Xalq artisti pandemiyadan danışdı

Xalq artisti pandemiyadan danışdı
29 iyun 2020
# 18:12

"Biz böyük bir təhlükə ilə rastlaşmışıq. Bundan öncə xalqımız da, heç kəs də bilmirdi ki, zaman gələcək, sanki Üçüncü Dünya Müharibəsi kimi bir fəlakətlə qarşı-qarşıya qalacağıq”.

Bunu APA-ya açıqlamasında Xalq artisti Xuraman Qasımova deyib.

O, vətəndaşları qoyulan qaydalara əməl etməyə çağırıb: “Mən istəyirəm ki, xalqımız bir qədər düşünsün və bunun nə dərəcədə təhlükəli olduğunu dərk etsin. Bu təhlükədən sıyrılmaq üçün isə bütün qayda-qanunlara riayət etməliyik. Çünki panika panika doğurur, başqa xəstəliklər yaradır. Qaydalara uyğun hərəkət etmək lazımdır. Xalqımız özünü qorumalıdır”.

X. Qasımova Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına insanların çoxunun əhli-kef yanaşdığını diqqətə çatdırıb: “Amma məsələ çox ciddidir. Əlbəttə, yayda havasız qalmaq heç də asan deyil. Bunu nəzərə almaq lazımdır. Çünki yaşlı insanlara təmiz hava lazımdır, yaxud körpə uşaqları yay vaxtı evdə necə saxlayasan? Eyni zamanda da sərt cəzalar var. Mənə belə gəlir ki, insanlar onsuz da çətin vəziyyətdə yaşayırlar. Ehtiyacı olan ailələr nəzərə alınmalıdır. Bunlar çox ətraflı, çox düşünməli problemdir. Digər tərəfdən, əlbəttə, ağıllı mütəxəssislər var ki, bunu düşünərək edirlər. Bəs o zaman özümüzü necə qoruyaq? Yalnız evdə qalmaqla. Nə qədər çox evdə qalsaq, hava təmizlənər, maşınlar yollara az çıxar, tıxaclar olmaz, insanlar bağlarına, yaxud rayonlara gedər, şəhərdə əhali azalar, şəhərin havası da təmizlənər”.

Xalq artisti cərimələrin artırılması məsələsinə də toxunub: “Bu cərimələr nə dərəcədə düzgündür deyə bilmərəm. Ancaq insanlar özləri başa düşməlidirlər ki, bu, təhlükədir, böyük təhlükədir. Bu təhlükə ilə mübarizədə həkimlərimizin üzərinə böyük yük düşür. Onların da sayı çox deyil axı. Həkimlər də insandırlar, xəstələnirlər. Bunların hamısını başa düşmək lazımdır. Əgər bizim Prezidentimiz maska taxırsa, əhalimiz niyə taxmasın? Hamı lazım olan yerlərdə maska taxsın, özü və yaxınları üçün təhlükə yaratmasın”.

# 3610 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər