Gözyaşardıcı qazlar elektron ağlamaqdır vətən üçün - Güneyli şairin şeirləri

Gözyaşardıcı qazlar elektron ağlamaqdır vətən üçün - Güneyli şairin şeirləri
4 avqust 2020
# 15:18

Kulis.az güneyli şair Məhəmməd Nurinin şeirlərini təqdim edir.

Nəcə inandırım səni?
Tehran bütün yaralarını
Qırmızı çırağın dalında dayandırır ki,
Yar gəlməsin!
Sən gəlmədin
Və heçbir məktubum əsgərliyimdə əlinə yetişmədi.
Yaralılarımı daşımaq üçün
Çiyinlərini göndərmədin.
İndi yaralarım dəli bir qızdır
Mən dəli bir şair.

Nəcə inandırım səni?
Kefli şairlər sinəndə ki hərəmlərdən uçur
Bütün quşlar
Həyətə tökülən sabahı dimdiklədikcə
Sümüklərim çıxar gecədən.
Deyirsən: nə olsun?
Biri uçur
Biri qonur
Biri quylanır.

Necə inandırım səni?
Adamlar uçmaq istəyəndə
Kölgələrini soyunurlar
Sən demə, adamlar hər gün bizə salam verib uzaqlaşsalar da,
Bir gün vida sözü ilə bizə yaxınlaşacaqlar.
Sən o uzaqlarda dəli bir qız olacaqsan,
Mən bu yaxınlarda dəli bir şair.

***

Mən öz gözümlə gördüm
Vətən dayanmışdı kənarda!
Polis qapı ağzında dayanan ağaclara deyirdi:
Burdan bir iti də qoymayın içəri keçsin!

Baxdım pasportuma
Payız ağacları qucaqlayıb aparırdı Bakıya
Heç vaxt soruşmadın niyə əllərini tutanda ağaclar diksinir?
Yoxsa payızmısan?

Hər gecə yaralarımdan çıxan adamları görürəm!
Yuxularımın o tayı qırmızıdır.
Kim məndən o yana boylansa,
Yalnız dənizi görə bilər.
Kim sahil skamyasında əyləşib dənizlə danışarsa,
Bədəni üzər.

Tanrı unutmasın
Dəniz olduğum vaxt
Su quşları bədənimi yedilər,
Bu bir sui-qəsddir dedim.
Tanrı unutmasın
Gözyaşardıcı qazlar elektron ağlamaqdır vətən üçün.

İndiki quşlar göy üzünə yapışıblar, Günəşi borc al, Amerikaya de
Tanrının borcunu ödəsin.
Bu yağış müharibənin yumşalmış şəklidir.
Bu qədər yağışın altında sənə aşiq olmaq imkansızdır.

Mən öz gözümlə gördüm
Manhettendə Polis Şöbəsinə gedən ağacların bir-birinə deyirdilər:
Gördünüzmü?
Restoranda yemək masası üstündən uca binalar bitirdi,
Corc Floyd Ərkin* üstünə çıxıb əlləri ilə göy üzün varaqlayırdı.
Gördünüz mü?
Göy üzü sınanda, həmişə bir şair kəlmələri ətəyindən çıxarıb quşa çevirirdi.

Deyirdilər
Bu qədər tankın altından çıxan xanımlar,
Evi öldürər
Ev qışqırar
Və küçədəki ağaclar, Birləşmiş Millətlər Təşkilatına yubiley mərasimi keçirdərlər.

Deyirdilər
Peyğəmbər olmaq üçün siqareti tərk et.
Deyirdilər
Göyə getsən də Fələstində sərçə yoxdur.
Cübran Xəlil "Yadigari İmam" da çempionluq qazansa,
Hamı apartmanın qucaqlayıb
Qaçırdar Təbrizə!

Bax hər nəyin o tayı var
Forma şeirin o tayında, bir qadındır
Etiraz etməsən, əlini tutub bu taya keçmek istəyirəm!
Etiraz etdin, ayaqlarımı kəsdim, yapışdırdım kölgənə,
Hara gedirsənsə, get
Hara gedirik
Hara getsəm də
Səni axtarıb tapacaqlar.

# 3848 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər