news-inner
clock17:00 calendar-gray 08 Avqust 2020 view-gray3037 dəfə oxunub
view-gray3037 dəfə oxunub

İşini, gücünü atıb kimsə sevməlidir məni - Cəlil Cavanşirin şeirləri

Kulis.az Cəlil Cavanşirin şeirlərini təqdim edir. Təqdimatda şairin son aylar yazdığı şeirlər çoxluq təşkil edir.


Bütün sevgilərin edamı

baxışlarım ağrılıdır,
ömrüm də, bir az nagüman
küt bir qəssab bıçağıdır zaman
ən ağrılı yerindən kəsir ömrümü...
sevgi, sonuncu ümiddir – yalan!

yatağım elə dərindir
sonsuz hüznlər boğulur içində
ya sən məni anlamırsan,
ya mən danışa bilmirəm sənin dilində...
susmaq
susmaq, həm də bütün insanların dilində...
sevgi, susaraq anlaşmaqdırsa,
susmamaq öz əlində...

ayrılıqlar keçdi başımdan,
nakam sevgilər məzarıdır ürəyim.

susmaq və hüzur...
dalğaların sahilə çırpınışında,
susursa qayalar.
demək sükutda hüzur var.

Çırpıl sahilimə,
Ömür də bir az nagüman,
sən də...
zaman da bir az unutqan,
günah, sərsəmlik və həyəcan...
İnan,
dərviş təmkini var məndə, inan.

bütün günahkarların yerinə susuram,
tanrı səbrimi sınayır,
gedişinin addım səslərini duyuram
amma
amma çox dərində yaram qanayır
bəbəklərimdən fışqırır qan
əleyhimizə işləyir zaman
unutma, sevgi də insan kimi bir dəfə ölür,

...və and olsun günəşə ki, sən qatil deyilsən...

Yanvar 2020


Keçəcək hər şey, keçəcək

“Nə ağlarsan, nə sızlarsan,
Bir dərdi beş olan könlüm!”
Aşıq Abbas Tufarqanlı

keçəcək, bu da keçəcək
hər şey ya tez, ya gec - keçir
əgər hər il bahar gəlib, ağaclar çiçək açırsa,
bütün gedənlər dönəcək,
alça çiçəkləri kimi,
yaşıl otların üstünə,
səpələnib ləçək-ləçək
yeddi rəngdən arınacaq,
yenə bəmbəyaz dönəcək...
quşlar bu yaz da gələcək...

keçəcək, bu da keçəcək
yenə durna qatarından, bir qərib yolun azacaq,
ya da köçündən qalacaq
qoca çinarın üstünə yenə bir durna qonacaq...
tənhalar, təklər – hamısı
nə vaxtsa yuva quracaq, yol azmış durnalar kimi...
Vallah, üzümüz güləcək...

keçəcək, bu da keçəcək
yosun basmış daş üstündə, cücərəcək bir qom çiçək
qayaların daş bağrını, ilıq bir sevgi dələcək
dünyanın ən soyuq yeri, günəşə qucağın açıb
qarlar sel-sel əriyəcək
yağdıqca çılğın yağışlar,
uladıqca asi külək
coşacaq fırtına, şimşək
yuyunduqca yaşıl otlar, ümid də boy göstərəcək...

keçəcək, bu da keçəcək
ya tez, ya gec hər şey keçir
nə ağrılar əbədidir, nə də sevinclər baqidir
az-az, asta-asta keçir əbədi bildiyin anlar,
nə bu sükut daimidir, nə xaotik izdihamlar...
hər şey gec-tez keçəcəksə,
mən də darıxmayım gərək...
vallah, dünya düzələcək..

uzaq-uzaq limanlarda lövbərin yığan gəmilər,
doğma limana dönəcək,
keçək, hər şey keçəcək...

aprel 2020


***

Başqa bir qadın
Yenidən doğmalıdır məni
Xoşbəxt bir ulduz altında,
Başqa bir gündə
Başqa bir yerdə...

