Tarık Akanın heç yerdə bilinməyən söhbəti

Tarık Akanın heç yerdə bilinməyən söhbəti
10 iyul 2020
# 11:12

Türk Yeşilçam tarixində iz qoyan filmlərdən biri də "Canım Kardeşim” filmidir. 1973-cü ildə çəkilən filmin rejissoru Ertem Eğilmez, baş rollarında isə Tarık Akan, Halit Akçatepe, Adile Naşit, Metin Akpınar kimi məşhur aktyorlar yer almışdı. Hətta filmdə epizodik rolda olan Kemal Sunalın kariyerasında ilk filmlərindən biridir. Ertem Eğilmezi və bu heyyəti "Hababam Sinifi” başda olmaqla əyləncəli, komediya filmlərindən xatırlayırıq.

Bəs nə baş verdi ki, rejissor Ertem Eğilmez türk kino tarixinin ən dramatik filmlərindən birini çəkməyə qərar verir?

1972-ci ildə Ertem Eğilmez, Filiz Akın, Tarık Akanın baş rollarını paylaşdığı "Tatlı dilim” adlı filmi çəkməkdədir.

Gallery

Çəkiliş fasiləsində Tarık Akan, Ertemə "Qardaş, həmişə çox yaxşı rejissor olduğunu deyirsən, amma heç bir mükafat qazana bilməmisən” deyir.

Ertem Eğilmezin cavabı: "İstəsəm bundan sonrakı filmimdə mükafat qazanaram. Amma mən o tərz filmlər çəkmək istəmirəm.”

Nə var ki, Ertem Eğilmez, Tarık Akanın bu sözlərindən incimişdi. "Tatlı Dilim” filminin çəkilişlərindən sonra Tarık Akanı ofisinə çağırır və ona deyir:

Gallery

"Bir film çəkəcəm. Elə bir film olacaq ki, bir neçə mükafat qazanacaq. Sən də baş rolda olacaqsan. Bundan sonra o tərzdə film çəkməyəcəm. Sırf sənə mükafat ala biləcəyimi göstərmək üçün o filmi çəkəcəm.”

Qısa bir müddət sonra da Tarık Akan, Halit Akçatepe və Kahraman Kralın baş rollarını paylaşdığı "Canım Kardeşim”in çəkilişləri başlanır.

Bir neçə məşhur komediya filmlərinin ssenarisini də yazmış olan Sadık Şendilin qələmə aldığı dramatik ssenarinin heç bir yerini dəyişmədən olduğu kimi çəkir.

Gallery

Filmin mövzusu: Muradın xərçəng xəstəsi olan qardaşının ən çox istədi şey evlərində televizorun olmasıdır.

Yoxsulluğun dibini yaşayan Murad və yaxın dostu Halit, uşağın bu arzusunu yerinə yetirmək üçün mübarizə aparırlar.

Gallery

Bu film eynən Ertem Eğilmezin dediyi kimi "Altın Koza Film Festivalı”nda "Ən Yaxşı Rejissor Mükafatı” qazanmışdır.

Və yenə söylədiyi kimi bu filmdən sonra bir daha dram filmi çəkmir.

# 4251 dəfə oxunub

Oxşar xəbərlər

Selin Dion səhnələrə qayıdır

Selin Dion səhnələrə qayıdır

18:40 10 sentyabr 2026
Qədim gil qabında 4 min illik "Sevgi çiçəyi" qalıqları aşkarlandı

Qədim gil qabında 4 min illik "Sevgi çiçəyi" qalıqları aşkarlandı

18:00 10 sentyabr 2026
Kianu Rivz yeni layihə ilə ekranlara qayıdacaq

Kianu Rivz yeni layihə ilə ekranlara qayıdacaq

17:30 10 sentyabr 2026
Əfsanəvi müğənni Billi Coel səhnə ilə vidalaşdı - Səbəb

Əfsanəvi müğənni Billi Coel səhnə ilə vidalaşdı - Səbəb

16:30 10 sentyabr 2026
Mehmet Ali Erbil infarkt keçirtdi

Mehmet Ali Erbil infarkt keçirtdi

16:00 10 sentyabr 2026
Qarabağ və Şərqi Zəngəzurda 130 abidənin inventarlaşdırılması başa çatmadı

Qarabağ və Şərqi Zəngəzurda 130 abidənin inventarlaşdırılması başa çatmadı

15:41 10 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər