Ərinin başını qırxan kim, ad günü keçirən kim, rayonları gəzən kim... - Şou əhli karantində - Fotolar

Ərinin başını qırxan kim, ad günü keçirən kim, rayonları gəzən kim... - Şou əhli karantində - Fotolar
6 iyul 2020
# 08:58

Koronavirus hələ də ölkəmiz də daxil bütün dünyada insanları evlərə həbs etməyə davam edir. Bu uzun karantin günlərində musiqi, kino, teatr sektoru fəaliyyətini dayandırdı.

Dünyanın hər yerində sənətçilər kütlə qarşısındakı məsuliyyətini hiss etdikləri üçün özlərini izolyasiya etdilər, sosial məsafə saxladılar. Vəziyyəti daha çox ciddiyə alan məşhurların arasında Arnold Şvarsnegger birinci yer alıb. Taylor Svift İnstaqram hesabından insanlara səsləndi ki, çətin günlər yaşayırıq ona görə də sosial həyatımıza bir qədər ara verməliyik. Leydi Qaqa uzun müddətdir ailəsi ilə bütün əlaqəsini kəsib. Türkiyəli sənətçilərin əksəriyyəti özünü evə, yaxud bağa həbs edib.

İllər boyu gərgin iş rejimi səbəbiylə mənəvi ehtiyaclarını ertələyən dünya məşhurları karantin günlərində bu fürsətdən yararlanmağı bacarırlar. Məsələn, 3 uşaq anası Şakira Pensilvaniya Universitetinin dörd həftəlik onlayn Antik Fəlsəfə dərslərinə qatılaraq diplom alıb. Nurgül Yeşilçay hər gün kitab oxuyur. Aktyor Burak Can uzun zamandandır yazmağı planlaşdırdığı hekayəsini yazır. Siyahı uzundur, amma qısa kəsib keçmək istəyirəm özümüzə.

Karantin günlərində bizim məşhurlar özlərini üç istiqamətdə inkişaf etdirdi: yemək bişirmək, fotosessiya etmək, karantin qaydalarını qulaq ardı edib rayon istirahət mərkəzlərində ley-pey olmaq.

Şakira karantin dövründə uşaqları yatandan sonra Pensilvaniya Universitetindən məzun olur, hər həftə virtual konsertlərə qoşulub ordan gələn gəliri pandemiyadan zərər çəkən insanlara ianə edib. Bu bir neçə ayda, metrə yarım boyu ilə əcnəbi müğənninin fəaliyyətini bizimkilərlə müayisə edəndə ortaya acınacaqlı mənzərə çıxır.

İnstaqramı açırsan Xatirə İslam ya dolma bükür, ya da hamamda ərinin başını qırxır, Manaf Ağayav villasının həyətində adını bilmədiyi ölkədən gətirdiyi və ömründə ilk dəfə qarşılaşdığı ağacın yanında əlini belinə qoyub xəbəri yoxmuş kimi şəkil çəkdirir, Mətanət İsgəndərli yardım yeşikləri ilə bağırır ki, bacı qurban, mənə dəstək olun, tək bacarmıram! Altı aydan çoxdur toy yox, tədbir yox. Bu müddət ərzində heç olmasa cümlə qurmağı öyrənməyə belə cəhd etmədilər. İnstaqramda fotoları altında yazdıqları üç cümləlik yazıda altı dəfə qrammatik səhv edirlər.

Gallery

İnsanların tıncıxdığı bir zamanda nə məclislərindən qaldılar, nə istirahətlərindən. Evində ad günü edib sənətçi dostlarını başına yığan kim, rayon-rayon gəzib səfalı yerlərdə fotosessiya etdirən kim.

Xalq artisti Röya bir neçə gün əvvəl lüks bir restoranda həmkarlarını başına toplayıb banket etdi. Aktyor Müşviq Şahverdiyev başına dəstə yığıb səfalı yerlərə getdi. Əməkdar artist Elnarə Abdullayeva da başına gənc muğam ifaçılarını yığıb özünü verib Pirqulu meşələrindəki istirahət zonasına. Musa-Təranə cütlüyü Qubada dağ başından salamlayır milləti. Müğənni Natəvan Həbibi guya sosial məsafə gözləyib oğlunun bir yaşını evdə qeyd etdi.

Gallery

Bütün müğənnilər evində idi. İnsanların gərgin zamanında ictimai fiqur hesab olunan bu məşhurların pandemiya dövründəki rəftarı haqlı olaraq izləyicilərin qəzəbinə səbəb olur.

Gallery

Axı siz üç gün əvvəl cəmiyyətə “Evdəqal!” mesajını verən insanlarsınız.

Gallery

Gallery

Gallery

Gallery

Gallery

Gallery

Gallery

Gallery

Gallery

# 12510 dəfə oxunub

Oxşar xəbərlər

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

17:22 7 noyabr 2026
"8 Noyabr – Zəfər Günü"  - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

"8 Noyabr – Zəfər Günü" - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

15:02 7 noyabr 2026
"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

14:27 7 noyabr 2026
Cümhuriyyətin ilk illərində  “Kişilər dünyasında bir qadın yazar"  - Cahit Uçuk kim idi?

Cümhuriyyətin ilk illərində “Kişilər dünyasında bir qadın yazar" - Cahit Uçuk kim idi?

13:39 7 noyabr 2026
Rusiyanın Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti vəfat etdi

13:18 7 noyabr 2026
Türk sultanına aid  nadir tarixi çamadan sərgilənəcək

Türk sultanına aid nadir tarixi çamadan sərgilənəcək

13:01 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər