news-inner
clock12:10 calendar-gray 02 İyul 2020 view-gray10315 dəfə oxunub
view-gray10315 dəfə oxunub

“Laçınım” mahnısını efirə verməyə qorxdu, ailəsini mətbuatdan gizlətdi, qripin qurbanı oldu – Adını yanlış bildiyimiz Əməkdar artist

Bu gün Əməkdar artist Məhəbbət Kazımovun doğum günüdür. Kulis.az bu münasibətlə müğənni haqqında maraqlı faktları təqdim edir.

Möhübbət Allahverdi oğlu Kazımov 1953-cü il iyulun 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Ailədə səkkiz bacı, dörd qardaş olublar. Atası Allahverdi kənd təsərrüfatı ilə məşğul olub. Anası Südabə isə evdar xanım imiş.

***

İlk təhsilini Şamkənd kənd orta məktəbində alıb. Musiqi təhsili alması üçün qohum-əqrəbanın təkidi ilə 1974-cü ildə Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olunur. İlk muğam dərslərini Nəriman Əliyevdən alıb. Sonra isə Ağaxan Abdullayevin sinfində oxuyur.

Gallery

1976-cı ildən peşəkar səhnədə çıxış edirdi. "Dan Ulduzu" ansamblının solisti olub. Azərbaycanın bir çox konsert salonlarında öz tamaşaçılarına solo konsertlər verib. Bir çox xarici ölkələrdə -Türkiyədə, Rusiyada, İranda, Çexoslovakiyada və başqa ölkələrdə qastrol səfərlərində olub.

***

İlk dəfə diktor Roza Tağıyeva efirdən karıxaraq onun adını Məhəbbət kimi səsləndirib və o andan etibarən Məhəbbət Kazımov kimi tanınıb.

***

Bakı şəhərində yaşamağa başlayan müğənni 1990-cı ildə ailə həyatı qurub. Üç övlad atası olub.

Gallery

Məhəbbət Kazımov əsasən Azərbaycan milli musiqisi janrında bir çox tanınmış mahnı və muğamlar oxuyub? Mahnılar bəstələyib. Ən çox sevilən mahnılarından biri bəstəsi özünə aid olan "Laçınım" mahnısı olub.

***

Ailə üzvlərinin və dostlarının sözlərinə görə “Laçınım” mahnısını oxuyanda çox kövrəlirmiş. Hətta çox vaxt bu mahnını ifa edəndən sonra təzyiqi də qalxırmış. Bir dəfə adamlar “Laçınım” mahnısına toyda oynadıqları üçün Məhəbbət Kazımov mikrofonu masaya qoyub toydan çıxır. Sonralar ondan bunun səbəbini soruşanda deyir: “Bu mahnıya oynayıb, əl çalmayın.”

***

Ölümündən 4 il qabaq həkim ona oxumağı qadağan edir. O qədər ürəkdən oxuyurmuş ki, daxili orqanları tab gətirmirmiş. Həyat yoldaşı isə onun haqqında belə deyib: “Məhəbbətə hər şeyi qadağan etmək olar, amma oxumağı yox.”

Gallery

Məhəbbət Kazımov müğənni və duet ortağı Könül Kərimova ilə oxuduğu mahnılar onlara böyük populyarlıq qazandırıb. Könül xanımın sənətə gəlişində Məhəbbət Kazımovun böyük dəstəyi olub. İlk dəfə Könülün səsini Ağcabədidə toyda eşidib və xoşuna gəlib. Uzun illər bir yerdə çalışsalar da sonralar Könül Kərimova solo ifaçılığa başlayır və onların dostluğu pozulur. Cabbar Musayevlə duetlərdən sonra mətbuat onların düşmən olduğunu yazır. Lakin Məhəbbət Kazımov bunu təkzib edib, sadəcə ondan incidiyini dilə gətirib.

***

Şair Zahir Abbas Məhəbbət Kazımovun ifa etdiyi “Laçınım” mahnısının yaranma tarixindən bəhs edib: “Bir gün Məhəbbət müəllim gəldi ki, mənim bir dostum var, Fəxrəddin, yol polisi əməkdaşıdır. Onun bir şeri var, “Laçınım”, onu bir zümzümə edim, görün, necə alınır?” Oxudu, hamı təsirləndi. Peşəkar bir şeir deyildi, amma xalq dilində yazıldığından ürəyə yatımlı idi. Məhəbbət müəllim onu oxuyanda bütün sənətkarlar kövrəldi, hətta Arif Babayev də ağladı. Məhəbbət müəllim müğənni Könül Kərimova ilə birlikdə mahnını məşq etdi. Sonra “Laçınım”ı “Səbuhi” studiyasında yazdırdı. Amma mahnı hazır olub efirə çıxanda problemlə qarşılaşdıq. Məhəbbət müəllim ehtiyat edirdi. İşğal olunan rayonlar çox idi, onların heç birinin adına mahnı bəstələnməmişdi. İkinci bir tərəfdən isə mahnının musiqisində oynaqlıq vardı. Hamı deyirdi ki, Laçın dərdli yerimizdir. Belə bir mahnını tamaşaçı qarşısına necə çıxaraq? Azərbaycan cəmiyyəti bunu necə qarşılayacaq? Biz düşünürdük ki, “Laçınım” ağlamalı bir mahnı olacaq. Mart ayında əsgərlər qarşısında konsert vardı. Məhəbbət Kazımov həmin mahnını əsgərlər qarşısında oxudu. AzTV konserti dərhal efirə verdi. Bu mahnı efirə verilən gündən populyarlaşdı. Məhəbbət müəllimin bir ayın içində minlərlə kaseti satıldı.”

Gallery

Günlərin birində Osman Alıyev adlı bir nəfər Məhəbbət Kazımovla görüşür, ona mahnının sözlərinin əsl müəllifi olduğunu deyir. Uzun söhbətdən sonra Məhəbbət müəllim həmin adama inanır və sonrakı kaset buraxılışlarından musiqinin söz yazarı kimi həmin adamın adını qeyd edir.

***

Bu mahnı xalq, xüsusən laçınlılar arasında ona inanılmaz hörmət qazandırmışdı. Bu gün də Laçın camaatı müğənnini Məhəbbət Kazımovu inanılmaz məhəbbətlə ilə sevirlər.

***

Ölməmişdən öncə hamını yığıb, deyir, mən ölümümlə tarix yazacam. Doğrudan da elə oldu. Onun yasına bütün xalq gəldi. “Laçınım” mahnısının sədaları altında dəfn olundu.

Gallery

Ailəsinə və yaxınlarına son vəsiyyəti belə olur: "Laçın işğaldan azad olunsa, qəbrimi Laçına aparın, məni doğulduğum torpaqda dəfn edin.”

***

Məhəbbət Kazımov mühafizəkar, doğulduğu yürin adət-ənənisnə uyğun yaşayan bir sənətçi idi. O, ailəsini mətbuatdan həmişə gizli saxladı, heç adi suallara da cavab vermədi. Soruşanlara isə “Şəxsi həyatım yalnız mənə aiddir” cavabını verirdi.

***

Məhəbbət Kazımov yazıçı Seyran Səxavətin “İlk məhəbbətim” şeirinə də musiqi bəstələyib. Seyran müəllim müsahibələrinin birində xatırlayır: “Məhəbbət Kazımovla həmişə görüşərdik, yeyib-içib dərdləşərdik. Qarabağdan, Laçından, Füzulidən və Ağdamdan söhbətlər edərdik. Bir gün Məhəbbət zəng vurub dedi ki, qardaş, filan yerə gəl, orda görüşək. Mən də dediyi yerə getdim və gördüm ki, burda o qədər adam var, iynə atsan, yerə düşməz. Dedim, doğum günündü? Məhəbbət dedi, xeyr, bir az gözlə görəcəksən. Gördük, “İlk məhəbbətim” şeirimə mahnı yazıb və klipin təqdimatıdır. Bu gün müğənnilərin böyük əksəriyyəti o mahnını oxuyur.

Gallery

Sağlığında bir dəfə telekanalda yalan xəbər yayılır ki, Məhəbbət Kazımovun ömrünə üç ay qalıb. Bu xəbəri eşidən jurnalistlərdən biri ona zəng edir və müğənninin səsini eşidən kimi təəccüblənib deyir: “Bıyy, Məhəbbət müəllim, siz ölməmisiniz?” Müğənni isə deyir: “Siz mənim ölməyimi istəyirsiniz?”

***

Vladivostoka konsert verməyə gedəndə ordakı azərbaycanlılar onu 70-80 maşından ibarət avtomobil karvanı ilə qarşılayıb aparıblar.

***

Məşhurluğunun pik nöqtəsində Məhəbbət Kazımov şəkər və təzyiq xəstəliyindən əziyyət çəkir, yatağa düşür. Uzun müddətli müalicədən sonra İrana gedir. Həkimlər ona qrip xəstəliyindən qorunmağı tövsiyə edirlər. Lakin üç gün evdən çıxmayaraq qripdən qorunmağa çalışan müğənni xəstəliyə yoluxur və səhhəti ağırlaşır.

Gallery

Öldüyü gün səhhəti qaydasında imiş, lakin gecə halı qəfildən pisləşir. Evi ilə təcili tibbi yardım mərkəzinin arası iki dəqiqəlik yol olsa da, həkimlər gələnə qədər o, dünyasını dəyişir. Xırdalan qəbiristanlığında dəfn olunur. Ölümü bütün yaxınları və sənət cameəsi üçün gözlənilməz olur.

***

Müğənninin uzun illər yaradıcısı və rəhbəri olduğu “Laçınım” musiqi ansamblı onun son gününə qədər fəaliyyət göstərib. Hazırda həmin ansambl fəaliyyətini dayandırmayıb. Ona rəhbərliyi hazırda müğənni Habil Laçınlı edir.

Adını yanlış bildiyimiz Əməkdar artist" data-description="gallery" alt="“Laçınım” mahnısını efirə verməyə qorxdu, ailəsini mətbuatdan gizlətdi, qripin qurbanı oldu – Adını yanlış bildiyimiz Əməkdar artist"> Adını yanlış bildiyimiz Əməkdar artist" data-description="gallery" alt="“Laçınım” mahnısını efirə verməyə qorxdu, ailəsini mətbuatdan gizlətdi, qripin qurbanı oldu – Adını yanlış bildiyimiz Əməkdar artist"> Adını yanlış bildiyimiz Əməkdar artist" data-description="gallery" alt="“Laçınım” mahnısını efirə verməyə qorxdu, ailəsini mətbuatdan gizlətdi, qripin qurbanı oldu – Adını yanlış bildiyimiz Əməkdar artist"> Adını yanlış bildiyimiz Əməkdar artist" data-description="gallery" alt="“Laçınım” mahnısını efirə verməyə qorxdu, ailəsini mətbuatdan gizlətdi, qripin qurbanı oldu – Adını yanlış bildiyimiz Əməkdar artist"> Adını yanlış bildiyimiz Əməkdar artist" data-description="gallery" alt="“Laçınım” mahnısını efirə verməyə qorxdu, ailəsini mətbuatdan gizlətdi, qripin qurbanı oldu – Adını yanlış bildiyimiz Əməkdar artist"> Adını yanlış bildiyimiz Əməkdar artist" data-description="gallery" alt="“Laçınım” mahnısını efirə verməyə qorxdu, ailəsini mətbuatdan gizlətdi, qripin qurbanı oldu – Adını yanlış bildiyimiz Əməkdar artist"> Adını yanlış bildiyimiz Əməkdar artist" data-description="gallery" alt="“Laçınım” mahnısını efirə verməyə qorxdu, ailəsini mətbuatdan gizlətdi, qripin qurbanı oldu – Adını yanlış bildiyimiz Əməkdar artist"> Adını yanlış bildiyimiz Əməkdar artist" data-description="gallery" alt="“Laçınım” mahnısını efirə verməyə qorxdu, ailəsini mətbuatdan gizlətdi, qripin qurbanı oldu – Adını yanlış bildiyimiz Əməkdar artist"> Adını yanlış bildiyimiz Əməkdar artist" data-description="gallery" alt="“Laçınım” mahnısını efirə verməyə qorxdu, ailəsini mətbuatdan gizlətdi, qripin qurbanı oldu – Adını yanlış bildiyimiz Əməkdar artist"> Adını yanlış bildiyimiz Əməkdar artist" data-description="gallery" alt="“Laçınım” mahnısını efirə verməyə qorxdu, ailəsini mətbuatdan gizlətdi, qripin qurbanı oldu – Adını yanlış bildiyimiz Əməkdar artist"> Adını yanlış bildiyimiz Əməkdar artist" data-description="gallery" alt="“Laçınım” mahnısını efirə verməyə qorxdu, ailəsini mətbuatdan gizlətdi, qripin qurbanı oldu – Adını yanlış bildiyimiz Əməkdar artist"> Adını yanlış bildiyimiz Əməkdar artist" data-description="gallery" alt="“Laçınım” mahnısını efirə verməyə qorxdu, ailəsini mətbuatdan gizlətdi, qripin qurbanı oldu – Adını yanlış bildiyimiz Əməkdar artist">
news-inner-user

16143 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Daha bir nəşriyyat Polad Həşimovla bağlı kitab nəşr etdi - Foto
18:36 14 Avqust 2020
Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...
17:14 14 Avqust 2020
Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi
16:05 14 Avqust 2020
Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək
15:19 14 Avqust 2020
Oğlu Xalq artistinə klip çəkdi - Video
14:28 14 Avqust 2020
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor Alim Qasımov - Maraqlı faktlar
13:32 14 Avqust 2020
Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu - Video
12:38 14 Avqust 2020
"Sevastopol uğrunda döyüş"ün qəhrəmanı vəfat etdi
12:17 14 Avqust 2020
Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?
11:27 14 Avqust 2020
Gənc yazara ağır itki üz verdi
10:39 14 Avqust 2020
Filmimiz beynəlxalq festivalda mükafat qazandı
10:00 14 Avqust 2020
Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi - Bircənin romanı
08:59 14 Avqust 2020
Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020