news-inner
clock12:25 calendar-gray 22 İyul 2020 view-gray1875 dəfə oxunub
view-gray1875 dəfə oxunub

Onu iki dəfə öldürmək istədilər, qəbrinin yeri üç dəfə dəyişildi, oğlu repressiya qurbanı oldu – Həsən bəy Zərdabinin film kimi həyatı

Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 145 il ötür. Kulis.az bu münasibətlə ilk mətbu orqanımız olan “Əkinçi” qəzetinin yaradıcısı Həsən bəy Zərdabi haqqında tarixi faktları təqdim edir.

Böyük mücadilələrdən və xeyli əzab-əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində "Əkinçi" qəzetinin nəşri baş tutdu. Bu qəzetlə Azərbaycan milli mətbuatının əsası qoyulub.

Gallery

Həsən bəy Zərdabi Moskva Universitetini bitirdikdən sonra Tiflisdə torpaq idarəsində çalışmağa başlayır. Onun Borçalıda islahat prosesində torpaqların kəndlilər arasında doğru-düzgün bölüşdürməsi yerli bəylərin ürəyincə olmur və burda Həsən bəy Zərdabiyə sui-qəsd təşkil olunur. Lakin Tiflisdə dövlət qulluğunda olan M.F.Axundovun müdaxiləsi ilə sui-qəsd cəhdi uğursuz olur.

***

“Əkinçi” qəzetinin mətbəəsində fəhlə işləyən erməni Minasovun jandarm idarəsinə xəbərçiliyi qəzetin qapanmasına səbəb olmuşdu. Onun böhtan dolu donoslarının açıqlanması zamanı Minasov həyasızcasına Həsən bəy Zərdabinin üzünə durmuşdu. Həsən bəy Zərdabiyə Qafqazda iş verilməsi qadağan edilmişdi.

***

1868-ci ilin 28 fevralında məhkəmədə barışıq məhkəməsinin katibi vəzifəsinə təyin olunan H.Zərdabi burada ideoloji haqsızlıqlara qarşı mübarizə aparır. Nəticədə Quba bəyləri Zərdabini öldürmək qərarına gəlirlər. Bu səbəbdən Zərdabi Qubada da uzun müddət işləyə bilmir. 1868-ci ilin 4 oktyabrında məhkəmənin katibi vəzifəsindən kənarlaşdırılır. 1869-cu ilin noyabrınadək işsiz qalan Həsən bəy Şamaxıda şəxsi vəkilliklə məşğul olur.

Gallery

Həsən bəy Azərbaycanın ilk maarifçi qadınlardan biri olan Hənifə xanım Məlikova ilə ailə qurub.

***

Dörd qızı, iki oğlu olub. İkinci qızı Fatimə 3 yaşında, üçüncü qızı isə 1 yaşında qəfil dünyasını dəyişib.

***

Böyük qızı Pəri xanım Tobçubaşova Azərbaycanın ilk parlament sədri Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı olub. Fransada mühacirətdə olan Əlimərdan bəy Topşubaşov və Pəri xanım Topçubaşova elə orada da dəfn olunublar.

Gallery

Həsən bəyin böyük oğlu Midhəd Məlikov Almaniyada ali mühəndislik təhsili alıb. Ermənilərin donosu və üzədurması ilə 1937-ci ildə güllələnib, 1990-cı ildə isə bəraət alıb. Mənbələrdə yazılan məlumata görə, Midhəd bəy Məlikov Lənkəranda öz hesabına, Xanbulaqçay üzərində su elektrik stansiyası qurmaq niyyətində idi. Elə oradan qolları qandallı Bakıya gətirilib güllələnib. İkinci Safvet Məlikzadə isə itkin düşüb. Sonralar Ankarada yaşadığı bəlli olub.

Gallery

Faciələr Həsən bəy Zərdabi nəslindən, doğmalarından yan keçməyib. Belə ki, onun əmisi uşaqları - Həmdulla bəy Məlikovun, Xanlar bəy Məlikovun ailəliklə Orta Asiyaya sürgün edilib, Xanlar bəy Məlikovun böyük oğlu Cəmil bəy Məlikovun istintaqsız, məhkəməsiz güllələnib.

***

Mingəçevir Su Elektrik Stansiyasının ilk ideyasını Həsən bəy Zərdabi verib. Hələ o vaxt demişdi: “Mingəçevir ərazisində, köhnə poçtun yerində su elektrik stansiyası qurularsa, Milin, Muğanın susuzluqdan sinəsi cadar-cadar olmuş düzənlikləri, şoran torpaqları gülüstana çevrilər.”

***

Həsən bəy Zərdabinin ortancıl qızı Qəribsoltan xanım Məlikova ömrünü müəllimliyə həsr edib. SSRİ Xalq artisti, sabiq mədəniyyət naziri Rauf Hacıyevin anası Nanə xanımla doğma Zərdaba köçən Qəribsoltan xanım heç vaxt xanım ərə getməyib, övladı olmayıb. O, görkəmli bəstəkar Rauf Hacıyevin təlim-tərbiyəsi ilə məşğul olmuş, onun ərsəyə çatmasında xüsusi xidmətləri olub.

Gallery

Zərdabinin ictimai-siyasi fəaliyyətindən razı qalmayan Bakı qubernatoru onu mütəmadi izləyərək “siyasi cəhətdən təhlükəli və etibarsız” hesab edib. Nəticədə, 1877-ci ilin sentyabr ayında “Əkinçi” qəzeti çar hökuməti tərəfindən bağlanır. 1878-ci ildə isə Zərdabi Yekaterinodar (Krasnodar) Şəhər Gimnaziyasına müəllim göndərilmək adı ilə Bakı gimnaziyasında müəllimlikdən azad edilir və Bakıda qalması lazım bilinmir.

***

Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova xatirələrində yazır: “Həsən bəy Dumadan elə əsəbi gəlmişdi ki, artıq onun yaşaması mümkün deyildi… O, əsəbi halda dedi ki, erməni həyasızlığı gör nə yerə çatıb ki, milləti qırğına vermək üçün mənə rüşvət təklif edirlər. Duma üzvü Ambarsum Həsən bəyə 8 min manat rüşvət gətirir ki, təki o, ...sussun.”

***

1873-cü ildə Zərdabinin təşəbbüsü və rəhbərliyi ilə Bakı Real Gimnaziyasının binasında M.F.Axundovun “Hacı Qara” komediyasının tamaşaya qoyulur. Bununla da Azərbaycanda Milli Teatrının əsasını qoyur.

***

Həsən bəy Zərdabi ölümünə yaxın insult keçirir. Danışa bilməsə də, o, buna fikir verməyərək ölümünə qədər “Kaspi” qəzetində vəzifəsini davam etdirir.

***

Böyük mütəfəkkir 1907-ci il noyabrın 28-də vəfat edib. Üç dəfə qəbir yeri dəyişdirilən Həsən bəy Zərdabinin nəşi nəhayət layiq olduğu yerdə - Fəxri Xiyabanda torpağa tapşırılıb

news-inner-user

18694 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Yeni filmin nümayişi təşkil olunub
18:01 08 May 2021
Ədəbiyyat tariximizə qızıl hərflərlə yazılan misralar: 5 seçmə şeir
17:20 08 May 2021
Azərbaycanlı musiqiçi vəfat etdi
16:20 08 May 2021
Gənc yazardan yeni hekayə: Şlaqbaum
15:39 08 May 2021
Aktyor kitabxananın qonağı oldu
15:01 08 May 2021
Musa Yaquba sevgi və iztirabla - Kamal Abdulla yazır...
14:20 08 May 2021
Çingiz Hüseynovun ən çox sevdiyi 10 roman - Siyahı
13:36 08 May 2021
Xalq şairi Musa Yaqub dəfn olunub - Fotolar
12:37 08 May 2021
Şeir yazmağa Stalinə görə başladı, evli ola-ola bir qadına vuruldu, arvadı sevgilisinə yazdığı şeirləri gizli oxudu – Musa Yaqubun nağıl kimi həyatı
12:30 08 May 2021
Xalq artisti koronavirusdan dünyasını dəyişdi
11:38 08 May 2021
Şuşanın Mədəniyyət paytaxtı elan olunmasının 10 tarixi dərsi
11:10 08 May 2021
Ölən adamdan şair olar? - Gənc şair Fikrət Qocaya şeir həsr etdi
10:35 08 May 2021
Qətlə yetirilmək istərdim: Gecənin qaranlığında... Bıçaqla...
10:05 08 May 2021
2021-ci ilin “Oskar” saxtakarlığı – Sevda Sultanovadan sərt tənqid
09:00 08 May 2021
Jurnalist Fulya haqqında film çəkiləcək
18:56 07 May 2021
Sabir Rüstəmxanlıdan təsirli sözlər: “Əlvida, əziz qardaş!”
18:08 07 May 2021
Nizami Gəncəvi və Yunus Əmrəyə həsr edilən səhnə əsəri nümayiş olunub
17:46 07 May 2021
“Buynuzdan yazanda kəndi işğal olunan şairlərdən utanırdım” - Musa Yaqubun son müsahibəsi
17:15 07 May 2021
Musa Yaqubun dəfn olunacağı yer bəlli oldu
16:39 07 May 2021
Azərbaycanlı şairin ingiliscə kitabı çıxdı
16:12 07 May 2021