news-inner
clock16:27 calendar-gray 27 İyul 2020 view-gray908 dəfə oxunub
view-gray908 dəfə oxunub

Qonşu arvadın qarğışına tuş gələn qoca – Ruzbeh Məmmədin hekayəsi

Kulis.az Ruzbeh Məmmədin "Ağrı" hekayəsini təqdim edir.

Səhran kişi əlini ağappaq saqqalına çəkdi, hətta yorğun, bir o qədər də çəlimsiz barmaqlarını saqqalının uclarına qədər sürüşdürdü. Elə dərindən ah çəkdi ki, bütün çiyin əzələləri yığılıb-boşaldı. Bomboz çöllüklərə baxdı. Cibindən siqaret çıxarıb yandırdı, bir qullab alıb, tərtəmiz havaya buraxdı. Gözləri dolmuşdu. Bir nəfəsə ağlamaq istəyirdi. Amma ağlamadı. Bəlkə də elə zülüm-zülüm ağladı, amma bu fəryadı səsli görmək olmadı. Qara bulud kimi fikirlər, duyğular içinə çökmüşdü. Və qəfil dedi ki, bu daşlarda anamla gəzərdik, indi isə burdan anamı görmək üçün qəbristanlığa baxıram...

Səməd onda lap balaca idi. Hələ burnunu köynəyinin qoluna silirdi. Bir də hinəgirən Səriyyənin toyuqlarının yumurtasını oğurlayırdı. Hinəgirən Səriyyə də çıxıb taxıl xarmanın ortasında elə söyüşlər verirdi ki, heç o söyüşləri kişilər vermirdi. Hələ bir dəfə xarmanda bərk qarğış elədi; Dedi ki, mənim qırmızı beçəmin yumurtasını oğurlayanın görüm heç həyəti toyuğ-cücəyə həsrət qalsın, oğlu evlənməsin, qızı qarıyıb evdə qalsın.

Səməd də seyid Fatmanın evinin arxasında böyürtkən koluna qımışıb hinəgirən Səriyyənin qarğışlarını bir-bir barmağı ilə sayırdı. O, dəqiq yəqin eləmişdi ki, hinəgirən arvad o qarğışları ona edir. Kim bilərdi ki, gün gələcək Səmədgilin həyətində bir beçə olmayacaq ki, qonaq qabağına kəsib qoysunlar.

Səməd evin tək oğlu idi. İki bacısı isə ondan böyük idi. Anaları uşaq olanda ölmüşdü. Atası Səhran kişi isə Sovet dağılandan sonra ömrünü həyət-bacada keçirirdi. Düz 37 il Səmədin atası anasından sonra subay yaşayırdı. Və həmişə ona evlən deyənlərə deyirdi ki, rəhmətlikdən gedin soruşun, görün o nə deyir, mən ondan soruşmadan iş tuta bilmərəm.

Doğrudan da qəribə ömür sürürdü. Bir gün kənddə arvadlar pıçıldaşırdılar ki, Allaha çox şükür hinəgirən arvadın duası qəbul olmayıb. Çünki bu söz-söhbətə səbəb Səmədin evlənməsi idi. Səməd daha böyük kişi olmuşdu. O, burnunu qoluna silmirdi, yumurta da oğurlamırdı. Amma Səmədin haqqında şaiyələr isə bitib-tükənmirdi. Deyirdilər ki, Səməd “qızbibidi”. Allah bilir, bəlkə elə bunu da o hinəgirən Səriyyə uydurub. Onu da deyim ki, Səriyəyə ona görə hinəgirən deyirdilər ki, bütün günü hinin qarşısında keçirirdi. Necə ki, toyuq yumurtlayırdı, Səriyyə də tez başını hinə soxub, yumurtanı götürürdü. Bu minvalla axşama qədər gününü belə keçirirdi.

Kəndin bikar arvadlarının pıçıldaşması bütün elə-obaya yayılandan sonra, hamı yəqin etdi ki, Səməd həqiqətən evlənir.

Qış ayının düz ortaları idi ki, Səməd üçün toysuz-çalğısız bir qız gətirdilər. Səməd də sevindiyindən işıldayan kəmərini belinə vurub, hərdən eyvanda var-gəl edirdi. Hinəgirən qarı da çox gümanki evdə bu işin baş tutmaması üçün qarğışlar edirdi. Qarğış etməsə də yumurtaların sayını tuturdu.

Amma bu xoşbəxtlik uzun çəkmədi. Hinəgirən qarının qarğışları öz bəhrəsini verdi. Səməd evlənər-evlənməz Rusiya yoluna üz qoydu. İki bacısı və atası bir otaqlı evdə ömür etməyə davam edirdilər. İllər çox sərt olur, ya da bəzi insanlara sərt üzünü göstərir. Səhran kişi iki qızını saxlamaq üçün üç baş inəyə göz bəbəyi kimi baxırdı. O, inəklərin balalarını satıb, evi dolandırırdı. Hərdən görürdün ki, kəndin ayağında yağışlı günlərdə daşa qımışıb oturub. Və adama elə gəlirdi ki, Səhran Səməddən nigarandı. Ya da qəbristanlıqdakı anası üçün darıxıb. Amma necə ola bilər ki, 67 yaşında adam anası üçün darıxsın? Bəs darıxmırdısa nəyə görə elə hey qəbristanlığa baxırdı?

Elə qəbristanlığa baxa-baxa Səhran kişi əlini ağappaq saqqalına çəkdi, hətta yorğun, bir o qədər də çəlimsiz barmaqlarını saqqalının uclarına qədər sürüşdürdü. Elə dərindən ah çəkdi ki, bütün çiyin əzələləri yığılıb-boşaldı. Bomboz çöllüklərə baxdı. Cibindən siqaret çıxarıb yandırdı, bir qullab alıb, tərtəmiz havaya buraxdı. Gözləri dolmuşdu. Bir nəfəsə ağlamaq istəyirdi. Amma ağlamadı. Bəlkə də elə zülüm-zülüm ağladı, amma bu fəryadı səsli görmək olmadı. Qara bulud kimi fikirlər, duyğular içinə çökmüşdü. Və qəfil dedi ki, bu daşlarda anamla gəzərdik, indi isə burdan anamı görmək üçün qəbristanlığa baxıram...

Daha bir yağışlı gün idi. Səhran çənəsini ağaca söykəyib boz çöllükdə inəkləri otarırdı. Sonra həzin-həzin mahnı da oxuyurdu:

Duman çəkil dağlardan, duman çəkil dağlardan

Dağlar başına dönüm, torpağ daşına dönüm.

Elə qəmli-qəmli oxuyurdu ki, elə bil bu dünyada hamı Sehran kişini atıb getmişdi, hamı onu tərk etmişdi, daha gəlməyəcəkdi. Əslində isə həqiqətən də o büsbütün bir tənhalığın içində idi: Oğlu Səməd üçün, ölən arvadı üçün və anası üçün uşaq kimi darıxırdı. Darıxa-darıxa da, iki bəxtigətirməmiş qızına baxırdı və illərin qabağına düşüb qocalırdı.

Hinəgirən qarı da qırmızı beçələrini uşaqlarına tapşırıb ölmüşdü. Amma hinəgirən qarı ölsə də, onun qarğışı qulaqlardan getməmişdi. Elə bil ki, hər il yay olanda, taxıl biçinindən sonra xaramanda onun səsi eşidilirdi: Deyirdi ki, ay toyuqlarımı sayan, inəklərimin südünə göztikən sizi görüm balanızın köynəyi sovxaya qalsın. Hələ ürəyi soyumayanda daha ağır qarğışlar edirdi ki, bütün kənd-kəsək onun qarğışlarından heçə çıxmışdılar.

Səhran kişi isə həmişə hinəgirən arvada deyirmiş ki, oğlum Səmədin ölmüşünə Səməd Rusiyətdən gələndə sənə yaxşı don tikdirəcəm. Amma nə Səhran kişi, nə hinəgirən qarı o günü görmədi. Səməd gedib Leninqradda ilişib qaldı. Həm də, o da söz-söhbət olmuşdu ki, Səməd arvaddan qorxandı. Ona görə gəlib atasına baş çəkmir.

Bu yaz Səhran da öz anası yatan qəbristanlığa getdi. Heç oğlu Səmədi də görmədi. Daha heç Səmədin boyuna-buxununa da yalvarmadı. Çünki əcəl ona vaxt vermədi. Səhərin günəşində inəklərini kövşənliyə ötürdü, ağappaq saqqalına adəti üzrə sığal çəkdi. Həm də saqqalına son sığalı çəkdi. Evə qayıdıb əbədi olaraq gözlərini yumdu, o gözlər daha kövrək və bəxtigətirməmiş qızlarını görməyəcəkdi. Sonra camaat yığıldı. Arvadlar ağladı, kişilər Səhran kişini çiyinlərinə alıb apardılar. O boyda kişini heç nə demədən, heç nə soruşmadan götürüb apardılar. Adama elə gəlirdi ki, Səhran kişi özü tabuta girib, çıxıb oturub kəndin kişilərinin çiynində. Sanki elə özü bu günü tələskənliklə gözləyirmiş. Tabut həyətdən çıxar-çıxmaz isti plov qoxusu bütün kəndə yayıldı. Hamı Səhran kişinin ehsanından yeyib "Allah rəhmət eləsin" dedilər. Səhran isə daha boz çöllüklərdən qəbristanlığa baxmırdı. Buxaradan çıxan tüstü bulud-bulud göylərə yayıldı. Bəxtigətirməmişləri ay dədə deyib nalə çəkdilər. Əl ağacı həyətdə zülüm-zülüm ağladı. Yağış kövşənliklərə sel olub axdı.

news-inner-user

19538 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Mirzə Cəlilin nəvəsi Fransadakı səfirliyimizdə olub
18:54 05 Avqust 2021
Qəbələ Musiqi Festivalı başa çatdı
18:14 05 Avqust 2021
Yaxınları Rafiq Tağını ziyarət etdi - Foto
18:07 05 Avqust 2021
Tanınmış yazıçı ilə görüş keçiriləcək
17:30 05 Avqust 2021
Axına qarşı üzmədən nəyəsə nail olmaq qeyri-mümkündür
17:01 05 Avqust 2021
Azərbaycanda etdiyi bu rəqsə görə Rafet El Romanı topa tutdular - Video
16:14 05 Avqust 2021
Rafiq Tağının qardaşı: “Anam qətlə yetirildiyini bilmirdi, ona qurban demişdi” – Müsahibə
15:21 05 Avqust 2021
Yaponiyada alovlanan olimpiya məşəli və Türkiyədəki meşə yanğınları
14:43 05 Avqust 2021
Nobelli şair məhkəməni uddu
14:01 05 Avqust 2021
"Çocuklar duymasın"ın Havuçu yanğınsöndürənlərə qoşuldu - Fotolar
13:12 05 Avqust 2021
Başı kəsilən Sevinci necə xilas edə bilərdik?
12:26 05 Avqust 2021
Əri evə başqa qadın gətirdi, efirə çıxarmaq üçün ona əxlaqsız təkliflər etdilər, iki uşağıyla ac-susuz qaldı – Səfil həyatı yaşayan xanəndəmiz
12:02 05 Avqust 2021
Flora Kərimovanı hədəfə alanların əsl siması – Sevda yazır...
11:01 05 Avqust 2021
Azərbaycanda yeni musiqi aləti yaradıldı - Foto
10:31 05 Avqust 2021
44 müəllifdən 44 ən yaxşı hekayə - Yeni layihə
10:01 05 Avqust 2021
Kosmik raketlərdən bəhs edən peyğəmbər hədisi – Zamin yazır...
09:00 05 Avqust 2021
Xalq artisti Rafiq Hüseynovun film kimi həyatı - Maraqlı faktlar
21:00 04 Avqust 2021
Amerikalı vokalçının “Qarabağ Azərbaycandır” klipinin təqdimatı keçirilib
18:45 04 Avqust 2021
Yanğın “Rəcəb İvedik”in evinə yaxınlaşdı – Qalmaqal düşdü
18:01 04 Avqust 2021
Onda mən də doyunca ağlaram - Güneydən hekayə
17:20 04 Avqust 2021