Başqa bir qadın
Yenidən doğmalıdır məni
Daha güclü, daha ümidli
Ya da atıb işini, gücünü,
Kimsə sevməlidir məni,
Sevməli...

İyul 2019


Çəkin yolumuzdan bu adamları

çəkin yolumuzdan bu adamları
hara gediriksə durur yol üstə,
kəsir yolumuzu, yolkəsən kimi
bir kəlmə söz üstə, bir şeir üstə
– qıyar canımıza başkəsən kimi...

bu sükut adamlar, bu lal adamlar
min il yazıb-pozsan, söz anlamazlar
bu “shopping” adamlar, bu “mall” adamlar,
Biz haqqı desək də, düz anlamazlar
– bizi düz anlamaz bu kal adamlar...

Çəkin yolumuzdan bu adamları
ya da yaşamağa bircə künc verin
bəxtəvər olmağa, xoşbəxt olmağa
anlayış göstərin, mane olmayın
– bizi başa düşün, bizə güc verin

haqqı demək olsa, susur dilləri
nə başa düşürlər, nə anlayarlar
bizdən böyüklərə gücləri çatmaz
bizi gecə gündüz yamanlayırlar
– haqqı demək olsa susur dilləri

çəkin yolumuzdan bu adamları
hara gediriksə durur yol üstə,
kəsir yolumuzu, yolkəsən kimi
bir kəlmə söz üstə, bir şeir üstə
qıyar canımıza başkəsən kimi...

news-inner-user

18048 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Karvan dayandı - Ənvər Məmmədxanlının hekayəsi
16:47 27 Fevral 2021
Azərbaycanlı rəssamın əsəri Türkiyə Prezidentinə hədiyyə edildi - Foto
15:31 27 Fevral 2021
Azərbaycan yazıçıları Sankt-Peterburqun nüfuzlu ədəbiyyat müsabiqəsində - İlk dəfə
14:16 27 Fevral 2021
Məşhur klarnetçiyə ağır itki
13:04 27 Fevral 2021
Özünü efirə satmaq istəyən Xatirə İslam
12:30 27 Fevral 2021
Yazıçımızın Fransada romanı çıxdı
11:29 27 Fevral 2021
"Washington Post" Azərbaycan mətbəxindən yazdı
10:32 27 Fevral 2021
Cəfər Cabbarlı bu filmdə nəyə etiraz edirdi? – “Sevil”in kadrarxası
09:00 27 Fevral 2021
Çağırdım bir qadını qızlıq familyasıyla - Akif Əhmədgildən şeirlər
21:00 26 Fevral 2021
Rübabə Muradovanın qızı vəfat etdi
18:12 26 Fevral 2021
Rəmişdən xəbər var
18:07 26 Fevral 2021
Xocalı soyqırımına həsr olunmuş sərgi keçirildi
17:46 26 Fevral 2021
Bu filmlərə ağlamadan baxmaq olmur - Siyahı
17:01 26 Fevral 2021
58 illik türmə muzeyə çevrildi - Foto
16:21 26 Fevral 2021
Qadın obrazı olmayan əsər
15:40 26 Fevral 2021
Sevgilisi damarlarını doğradı, xanımı ona görə intihar etdi – Azərbaycanlı yazıçının film kimi həyatı
15:00 26 Fevral 2021
Xocalıdan olan yazıçının faciə ilə bağlı hekayəsi - Mətn
14:10 26 Fevral 2021
Okan Bayülgen həbs olunur
13:25 26 Fevral 2021
"Xocalı fəryadı" kompozisiyası təqdim olunacaq
12:37 26 Fevral 2021
Baş qərargah rəisi Xocalıdan yazan jurnalisti niyə güllələmək istədi? – Faciənin gizlinləri
12:10 26 Fevral 2021