Şamaxıda antik dövrə aid nekropol tapıldı - Fotolar

Şamaxıda antik dövrə aid nekropol tapıldı - Fotolar
5 avqust 2020
# 17:41

Bir neçə gün öncə yağan güclü yağış nəticəsində yaranan sel suları Şamaxı rayonu Quşçu kəndi ərazisində antik dövrə aid nekropolun aşkar olunmasına səbəb olub.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli məlumat verib.

Onun sözlərinə görə, sel suları kənd sakini Namiq Mustafayevə məxsus həyətyanı sahədə qədim qəbirlərin üzərini açıb: “Kənd sakini bu barədə bildirib. Bununla əlaqədar AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı Arxeoloji Ekspedisiyasının rəisi Akif Quliyev və rayon üzrə abidə mühafizəçisi Yasin Nuriyev əraziyə baxış keçiriblər. Baxış zamanı məlum olub ki, sel suları nəticəsində vətəndaşa məxsus həyətyanı sahənin yamac hissəsində 9 qəbir üzə çıxıb. Torpaq qəbirlərin üzəri iri sal daşlarla bağlanıbmış. Qəbirlər torpaq səthindən 1,5-1,8 metr dərinlikdə yerləşir”.

F.Hüseynli qeyd edib ki, ərazidə aparılan araşdırmalar nəticəsində 10 ədəd müxtəlif ölçülü və biçimli saxsı məmulatlar, saxsıdan olan fiqurlar - bütlər, qrifon, heyvan fiqurları (at, qoç), metal pullar aşkar olunub: “Tapıntılar arasında quş başlı insan fiqurlar böyük maraq doğurur. Bu tip qrifonlar Qədim Misirdə müdriklik və elm ilahəsi Totu səciyələndirirdi. Qəbir kamerasından aşkar edilmiş numizmatika materialları nekropolun b.e. I əsrinə aid olduğunu təsdiqləyir. Abidədə aparılacaq arxeoloji tədqiqat işləri bir çox mətləblərə aydınlıq gətirəcək”.

F.Hüseynli həmçinin vurğulayıb ki, Şamaxı rayonunun Quşçu kəndi Antik və İlk Orta əsrlər dövrlərinə aid abidələrlə zəngindir. Vaxtı ilə burada Qalacıq yaşayış yeri, Antik və İlk Orta əsrlər dövrünə aid nekropollarda geniş miqyaslı arxeoloji tədqiqat işləri aparılıb.

# 4483 dəfə oxunub

Oxşar xəbərlər

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

18:44 12 noyabr 2026
"Qərb-Şərq divanı – Göte və Mövlana"  adlı konsert proqramı təqdim olunacaq

"Qərb-Şərq divanı – Göte və Mövlana" adlı konsert proqramı təqdim olunacaq

18:43 12 noyabr 2026
Mişel Uelbek  haqqında cinayət işi açıldı – Təfərrüatlar

Mişel Uelbek haqqında cinayət işi açıldı – Təfərrüatlar

18:05 12 noyabr 2026
Kriştiano Ronaldonun studiyası  ilk serial layihəsinin çəkilişlərinə başladı

Kriştiano Ronaldonun studiyası ilk serial layihəsinin çəkilişlərinə başladı

17:32 12 noyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

17:04 12 noyabr 2026
"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

16:37 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər