Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması

Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
3 avqust 2020
# 14:53

Kulis.az Lamiyə Həbibovanın "Zehindəki oyun, oyundakı həzz" adlı araşdırmasını təqdim edir.

Yaşadığımız çağda əvvəlki məzmununu dəyişən və itirən bir çox akt, düşüncə və hisdən fərqli olaraq, hələ də sabit ardıcıllıqla icra edilən ritual, ənənə və ya simulyasiyaların insan zehnindəki qalıcı tarixi-psixi qalıqlarını Paleolit dövrü insanının dünyanı mistik-ibtidai qavrayış şəklində axtarmaq lazımdır.

Antropoloq və etnoqraf, həmçinin afrikanistika mütəxəssisləri olan Frobenius, Spencer və Gillen kimi tədqiqatçılar ovçu-yığıcı toplum dünyasında yaşamını davam etdirən insanın hələ tanrılaşdırma, ilahlaşdırma və totemləşdirmə təsəvvürünün mövcud olmadığı, individiumun üstün olduğu dövrdə “yaradıcı heyvan” miflərini, animistik və kosmoqonik ruhlu mistik nümunələri tədqiq edərkən arxaik paleolit insanının “qurban vermə” ritualını heyvanların ruha sahib olduğu, heyvan növlərinin və ruhunun sonsuz, öldürülsə belə yenidən meydana gələ bilən formada qavradığı aydın olur.

Heyvanın insan yaratma, diriltmə, qurban edilmə temalarının bənzər motivlərlə İndoneziya, Malineziya, Avstraliya, Okeaniya, Sibir, Andaman sahillərində yaşayan ibtidai toplumların, Amerika yerli hindularının mifik inanc hekayələrində, həmçinin antik yunan dünyasında və fəlsəfəsində yer alması, insanın doğuşdan gəlmə qalıcı psixi oyun yaratma arxeotipi, rasional olmayana daxil olunma istəyi modern dünyanı ibtidai dövrə bağlayan və heç də səthi olmayan suallar doğurur.

Qurban edilmə aktındakı mistik nüanslar paleolit dönəmin ovçu-yığıcı insanının dünyanı qavrayış şəklinin bitki yetişdirən (tribal agriculture) insandan fərqinin kəskin göstəricisidir. Belə ki, dövrün mifoloji söyləntilərindən aydın olur ki, bitkidən və ya toxumdan gələn məhsulun insan məişətinə daxil olması ilə insan öz yaşamının davamını, ruhun dövr etməsini bitki ilə eyniləşdirir. Öz ölümünü, çürüməsini və məhsuldar geri dönüşünü bitki dünyası ilə dirildən inanc şəkli yaşamını heyvan əti ilə davam etdirən ovçunun inanc çərçivəsində mövcud deyil və bu zaman ediləcək qurban heyvanın özüdür. Heyvanı öldürmək də təbiətə zidd deyildir və əksinə, yaşayan yaşayanı yeyir və heyvan qurban olmaq istəyir.

Qurban edilən heyvan motivini növbəti Amerika hindularının qaraayaqlılar qəbiləsi (blackfeet) arasında mövcud olan məşhur “rəqs edən buffalo” mifində görmək olar. Mifə görə, əvvəllər ovçu-yığıcılar tərəfindən uçurumdan yuvarlanaraq öldürülən buffalolar bir gün ölməkdən imtina edirlər və şüurlu hərəkətlərlə özlərini düzəldib qaçırlar. Qəbiləsinin ac qaldığını görən bir qız əgər özünüzü qurban etsəniz, sizlərdən biri ilə evlənəcəm deyir və belə də olur. Buffalolar qızı qaçırdaraq uzaq bir yerdə dustaq saxlayırlar. Bir müddət sonra qızının axtarışına çıxan ata quş vasitəsilə (quşun xəbər gətirən və aparan rolu özünü göstərməkdədir) onun yerini öyrənir və qızının dustaq olduğu mağaranı tapır. Qız və atası buffalolardan qaçmaq istəyərkən onların başçısı qızın atasını öldürür və qıza öz sürüsündən öldürülən heyvanların əziyyətlərini anlamaları üçün dərs verir. Bundan sonra buffalo qızın atasının öz itmiş sümüyü ilə diriləcəyini söyləyir və sümük tapılır, ata dirilir. Buffalolar öz rəqslərini qız və atasına öyrədir və digər insanlara da öyrətməklərini istəyirlər. Bununla da, öldürülən buffaloların ruhlarının yaşama qayıdacağına inanırlar, çünki sehr olan yerdə ölüm yox olur. Buffalo rəqsi düzgün icra edildiyində (islamda halallıqla kəsilməsi vacib olan qurban əti kimi) insan kəsilən qurbanın canını, ruhunu deyil, sadəcə ətini yemiş olur. Aşağıda Edison Studio tərəfindən çəkilən 32 saniyəlik səssiz film qəbilənin mifik yaddaşının XIX əsrdə belə öz təzəliyini necə qoruyub-saxladığını göstərir.



Paleolit dövrünə aid mağara divarlarındakı sənət nümunələrində rastlanılan bizon, öküz və s. təsvirləri yenə də qurban edilmə ritualından və ov-heyvan dünyası fəaliyyətindən səhnələri əks etdirir. Fransanın cənubunda Trois Freres (üç qardaş) mağarasındakı, qayaya həkk edilən Laussel Venusundakı (qadın heykəli), Paleolitin “Sikstin Kapellası” (Sistine Chapel) kimi tanınan Lascaux mağarasındakı mistik rəsmlər ibtidai inancın zamana həkk edilmiş və simvollaşdırılmış örnəkləridir.

Gallery

Gallery

Bəzi mənbələr ikinci şəkildə qadının əlində tutmuş olduğu nəsnəni qadının aybaşı dövrünün və ayın simvollaşdırılması olaraq qəbul etsə də, geniş yayılmış fikir onun bizon buynuzu olduğu yönündədir.

Bir şaman zehniyyətli Karibu Eskimosunun “İqjuqarjuk” mifindəki həyatın sonsuzluğu və ruhun dövr etməsinə olan inanc şəkli ilə Pifaqorun “hər şey dəyişir və heç nə ölmür, ruh getdiyi yerin şəklini alır” fikrindəki mahiyyət eynidir. Yaxud Platonun “Dövlət” dialoqunda işlətdiyi heyvan metaforasında paleolit dönəmdən etibarən insanın özünü heyvanla eyniləşdirməsi qavrayışının qalıcı təsiri hiss olunur. Heyvan fiqurlarının insan yaşantısına daxil olan dövlət, fərd, siyasət məfhumları ilə və işçi heyvanların təşkilatlanmış alqoritmlərinin insanla eyniləşdirilməsi, Lakan və Derridanın da bənzər görüşləri, Aristotelin isə inkarçı iyerarxik insan anlayışı (Tanrının siyasi olmayacaq qədər yüksəkdə, heyvanın siyasi olmayacaq qədər aşağıda olması), Spinoza fəlsəfəsində fərdiləşmə və təbiətlə fərd arasındakı fərq mövzusu və ya müasir çağda dövlətlərin simvoluna çevrilən müxtəlif heyvan rəsmləri ibtidai-arxaik inancın müxtəlif versiyalarda fikir formasına çevrilməsidir.


Ümumiyyətlə, insan ətrafında dövr edən dünyanı tanımağa, tapmağa başladıqca, cəhd etdikcə öz taleyini sadəcə heyvan dünyası ilə əlaqələrdirmir, sadəcə heyvanı qurban vermir, həmçinin, həyatını bitki dünyası ilə, öz içindəki mikrokosmosu makrokosmos ilə bağlayaraq (məsələn, Mesopotamiya zikkuratlarındakı (həmçinin piramida şəkilli digər nümunələr) 4 tərəfli arxitekturanın yuxarıya doğru uzanan V tərəfi, yer və göyün ortaq enerjisinin birləşməsini təmsil edir) sintezçi anlayış yaradır.


Ölüm fenomeninin inkar edilməsi yönündə edilən qurbanlar Sudan miflərində kralların öldürülməsi və bakirə qızla birlikdə basdırılması rituallarında rastlanılır. Mifdə keçən daimi ənənəyə görə, hər bir kralın taxtdan endirilməsi ulduzların və ayın müəyyən astronomik düzülüşü ilə bağlıdır və hər bir kral özünün öldürülmə vaxtının yetişdiyini, qurban ediləcəyi və yeni kralın taxta gətirilməsi tarixini rahiblərin göyləri müşahidəsi yolu ilə olacağını qəbul edir. Eynilə Hindistan, İndoneziya, Mozambik, Anqola, Zimbabve və bir çox digər bölgələrin yerlilərinin dilindən danışılan miflərdə ölümün inkar edilməsi paleolit insanının oyun yaratma halına daxil olmağının başlıca səbəbidir. Napata krallığında kralın öz labüd ölümünü unutmaq üçün hər gecə sarayında Farlimas adlı hekayəçini danışdırması, Orta Əsrlər ərəb ədəbi nümunəsi olan “Min bir gecə” nağıllarında Şəhrizadın ölümünü gecikdirmək üçün danışdığı nağıllar, yaşanılan həyatın gerçək olmayan yaşantıdan ibarət olduğunu söyləyən bütün dinlərin təməl sətirləri olan “momento mori” (fani olduğunu xatırla) ölüm həqiqətinin qalıcı kədərini unutdurmaq üçün bu gün də inanılan baxış tərzidir.
Mirzə Fətəli Axundovun 1857-ci ildə yazdığı “Aldanmış Kəvakib” əsərində də şahın taxtdan devriləcəyi xəbərinin astronomik müşahidələrə söykənən din xadimi Münəccimbaşı tərəfindən xəbər verilməsi, zənnimcə, haqqında danışdığım mifik göy inancının ölümlə eynilişdirilməsi mahiyyətindədir.

Tədqiqatçı professor Josef Kempbellin də dediyi kimi, mifaloji inanc mövzusu səthi yanaşılmayacaq, yaşama məna verən simulyasiyaların təşkilatlanışıdır və yalnızca bu inancın psixoloji-fəlsəfi mahiyyətini anlamağa çalışmaqla sivilizasiyaların ortaq kökünü tapmaq və anlamaq mümkündür.

# 4410 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #