Azərbaycanlı tələbə beynəlxalq festivalın qalibi oldu

Azərbaycanlı tələbə beynəlxalq festivalın qalibi oldu
17 iyul 2020
# 10:45

Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbinin tələbəsi, gənc rejissor Afaq Yusiflinin layihəsi CineDocTbilisi film festivalı çərçivəsində Qafqazın Yeni İstedadları layihə müsabiqəsinin qalibi olub.

Kulis.az Cinedoc-Tbilisi Cənubi Qafqazda sənədli filmlərə həsr olunmuş ilk beynəlxalq festivaldır.

Rejissor qeyd edir ki, gənc bir rejissor olaraq o qədər sayda peşəkar insan qarşısında öz şəxsi hekayəli sənədli filmimi təqdim etmək əsl şans idi və əlindən gələnin ən yaxşısını edə bilmək üçün layihəyə çox məsuliyyətlə yanaşıb ki, bu da sadəcə qalibiyyət üçün yox, eyni zamanda yuxarıda kimliklərini qeyd etdiyi insanlar qaşısında daha yaxşı çıxış edə bilmək üçün idi.

Yeri gəlmişkən, “Nəvə” adlandırılan sənədli filmin əsas qəhrəmanları rejissorun özü və yaşlı nənə və babasıdır. Mövzuya əsasən, nənə və babası ilə yaşayan, artıq bir-birinə qəribə bir mənəvi bağlarla bağlanan ailə tablosunda, günlərin birində nəvənin aldığı qərar konfliktə səbəb olur. Qayğıya ehtiyacları olan, meyillərini nəvəyə salan yaşlı insanlarla, karyeraya uğrunda mübarizə aparmaq arasında qalan nəvənin hansı qərarı verəcəyi və bu qərarın 3 nəfərə necə təsir edəcəyi filmin əsas mövzsunu təşkil edir.

Rejissor onu da qeyd edir ki, film material olaraq hələ tam hazır deyil, çünki yaşanılacaq hələ çox yaşantılar var və kamera bunları necə var eləcə qeydə almalıdır.

# 3127 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:20 29 iyun 2026
İyulun ilk həftəsi “Astarada kino günləri”  təşkil olunacaq

İyulun ilk həftəsi “Astarada kino günləri” təşkil olunacaq

18:00 29 iyun 2026
Məşhur rejissorun "Don Kixot" layihəsi yenidən qurulur

Məşhur rejissorun "Don Kixot" layihəsi yenidən qurulur

17:30 29 iyun 2026
Yeni Ceyms Bond kim olacaq? -  Kastinq direktoru "007"nin sirrini açdı

Yeni Ceyms Bond kim olacaq? - Kastinq direktoru "007"nin sirrini açdı

11:40 29 iyun 2026
“Maykl” bütün zamanların ən çox gəlir gətirən bioqrafik filmi oldu

“Maykl” bütün zamanların ən çox gəlir gətirən bioqrafik filmi oldu

10:10 29 iyun 2026
Döyüş romantikasını darmadağın edən faktlar - Ölmədən öncə mütləq baxılmalı 10 müharibə filmi

Döyüş romantikasını darmadağın edən faktlar - Ölmədən öncə mütləq baxılmalı 10 müharibə filmi

14:00 26 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər