news-inner
clock17:34 calendar-gray 29 İyun 2020 view-gray1760 dəfə oxunub
view-gray1760 dəfə oxunub

İçimdə bir vals başlanır - Güneydən şeirlər

Kulis.az “Sözün Güneyi” layihəsindən muğanlı şair Məhəmməd Nurinin şeirlərini təqdim edir.


Mənə qanad lazımdır
Əllərini götürüb pasajın üstünə çıxıram.
Hamı deyir:
- Ona baxın, dəli olub.
Bilmirlər ki, şairlər həqiqətən uçmağı bilirlər
Margaret kimi
Füzuli kimi
Saçların təhər.

Bütün binalar darıxmaları ayırmaq üçün olsa
Bəs kim nərdivana çıxıb
tez-tez quşların yerini dəyişir?
Parazit düşür
Quşsuz quşbazların göylünə qonan darıxmalarına.

Hansı müharibə başlananda
Ağdam rayonunda ağ şeiri, damın üstündən yerə atdılar?
Hamı ağlaşdı!
Mən qaralandım!
Biz bütün müharibələrin sol tərəfi idik
Amma bütün müharibələr bizdən sağ qayıtdı.

Özün görürsən ki ağaclar uzaq yoldan gələndə
dünya dayanır
Avtubus yarı yolda, bütün müsafirlərini endirir
Onun üçün xiyabandakı adamlar hiss edirlər, çoxalırlar
Və sən hiss edirsən ki, ayaqların yerimir
Ağaclar uzaq yoldan gələndə.

Kim azadlıq meydanına açılan pəncərəni götürüb qoyur kitabın arasına
Çıxır küçəyə
Bir siqaret alışdırır
Qayıdanda görür ki heç azadlıq meydanı, fılanı yoxdur,
Heç əslən bu mənim əllərim deyil.

Əllərini quylasan da əllərimdə
Dodağını quylasan da dodağımda
Bilcəksən ki, qəbirlər təkcə günahları basdırmağa görə deyil,
Həm də güldanlara baharın yalan olduğunu vurğulayır.

Bir gün şah-gölüdə şəkil çəkdirən şairlər biləcəklər ki,
Əllərindəki çətirlər
Elə göydə qalmağın ikinci adıdır.
Bir gün göy yerə gəlsə,
Quşlar daha adamlardan qorxmayacaqlar
Ağaclar yeriyəcəklər
Və mən yarı yoldan qayıdacağam
Bü dünyaya.

***

Plana düşür hər şey
Şəhərin telefon simləri
Səs - siz
Biz
Və bütün şəhər bu otağın planına düşür

Səni sus - durmuşdum gedəm
Qapı dalında qaldığım səsdən
İki şeir ayrıldı
İki şəhər
İki xiyaban
İki ev qayıdanda idi xiyaban toqquşdu postmodern ünvanına
Şopen barmaq-barmaq dağıldı yarmalarından.

Heç bilmədim necə oldu
Uzaqlardan açılan bir səs irmağı necə arazımın tənhalğında,
Paltarını soydu sudan və pəncərən üzdü sənə baxmaqdan.

Bilmədim, hansı müharibə planında,
Nasizm barmağında pianoçu doğulduğu tarixəm?
Tamarzılı evlərin akkordun tutduğu notam ki,
Səsin evin yaddaşında qalıb-
Pozulacaq,
Və sənsizliyin karnavalları ilə
Şəhərin boş kabinlərində yarımçıqlıq qalacaq səsim.

Plana düşür hər şey
Heç bilmədim nəçə xiyaban sən bizdə qalmış anılarım oldu?!
Aşiqanələrim oldu?
Neçə küçə
Səndən bir qadın keçdi neroda?!

Bəlkə bütün qapıların dalında sənsən.
Hərdən hiss olunur gəlibsən, fotodasan.
Baxıram qabalaşmışsan, məndə sən.

Plana düşür hər şey
Şəklini bütün sanal ələsalan kimi
Dünya içimdəki qapılarda bağlı qaldı,
Əlindən tutsaydım
Xiyaban ayrılardı
Otayda sən
Butayda mən.

***

İşıq dirəklər yuxularımın içindəki ayı
balkonların çiyininə töksə,
Parçalanar suyun on dördüncü mərtəbəsi
Apartmanın pəncəsindən baxanda
Pillə-pillə enər içimə
Mələklər
Tabutlar
Evlər

Addım-addım şəhər qopdu qucağımdan
Məndən ayrıldı fotolar
Küçələr
Quşlar
Yol ayrımlarında yaralarımdan bakirə irmaq açıldı
Aralanıb-arazlandım
Ap-açıq gövdənlə cazibə qanunun pozursan,
Sən şeir geyinirsən
Şeir səni soyunur!

İçimdə bir vals başlanır
Donun sülh bayrağıdır
Bilirsən
Xiyabanla müharibə arası, ambulans yaralarımı daşıyır,
Evlərin yaddaşında ki adresə,
Küçə dayanır qapı ağzında
Sən məndən sovuşursan, bilmirsən!

Bir gecə əlimdən düşsə ay butulkası,
dağılsa eyvana və eyvan ambulansa minmiş minarələrin şeirinə düşsə!
Dünya stansiyada yox,
Toqquşmadan sonra, müsafirlərini endirər yarı yolda.
Mövcudluq mütəmadi şəkillərin tərəddüdüdür məsafələr arası.

Min dodağıma şeir ol bölüm-bölüm
Min qucağıma
"Min bir gecə"dən keçək
Min
Gözümdə qalan mətnin gövdəsinə, davam etsin saat 24 radələrinə

Görəcəksən bir gün
Kəçmişdə qalan nə varsa
Gələcəyə qayıdacaq məndən.

***

Bu baharı əyninə sərsəm
Və köynəyindəki çiçəkləri dərib,
Al-yanaqlarına şəfəq tarlası sərsəm,
Pəncərə sərsəm,
Səni sərsəm,
Çəksəm pərdəni
Gövdə bardağın, divardakı şəkildən dağılar yatağıma,
Sərsəm şeirlərə səni.

Bu bahar içım ilğımdır
Bütün xiyabanların arzivindən,
Dərini-dayazını üzərək,
Bu yol üstə duran adamlar
Araz mutlusu deyə,
Axar sevişmələrin qaynağı olur çevrilmiş çevrələrin çılpaq sevgilisi!

Avtubusların pəncərə paylaşmasında
Otağım yazıların soyunur
Şəhərin boş duraqlarına,
- dəlidir bu adam!
Əli silahlı yalnızlığını paylaşır taksilərə,
Dəlidir bu adam!
İmajlı ilmanq, əndamının terminlərinə sarğın tellərin
Külək toplumundan dağılan əsgərlərdir.
Açıq-saçıqcasına ölkəmi ələ alır.

Bu bahar
Sən əllərini doldur içimə,
İçin-için şərab içkisi ilə bu cama!
Bu canım
Bir gün divanda oturub sənə demişdim :

- Niyə sənlə əlaqə saxlamaq olmur?!

Bu bahar
Soy pəncərələri
Soy misraların paltarını,
Misir ehramı döşlərinin hərəmindən hulul etsin,
Soy
Soy adınla adlandırdım soy qırımın!

Qırmızı çiçəkdin, nə idin?
Nə dindin!
Nə çəkdin bilmədim
Bu bahar.

Gallery

Oxşar xəbərlər

Xəbər lenti

Məşhur meyxanaçı: "O işlə təkcə meyxanaçılar məşğul deyil ki" - Video
17:01 19 Sentyabr 2020
Rejissormuzun filmi Beynəlxalq Turizm Filmlər Festivalının qalibi oldu
15:51 19 Sentyabr 2020
Bitlz qrupu haqqında kitab çap olundu
14:41 19 Sentyabr 2020
Mənə möcüzə kimi görünən ədəbi hadisə - Elçin yazır...
13:30 19 Sentyabr 2020
Dörd min ildi dustağam - Adil Şirinin şeirləri
12:20 19 Sentyabr 2020
Dovlatovun heç yerdə çap olunmamış şeiri sərgiləndi
11:05 19 Sentyabr 2020
Respublika Uşaq kitabxanası yeni layihəsinin ilk mövzusunu Milli Musiqi Gününə həsr edib
09:59 19 Sentyabr 2020
Mətbəxdə cazibəsini itirən qadının dramı
09:00 19 Sentyabr 2020
Üzeyir Hacıbəyovun felyetonu: “Cin”
21:01 18 Sentyabr 2020
Açıq havada premyera oldu – İlk dəfə
19:01 18 Sentyabr 2020
Onlar "Ginnesin rekordlar kitabı"na daxil oldular - Fotolar
18:40 18 Sentyabr 2020
"Arşın mal alan" Bolqarıstan teatrında səhnəyə qoyuldu
18:00 18 Sentyabr 2020
Sarı camış - Kamal Abdulladan yeni hekayə
17:22 18 Sentyabr 2020
Azərbaycanın “Avroviziya-2021”də iştirakı təsdiqləndi
16:38 18 Sentyabr 2020
Üzeyir Hacıbəylinin xatirəsi anıldı
15:51 18 Sentyabr 2020
Dostunun qızıl saatını oğurlayan Vüqar, ərindən iyrənən Validə... – Səriyyə xala iş başında
15:10 18 Sentyabr 2020
“Qalatasaray”ın qələbəsinə sevinən kölə təfəkkürü – Sərdar yazır...
14:32 18 Sentyabr 2020
İntim görüntülərlə şantaj olunan qadın nə etməlidir?
13:39 18 Sentyabr 2020
Mədəniyyət Nazirliyi: "Fəxri adlara namizəd olanları müstəqil komissiya seçəcək"
13:10 18 Sentyabr 2020
Şabanın adı filmlərinin çəkildiyi küçəyə verilib
12:47 18 Sentyabr 2020