Kölgəyə dönmək istəyən işıq - Tahir Tahiroviçdən bədii lövhə

Kölgəyə dönmək istəyən işıq - Tahir Tahiroviçdən bədii lövhə
27 iyun 2020
# 11:02


Kulis.az Tahir Tahiroviçin "İşıq" yazısını təqdim edir.

O, kölgəyə dönmək istədi. Amma alınmadı. Çünki nə ay nə də lampa işığı var idi. Ay tutulmuşdu, lampalar isə yanmırdı.

Ən yaxın sandığı tərəfindən diqqətsiz qalanda adam mənasızlaşdığını hiss edir. Bu halda bütöv yox, yarım olursan.

Tez-tez içirdi, unutmaq üçün. Gözünü yumub qaçmaq istədi. Qatar onu istədiklərindən ayırır. Hətta acığa fit də verir. Amma istədikləri həzz alır. Alsın. Bəhanələr və bir az da vaxt qazanmaq üçün süni öpüş və göz vurmalar. Alçalırsan, əzilirsən. Hələlik dediyin dostlar gedib bir də geri qayıtmır. Döyməyə qapı qalmayıb. Sevməyə qadın.

Doğma qapısını tanımadı, rəngi dəyişib. Sevdiyi qadını tanımadı, çünki bəhanə gətirərək hisslərini dəyişib. Onu görən və duyan ruhun isə sadəcə deməyə bir sözü qalıb. “Ay əclaf sadə olma”. Görürsən ki, zamanın çatıb.

Uçan qarışqalar kimi göyə qalxmaq istədi. Qanadı olduğu üçün əl edib hələlik dedi. Amma külək izin vermədi. Gəlib zibilxanaya düşdü. Bura sakitlik idi. Çünki hər şey səmimi idi. Atılmışlar evi. Hamı sevdiklərindən atılmışdı.

Kölgəyə dönmək istədi. Döndü. Sevdiyinin evlərinə doğru getdi. Qapılarının üstündə təzə işıq lampası var idi. O işıq onun kölgəsini böyütdü. Pəncərəyə yaxınlaşdıqca əli böyüdü, bədəni böyüdü, ayaqları böyüdü, kölgəsində ürəyi döyündü. Qəfil bir qadın səsi gəldi:

“Küçə işığını söndür».

Elə bu vaxt işıq söndü. Kölgə kiçilib yerə çırpıldı. Ağrıdan gözlərim qaraldı. Yuxu gördüm. Saxta və ötüşdürücü öpüş və göz vurmalar.


# 4283 dəfə oxunub

Oxşar xəbərlər

"Daşlaramı dəydi, sındı əhdimiz?" – Faiq Ağayevin klipindəki gizli mesaj nə idi?

"Daşlaramı dəydi, sındı əhdimiz?" – Faiq Ağayevin klipindəki gizli mesaj nə idi?

14:00 19 oktyabr 2026
Xeyir-şər mübarizəsində ilahi zəfər - "Müqəddəs Mikayıl mələkləri cəhənnəmə tullayır"

Xeyir-şər mübarizəsində ilahi zəfər - "Müqəddəs Mikayıl mələkləri cəhənnəmə tullayır"

12:00 18 oktyabr 2026
"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

17:30 16 oktyabr 2026
Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

16:30 16 oktyabr 2026
Mirxalis - Mirmehdi Ağaoğlunun yeni hekayəsi

Mirxalis - Mirmehdi Ağaoğlunun yeni hekayəsi

13:00 15 oktyabr 2026
Qalstuk müəllimin susmağı - Alov İnannadan böyüklər üçün nağıl

Qalstuk müəllimin susmağı - Alov İnannadan böyüklər üçün nağıl

12:00 15 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər