Türkiyə kitab nəşrinə görə İtaliyanı geridə qoydu

Türkiyə kitab nəşrinə görə İtaliyanı geridə qoydu
31 iyul 2020
# 10:10

Təkcə iyul ayında nəşr olunan kitab sayına görə, Türkiyə bütün zamanların iyul rekorduna imza atıb.

Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, iyul ayında Türkiyədə 60 milyon 637 min 920 kitab nəşr olunub.

Nəşriyyat Peşə Birlikləri Federasiyasının sədri Münir Üstün Türkiyə bu il kitab nəşrinə görə, bütün zamanların rekordunu qırdığını deyib:

“Kitab nəşrinə görə dövriyyədə Türkiyə dünya üzrə 16-cı, başlanğıc istehsalına görə isə 6-cı sıradadır. Hazırda İtaliyanı keçmişik, artıq Fransa ilə rəqabət aparırıq. Nəştiyyatlar, yazarlar, oxucular, müəllimlər, analar, atalar və cəmiyyətin bütün kəsimləri bu rekordun sahibidir. Bu günə qədər olduğu kimi bundan sonra da kitab hər mənada qurucu güc olacaq”.

Bundan başqa Münir Üstün "Türkiyə kitab oxumur" sözlərinin əsassız olduğunu bildirib. Üstün, Türkiyədə 2011- ci ildə 289 milyon, 2012- ci ildə 293 milyon, 2013- cü ildə 330 milyon, 2014- cü ildə 344 milyon, 2015- ci ild 384 milyon, 2016 – cı ildə 405 milyon, 2017- ci ildə 408 milyon, 2018- ci ildə 411 milyon, 2019- cu ildə isə 424 milyon kitab nəşr olunduğunu bildirib.

# 3947 dəfə oxunub

Oxşar xəbərlər

Beynəlxalq səyyahlar Ağdamda olublar

Beynəlxalq səyyahlar Ağdamda olublar

18:20 8 oktyabr 2026
"Dünyanın ən yaxşı 100 süd məhsulu"  siyahısı açıqlandı

"Dünyanın ən yaxşı 100 süd məhsulu" siyahısı açıqlandı

18:00 8 oktyabr 2026
Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

17:30 8 oktyabr 2026
"Qızıl Portağal"ın münsifləri bəlli oldu

"Qızıl Portağal"ın münsifləri bəlli oldu

17:00 8 oktyabr 2026
Bəstəkar Aydın Əzimovun yaradıcılığına  həsr olunan dəyirmi masa

Bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunan dəyirmi masa

16:30 8 oktyabr 2026
AYB:  "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

AYB: "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

15:40 8 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər