news-inner
clock12:01 calendar-gray 22 İyun 2020 view-gray1196 dəfə oxunub
view-gray1196 dəfə oxunub

Ömər Xəyyamın ağ hekayəsi - Cavanşir Yusifli yazır...

Kulis.az professor Cavanşir Yusiflinin “Ömər Xəyyamın Marina Svetayevası” məqaləsini təqdim edir.

Ömər qəribə tərzdə yazır, hadisələri, olmuş, olacaq olayları qapı arxasında saxlayıb, onlarla bağlı hisləri təsvir edir, yəni, bu ortamı yaradan psixoloji vəziyyəti və o qapı arxasında dayandırılmış hadisələrin dilini yaratmağa cəhd edir, çətindir, amma çox maraqlıdır və macəralıdır və nəsr üçün macəranın dil açıb “danışması” çox vacibdir...

Ona görə də müəllif olub bitmiş hadisələrin insanın ruhunda yaratdığı gərginliyi əşyaların köməyi ilə, ani toxunuşla verməyə çalışır və üstəlik nə eləmək istədiyini gizlətmək üçün sıx-sıx metaforalardan istifadə edir, halbuki nəsrdə bu o qədər də keçərli deyildir. Amma Ömərin yazdığı mətn (“Bizim analarımız, bizim atalarımız”) metaforik görüntü yaratmağı yox, bu dünyadan, gerçəklikdən indicə çıxıb getmiş nəsnələri onlara oxunan ağıların bərabərində yerləşdirib (saxlayıb-!) mövcud paradiqmanı bütün rəng spektri və koloritiylə verməkdir.

Hekayədə təsvir edilən məkanın konturları biz onu oxuyub bitirənə qədər silinib gedəcək kimidir, çünki bu mətndə xəyalla gerçəklik eyni qatın, eyni notun, eyni əsəb nöqtəsinin üstündədir. Bu mənada hekayədə təkrarlanan notlar (susmuş musiqi notları-..., məsələn ağ işıq, ağ quş) eyni olayı fərqli psixoloji məqamlardan nümayiş etdirir. Metaforalarla işlənmiş müstəvi aldadıcı (yalançı) fondur, yəni bura elə bir məkandır ki, adi səsdən, hətta xəyalında nəyinsə yada salınması ən uca səslə dinir, hər şey kökündən bir-biri ilə elə bağlıdır ki (qırılmaq, dağılmaq üçün...), insanlar bu vəziyyətdə, harda olmalarından asılı olmayaraq eyni hisləri keçirirlər. (“... Güləndam kətan ağlarını, yastıq üzlərini, qırmızı naxışlı əl-üz dəsmallarını ipə asır, ağlar yellənir, Səmədin içində bir cüt qanad titrəyir... Güləndam əyilir, qalxır... Ağların arasında ağ xəyalın sirli-sehrli rəqsi. Güləndam ağ quşa çevrilir, ağların arasından ağ işığa bülənd olur...”) Sonra gəlir Marina Svetayeva. Səməd, Sergey... nə fərqi var?

Kitablardan oxuduğumuz Marina Svetayeva obrazı bu ağrılı öskürəklərin fonunda bütün qəddarlığı ilə açılır. Çünki Marina Svetayevanın qəliz xarakteri, davranışlarıyla ərinə amansız divan tutması, yetimxanaya qoyduğu qızlardan birinin dəfninə belə getməməsi... yada düşür və bu pandemiyanın da əslində uzaq illərdən iməkləyərək, bura gəlməsi qənaətini doğurur. Yuxarıda dediyimiz kimi, kimin bu dünyada, kiminsə o dünyada olmasından asılı olmayaraq, elə bir ortam yaranıb ki, adi səsdən, adi toxunuşdan bütün günahlar, bütün qəbahətlər oyanır, özü də tel-tel...

Ömər əşyaları çox yaxşı hiss edir, onların aurası ilə insanların psixoloji durumunu eyni müstəvidə rəsm etməyi bacarır (“...Ağır-ağır nəfəs alırdı, sinəsindən qopan xışıltı divarı titrədirdi. Bir ilmə işıq qızının sarı pırpız saçlarının arasında vurnuxurdu. Çarpayıya yaxınlaşdı. Qızını qucağına götürəndə barmaqları anasının çiyninə toxundu. İlahi! Marina Svetayeva – bumbuz qadın! – alışıb yanır! Bilmirəm, anası Səmədi gördümü, yoxsa yox, ancaq nəvəsini yanında görmədi...”).

Bu mənzərədə hər şey ağ rəngdədir. Ağ rəng üzərinə düşən hər şeyi qabardır və qabarıq göstərir, elə tərzdə ki, olmasıyla olmaması, varlığıyla yoxluğu bir nöqtəyə sığınmış kimi olur (Boş küçədə - yoluq ağacların kölgəsindəki ağ göyərçinləri görüncə Güləndamı xatırladı...). Ağlıq əslində Səmədin xəyalıdır, pəncərədən baxarkən gördüyü ağ göyərçinlər onda həyəcan doğurur.

Öskürək səsi uzaq illərdən bu yana çəkilən ağrılardan keçir, insanın içinə adladıqca “kəpənək effekti”nə tən olur, bu təbiətdəki səslərin, əşyalara xas səs şülüzlərinin birləşib yol getməsi yox, ağrılardan qopan səslərin zəncir həlqələri kimi qırılıb dünyanı lərzəyə salması anlamına gəlir. İki hadisə eyni anda, bəlkə də eyni “en dairəsində” baş verir: səslər çulğaşıb simfoniya yaradır, sonra, yəni həm də eyni anda bu notlar həlqə-həlqə qırılır.

Hekayədə təkrarlanan cümlələr funksional məqamdadır (“... gecənin ölü sevindirən çağında...”) və həm necə deyim, “mənanın sətirdən qaçdığı anı”, həm də bir sətrin taleyə döndüyü məqamı özündə birləşdirir. Bəzi pasajlar şair Marina Svetayeva intihar edərkən buraxdığı əlyazmalardakı sirrin ifadəsinə bənzəyir. Onların arasında şübhəsiz ki, ələ gəlməyən, itib-batan şeylər də oldu, nə itibsə, sonralar, gərdişin ən ağrılı anında üzə çıxır, hər yeri sel-su alır, kəhkəşan çay kimi daşıb günahların üstünü basır.

Hekayədə son dərəcə həssas psixoloji ortam təsvir edilir. Bu anlamda mətndəki detallar səciyyəvidir. Yuxarıda “kəpənək effekti”ndən bəhs etdik. Bu hadisə mətn qatlarında nəzərdə tutulur, yaxud mübhəm işarələrlə ifadə edilir. Hər şey bir-birinə qarışıb, adi söz, hətta xəyala gələn nəsnə belə əsəb yaradır.

“Yarpaq xışıltısı eşitdi, açıq pəncərədən içəriyə sarımtıl kəpənəklər doldu, canına sərinlik doldu...” İnsan xəyalla gerçəklik arasında ən dəhşətli ağrıya dözür. “... Eşitdiyi qapının cırıltısı idi – anası ayaqlarını sürüyə-sürüyə, divardasn tuta-tuta gəlmişdi, gördüyü anasının gecəliyindəki kəpənək şəkilləriydi – qanadlanmışdı, anasının öpdüyü yer idi – alnında, əlləriydi – üzündə...”.

news-inner-user

16484 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Məşhur meyxanaçı: "O işlə təkcə meyxanaçılar məşğul deyil ki" - Video
17:01 19 Sentyabr 2020
Rejissormuzun filmi Beynəlxalq Turizm Filmlər Festivalının qalibi oldu
15:51 19 Sentyabr 2020
Bitlz qrupu haqqında kitab çap olundu
14:41 19 Sentyabr 2020
Mənə möcüzə kimi görünən ədəbi hadisə - Elçin yazır...
13:30 19 Sentyabr 2020
Dörd min ildi dustağam - Adil Şirinin şeirləri
12:20 19 Sentyabr 2020
Dovlatovun heç yerdə çap olunmamış şeiri sərgiləndi
11:05 19 Sentyabr 2020
Respublika Uşaq kitabxanası yeni layihəsinin ilk mövzusunu Milli Musiqi Gününə həsr edib
09:59 19 Sentyabr 2020
Mətbəxdə cazibəsini itirən qadının dramı
09:00 19 Sentyabr 2020
Üzeyir Hacıbəyovun felyetonu: “Cin”
21:01 18 Sentyabr 2020
Açıq havada premyera oldu – İlk dəfə
19:01 18 Sentyabr 2020
Onlar "Ginnesin rekordlar kitabı"na daxil oldular - Fotolar
18:40 18 Sentyabr 2020
"Arşın mal alan" Bolqarıstan teatrında səhnəyə qoyuldu
18:00 18 Sentyabr 2020
Sarı camış - Kamal Abdulladan yeni hekayə
17:22 18 Sentyabr 2020
Azərbaycanın “Avroviziya-2021”də iştirakı təsdiqləndi
16:38 18 Sentyabr 2020
Üzeyir Hacıbəylinin xatirəsi anıldı
15:51 18 Sentyabr 2020
Dostunun qızıl saatını oğurlayan Vüqar, ərindən iyrənən Validə... – Səriyyə xala iş başında
15:10 18 Sentyabr 2020
“Qalatasaray”ın qələbəsinə sevinən kölə təfəkkürü – Sərdar yazır...
14:32 18 Sentyabr 2020
İntim görüntülərlə şantaj olunan qadın nə etməlidir?
13:39 18 Sentyabr 2020
Mədəniyyət Nazirliyi: "Fəxri adlara namizəd olanları müstəqil komissiya seçəcək"
13:10 18 Sentyabr 2020
Şabanın adı filmlərinin çəkildiyi küçəyə verilib
12:47 18 Sentyabr 2020