Tünzalə Ağayeva: “Çox çaşqın vəziyyətdəyəm” – Müsahibə

Tünzalə Ağayeva: “Çox çaşqın vəziyyətdəyəm” – Müsahibə
16 iyul 2020
# 14:28

Kulis.az-a Tovuz istiqamətində baş verən və hələ də davam edən hadisələrlə bağlı əslən bu rayondan olan Xalq artisti Tünzalə Ağayeva ilə yığcam söhbəti təqdim edir.

- Tünzalə xanım, siz əslən Tovuzdansınız, son günlər bu bölgədə baş verənlərlə bağlı nə deyə bilərsiniz?

- Çox narahatam. Karantinə görə gedə də bilmirəm. Amma daimi əlaqə saxlayıram. Çox pis və çaşqın vəziyyətdəyəm. Ermənilərin törətdiyi növbəti təxribatı kəskin şəkildə pisləyirəm. Sərhəd kəndlərdə yaşayan günahsız insanlarımızın qanı axır, əsgərlərimiz şəhid olur. Qarabağ müharibəsi başlayandan bəri Tovuz əhalisi, oğulları, qızları, yaşlıları bir an olsun evlərini tərk etməyiblər.

- Sizin uşaqlığınız orda keçib və bildiyim qədər, o vaxtdan müharibənin canlı şahidi olmusunuz.

- Bəli. 90-cı illərdə baş verən hadisələr mənim məktəb illərimə təsadüf edir. Bu gün baş verən qarşıdurmanın mən 90-cı illərdə də şahidi olmuşdum. Biz bombardman altında məktəbə gedib-gəlirdik. Bizim o vəziyyətdə həyatda qalmağımız böyük şans idi. Rayonun mərkəzində yaşamağımıza baxmayaraq, açılan atəşlər ora qədər gəlib çatırdı. Təəssüf, ermənilərin bütün Beynəlxalq qaydaları pozaraq yenidən Azərbaycan sərhədlərini atəşə tutur. Bunun bir sonu olmalıdır. Mən fürsətdən istifadə edib bütün şəhid ailələrinə başsağlığımı bildirir, analarının qarısında baş əyirəm.”

- Baş verənlərə cəmiyyətin, xüsusən gənclərin reaksiyası sizi qane etdimi?

- Gənclərimizdəki bu ruh yükəsliyini, düşmənə nifrət, vətənə sevgi hisslərini yüksək dəyərləndirirəm. O gün gənclərin Qarabağ üçün yürüş etməsi təqdirəlayiq idi, kaş ki, sonda təxribat olmayaydı. Təəssüf ki, çörəyi dizi üstündə olan bir qrup təxribatçı Azərbaycan torpaqlarının bütövlüyünü istəmir.

- Bəzən fikirlər səslənir ki, niyə tanınmışlardan yürüşdə iştirak edən yox idi...

- Bilirsiniz, mənə görə haqq səsimizi təkcə küçələrə çıxmaqla bildirməməliyik. Bu günün 90-cı illərdən fərqi ondadır ki, biz internet, texnologiya əsrində yaşayırıq. Dünyada informasiya müharibəsi gedir. Cənab Prezident də çıxışlarında bunu dəfələrlə vurğulayır ki, bizə qarşı həm də informasiya müharibəsi var. Ona görə də biz bu gün səsimizi daha çox internetdə çıxartmalıyıq. Müxtəlif dillərdə Azərbaycan həqiqətlərini, erməni xislətini dünyaya çatdırmalıyıq. Səsini çıxaran yalnız həmin gecə küçələrə çıxan vətəndaşlar olmadı. Mən özüm dayanmadan aktiv olduğum sosial platformalarda ingilis, rus dillərində baş verənləri çatdırmağa çalışıram, xəritəmizi paylaşıram. Bu gün dünya Dondar Quşçu, Ağdam kəndini görə bilmir. Biz göstərməliyik dünyaya. Bu mənada doğurdan da dayanmaq olmaz. Bu məsələ hamımızın məsələsidir və hər bir insan öz işində əsgər olmalıdır.

- Müharibə vaxtı sənətçilər nə etməlidir sizcə?

- Müharibə vaxtı sənətçilər daima əsgərlərin yanında olub. Mənim də bildiyiniz kimi ömür boyu repertuarımda hərbi vətənpərvərlik ruhunda yazdığım mahnılar olub və olacaq. Səsimlə, sənətimlə ordumuzun yanındayam. Qürur duyuram ki, bizim ordumuz düşmənin cavabını layiqincə verib, onları susdurur.

- Rayonda sizin yaxınlarınızın vəziyyəti necədir?

- Mənim qohumlarım Tovuzdadır, onlarla daima əlaqə saxlayıram. Hamısı ayağa qalxıb könüllü olaraq döyüşmək üçün qeydiyyatdan keçib. Dəyişməyən bir amal var. Biz vətən uğrunda döyüşə hazırıq. Əgər sabah əmr verilsə ki, qadınlar da əlinə silah alıb döyüş bölgəsində olsun, bunu həmişə bəyan etmişəm, mən də hazır vəziyyətdə dayanan o könüllülərdənəm. Bir şeyi də qeyd etmək istəyirəm. Mən bütün xalqımdan rica edirəm, belə gündə sosial şəbəkələrdə bir-birinə düşmən mövqeyi sərgiləməsinlər. Bu gün birlik zamanıdır, hamımızın bir düşməni var o da ermənidir. Bütün nifrəti düşmənə yönəltmək lazımdır.

# 7616 dəfə oxunub

Oxşar xəbərlər

"Evlilik müharibəyə getmək kimi bir macəradır..." -  Tanınmış ingilis yazıçıdan aforizmlər

"Evlilik müharibəyə getmək kimi bir macəradır..." - Tanınmış ingilis yazıçıdan aforizmlər

13:30 14 iyun 2026
Sürgündə vəfat edən Cümhuriyyət naziri - Onu  nədə ittiham edirdilər?

Sürgündə vəfat edən Cümhuriyyət naziri - Onu nədə ittiham edirdilər?

11:30 14 iyun 2026
Hidayət Orucov vəfat etdi

Hidayət Orucov vəfat etdi

23:50 13 iyun 2026
Flora Kərimova xəstəxanaya yerləşdirildi

Flora Kərimova xəstəxanaya yerləşdirildi

21:00 13 iyun 2026
"Baharın 17 anı" filminin tanınmış aktyoru vəfat etdi

"Baharın 17 anı" filminin tanınmış aktyoru vəfat etdi

16:00 13 iyun 2026
Bakıda "Son zəng" - FOTOLAR

Bakıda "Son zəng" - FOTOLAR

13:50 13 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər