşüb. Mirvarid xanım Elçibəydən yeganə xahişi “Yazıçı” nəşriyyatının 2 milyon rubl borcunu bağışlaması olub.

***

Ömrünün son günlərində yatağından qalxa bilməyib. Zəlimxan Yaqub onun yanına gedir. Zəlimxan Yaqub evdəki sazla bir neçə saz havası ifa edir. İfanın sonunda otaqdakıların çöhrəsini diqqətlə süzən şairə deyir: “Demişəm Xatirəyə, məni anamın yanında basdırın. Mən anamsız dura bilmirəm. Anamın laylasına möhtacam”.

Gallery

Müsahibələrinin birində qızı deyir ki, anam kəfənini alıb çantaya qoymuşdu. Hər dəfə deyirdi ki, ölüb-eləsəm, özünüzü itirməyin. Heç nədən qorxmurdu. Camaat gedib qızıl-gümüş alanda bu köhnə qəbiristanlıqda özü üçün yer almışdı. Vəsiyyət eləmişdi ki, məni Fəxri xiyabanda basdırmayın, anamın yanında basdırın. Elə də elədik.

***

Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairənin sözlərinə mahnılar, romans və oratoriyalar bəsləmişlər.

***

Mirvarid Dilbazi 2001-ci il iyulun 12-də vəfat edib.

news-inner-user

16571 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Pandemiya mövzusunda keçirilən hekayə müsabiqəsinin qaliblləri mükafatlandırıldı
19:58 29 Sentyabr 2020
Mədəniyyət Nazirliyi bəyanat yaydı
19:27 29 Sentyabr 2020
Erməni filmi Moskva kino festivalından çıxarıldı
18:19 29 Sentyabr 2020
Deyir, oğlum darıxmasın, görüşərik bu bahar - Ədəbiyyatımızın ən təsirli müharibə şeirləri...
17:42 29 Sentyabr 2020
“Avatar 2”nin çəkilişləri başa çatdı
16:22 29 Sentyabr 2020
İlk dəfə bu ifadəni işlədirəm... - Məşhurlar Qarabağ döyüşündən danışdı
15:06 29 Sentyabr 2020
Arif Babayev insult keçirtdi
14:16 29 Sentyabr 2020
Azərbaycanlı şair dünya yazıçılarına müraciət etdi – Mətn
13:30 29 Sentyabr 2020
Ermənilər Şuşadakı məscidimizə dəyişiklik edərək tarixi saxtalaşdırmaq istədilər
12:51 29 Sentyabr 2020
Aktyor olmaq istəyən Milli Qəhrəman: Şəhid olanda çantasından “Hophopnamə” çıxıb
12:10 29 Sentyabr 2020
Sami Yusif: "Qarabağ Azərbaycandır" - Foto
11:35 29 Sentyabr 2020
Əməkdar artist cəbhəyə yola düşdü
11:11 29 Sentyabr 2020
“Kurtlar vadisi”nin Zazası xəstəxanaya yerləşdirildi
10:55 29 Sentyabr 2020
“Ana, əsgərlərimiz Murovu qaytardı!” - Fəridə yazır...
10:38 29 Sentyabr 2020
Polkovniki partlatmaq istəyən Səlim – İlqar Əlfioğlunun herkayəsi
08:55 29 Sentyabr 2020
Bu yazıçılar müharibədə iştirak ediblər - Siyahı
21:01 28 Sentyabr 2020
Yazıçılar Birliyi bəyanat yaydı
18:16 28 Sentyabr 2020
Gənc şair hərbi xidmətə yola düşür
17:40 28 Sentyabr 2020
Özfəaliyyətimiz elə bu qədərmiş - Akif Əli yazır...
17:00 28 Sentyabr 2020
Svetlana Aleksiyeviç ölkəsini tərk etdi
16:30 28 Sentyabr 2020