Aqşin Yenisey ittihamlara cavab verdi

Aqşin Yenisey ittihamlara cavab verdi
16 iyul 2020
# 16:47

“Sadəcə, bizim cəmiyyət tənqiddən nəticə çıxarmaq yerinə, onu susdurmağı öhdəlik bilir. İstəyir, şairi, yazıçısı da ona yaltaqlansın, çünki öz əskisi də tüstülüdür.”

Kulis.az xəbər verir ki, bu sözləri Aqşin Yenisey Facebookda şəhid general Polad Həimovla bağlı yazdığı son statusdan sonra ünvanına səslənən iradlarla bağlı "Sherg.az"a verdiyi açıqlamasında deyib. O bildirib ki, böyük mətləbləri hamının görə bildiyi mətləblərdə axtarmıram:

"Sufilər həqiqətin zərrərlərdə olduğunu söyləyirdilər. Şəhid olan general-mayor haqqında yazılanları oxuyanda, düzü, inanmadım, amma onun kirayədə yaşadığı evin balkonunun şəklini yas fotolarında görəndən sonra o zərrədə gizlənmiş həqiqəti kəşf edə bildim. Mən xalqın içində yaşayan biriyəm. Ailələrimizin hansı mənəvi-maddi dəyərlərlə yaşadığını çox yaxşı bilirəm. Yazmışam ki, biz Polad kimi oğullar doğa bilərik, amma Polad kimi general yetişdirə bilmərik. Buna cəmiyyətimizin söykəndiyi günlük dəyərlər imkan verməz. Şəxsən mənim qohumlarım bilsələr ki, Prezident mənə ev bağışlayıb və mən o evi bir qaçqın ailəsinə verib, özüm kirayədə yaşayıram, mənə dəli kimi baxarlar. Bir general-mayorun bunu etməsi indiki cəmiyyətimizə xas olmayan haldır".

4 ildi Türkiyədə yaşadığını xatırladan A.Yenisey orada zabit kultunun hansı dövlət mənəviyyatı ilə yetişdirildiyini çox yaxşı bilir:

"O zabitlər təqaüdə çıxdıqdan sonra cəmiyyətin mənəvi sərvətlərinə çevrilirlər. Bir il altı ay da öz ordumuzda zabit kimi xidmət etmişəm. Türkiyədə oxuyub gələn zabitlərin, gizirlərin həm peşə biliklərinin, həm mənəvi keyfiyyətlərinin seçildiyini öz gözlərimlə görmüşəm. Mən heç vaxt "günah keçi"si axtarmıram. Tarix və kütlə günahı Hitlerin, Stalinin üstünə yıxa bilər, amma o Hitleri də, Stalini də sevən, bağrına basan tarixin özü idi, kütlənin özü idi. Sadəcə, bizim cəmiyyət tənqiddən nəticə çıxarmaq yerinə, onu susdurmağı öhdəlik bilir. İstəyir, şairi, yazıçısı da ona yaltaqlansın, çünki öz əskisi də tüstülüdür.

Tənqidi təhqirlə susdurmağa meyillidir. Amma ümidsiz deyiləm, əminəm ki, bir gün cəmiyyətimiz təkcə igid oğlanlar, gözəl qızlar doğmaqla işini bitmiş hesab etməyəcək, onları həm də mənəviyyatı zəngin peşəkar insanlar kimi yetişdirə biləcək".

Xatırladaq ki, Aqşin Yenisey facebook-da yazdığı bu statusa görə sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub. Sözügedən statusu sizə təqdim edirik.

"Dünəndən fikirləşirəm ki, bizim toplumun potensialı Polad kimi oğul doğmağa çatar, amma Polad kimi general yetişdirə bilməz, mümkün deyil. Bu istisnada nəsə bir sirr var. İndi oxuyuram, adam türk ordusunun yetirməsi imiş".

# 4379 dəfə oxunub

Oxşar xəbərlər

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
“Oasis”  “Rock & Roll Hall of Fame” mərasiminə qatılmayacaq

“Oasis” “Rock & Roll Hall of Fame” mərasiminə qatılmayacaq

12:38 14 noyabr 2026
Martin Lüter Kinqin məşhur nitqinin əlyazması tapıldı – 10 milyon dollardan baha satıla bilər

Martin Lüter Kinqin məşhur nitqinin əlyazması tapıldı – 10 milyon dollardan baha satıla bilər

11:52 14 noyabr 2026
“Ceyms Bond” filmlərinin prodüseri tarix yazdı – Barbara Brokkoli ilk qadın prezident seçildi

“Ceyms Bond” filmlərinin prodüseri tarix yazdı – Barbara Brokkoli ilk qadın prezident seçildi

11:03 14 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər