Etimad Başkeçidlə Cavid Zeynallı yarışdılar

Etimad Başkeçidlə Cavid Zeynallı yarışdılar
27 noyabr 2012
# 11:50

Kulis.az “Yazıçı rinqi” layihəsinə start verir. Bu layihədə iki yazıçıya suallar veriləcək. Hər sual qarşısında yazılan “bal”la ölçülür. Oyunun sonunda suallara verilən doğru cavablar ballara uyğun olaraq toplanır. Maksimum 51 bal, minimum 3 bal arası göstəricidə ən çox bal toplayan qalib hesab olunur.

Hər suala 2 dəqiqə vaxt ayırmaqla cəmi14 dəqiqə verilir. Bir köməkçi vasitə var – “dosta zəng”. Dosta zəng üçün 1 dəqiqə vaxt verilir. Bu da iştirakçıya verilən 14 dəqiqədən çıxılır. Suallardan 5-i beş variantlı, 2-i isə variantsızdı.

Əvvəlcədən bildiririk, bu sadəcə oyundur.

İlk oyunçularımız yazarlar Etimad Başkeçid və Cavid Zeynallıdır.

1. Dünyada ilk dəfə Miniatür kitab Muzeyi hansı şəhərdə yaradılıb? Məlumat üçün deyək ki, muzeyin yaradıcısı azərbaycanlıdı. Muzeydə 3500 miniatür kitab nümayiş olunur. (5 bal)

A) Sankt-Peterburq
B) London
C) Bakı
Ç) Varşava
E) Tehran


Etimad Başkeçid – E
Cavid Zeynallı – A
Doğru cavab – C

2. Neçə müstəqil türk dövləti mövcuddu və hansılardı? (3 bal+7)

A) 5
B) 8
C) 7
Ç) 4
E) 6

Etimad Başkeçid - E (Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan)
Cavid Zeynallı - E (Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan)
Doğru cavab - E (Azərbaycan, Türkmənistan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan)

3. “Müvəkkil Vaysman”, “Dahi”, “Can üstə”, “Sərçələr”, “Dovşanın ölümü” hekayələrinin müəllifi hansı azərbaycanlı yazıçıdır? (4 bal)

A) M. Süleymanlı
B) Ə. Əylisli
C) B. Bayramov
Ç) A. Məsud
E) S. Əhmədli

Etimad Başkeçid – Ç
Cavid Zeynallı – Ç
Doğru cavab – Ç

4. “Kitab oxumaq azlığın işidir. Mütaliə vərdişi seçmə insanlara xasdır, oxunu kütləviləşdirməyə yönəlmiş proqramlar belə gülüncdü” - kimi radikal fikirlər hansı dünya şöhrətli yazıçıya aiddi? (7bal)

A) J. Saramaqo
B) H. Böll
C) U. Folkner
Ç) S. Bekket
E) Q. Q. Markes

Etimad Başkeçid – Ç
Cavid Zeynallı – A
Doğru cavab – A

5. Bu tarix18 oktyabr 2000-ci ildən Milli Kino Günü kimi qeyd olunur. Bu hansı gündür? (5 bal)

A) 2 avqust
B) 17 iyul
C) 20 sentyabr
Ç) 10 mart
E) 1 yanvar

Etimad Başkeçid – C
Cavid Zeynallı – A
Doğru cavab – A

6. Hansı azərbaycanlı yazıçı kamançayla ermənini ölümdən qurtarıb? (5 bal)

Etimad Başkeçid – Cəlil Məmmədquluzadə
Cavid Zeynallı – Cəlil Məmmədquluzadə
Doğru cavab – Cəlil Məmmədquluzadə

7. Feminist ədəbiyyatın klassikası adlandırılan “Qızıl gündəlik” romanının müəllifi, 87 yaşında Nobel mükafatı almış bu qadın İranda doğulmuş, 14 yaşına qədər kilsə yanındakı məktəbdə təhsil almış və iki dəfə ərdə olmuşdur. O, həm də “Cəhənnəmə enmək üçün təlimat”, “Qürub çağından əvvəlki yay” fantastik romanlarının müəllifidi? (15 bal)

Etimad Başkeçid kömək üçün dosta zəng edir - tənqidçi Əsəd Cahangir : Doris Lessinq deyir. Etimad bunu düzgün hesab edib cavablandırır – Doris Lessinq.

Cavid Zeynallı da bu sualda dosta müraciət edir. Şair Qismət : “Şimborskaya” - deyir. Cavid bunu düzgün hesab edib cavablandırır. Qismət sonra zəng edib – “Doris Lessinq”- desə də dosta zəng üçün verilmiş 1 dəqiqə bitmiş olduğundan bu cavab qeydə alınmır.

Doğru cavab – Doris Lessinq

Oyunun nəticəsinə əsasən Etimad Başkeçid 34 bal, Cavid Zeynallı isə 31 bal toplayır. “Yazıçı rinqi”nin qalibi Etimad Başkeçiddir.

# 3359 dəfə oxunub

Oxşar xəbərlər

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

15:00 6 oktyabr 2026
Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

14:00 5 oktyabr 2026
“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

14:00 4 oktyabr 2026
İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

13:30 4 oktyabr 2026
"Yenə görüşəcəyik gələn ildə..." - Anar

"Yenə görüşəcəyik gələn ildə..." - Anar

13:10 2 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər