"Leylanın arzuları" - Uşaqların yazdığı nağıl

"Leylanın arzuları" - Uşaqların yazdığı nağıl
20 iyun 2020
# 11:40

Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyası, Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və “Kulis.az” saytının təşkilatçılığı ilə “Sənə nağıl danışım” adlı müsabiqə başa çatmaq üzrədir

7-13 yaş arası uşaqların koronovirus, ümumilikdə xəstəliklərlə bağlı bilgi və təəssüratlarını öyrənmək məqsədilə reallaşan yarışmaya ümumilikdə 483 nağıl təqdim olunub. Tanınmış yazıçı və jurnalistlərdən ibarət 5 nəfərlik münsiflər heyətinin (Zülfüqar Rüfətoğlu, Şərif Ağayar, Samirə Əşrəf, Nərgiz Kərimova, Həmidə Rüstəmova ) gərgin müzakirələri sayəsində 10 ən yaxşı nağıl seçilərək müvafiq yerlər üzrə sıralanıb.

I, II, və III yerin qaliblərindən əlavə qalan 7 nağıl bu gündən etibarən “Kulis.az” saytında yayımlanaraq, saytın Facebook səhifəsindəki oxucu likeləri əsasında qiymətləndiriləcək. Ən çox like toplayan nümunəyə təşkilatçılar tərəfindən diplom təqdim ediləcək.

Bu dəfə isə leyla Vəlizadənin “Leylanın arzuları” nağılını təqdim edirik.

Biri var idi, biri yox idi, Leyla adlı balaca bir qız var idi. Bu qızın ən böyük arzusu uçmaq idi. Günlərin bir günü o, həyətdə oturmuşdu. Birdən onun gözü bir çırağa sataşdı. O, dilək yerinə yetirən cinlər haqqında cizgi filmlərinə çox baxmışdı və cizgi filmində görmüşdü ki, dilək yerinə yetirən cinlər çırağın içindən çıxır. Birdən çırağın içindən cizgi filmlərindəki kimi dilək yerinə yetirən cin çıxdı və dedi:

- Mən diləkləri gerçəkləşdirən cinəm. Mənim adım Muzodur. Sənin üç ən böyük arzunu yerinə yetirə bilərəm. Bəs sənin adın nədir?

- Mənim adım Leyladır-deyə qız təəccüblə dedi.

Muzo dedi:

- Mənim sənə dediyim kimi sənin 3 arzunu gerçəkləşdirə bilərəm. Buna görə sən mənə 1-ci ən böyük arzunu deməlisən.

- Mənim 1-ci arzum quş kimi uçmaqdır - deyə Leyla cavab verdi.

Muzo ona sabaha qədər səbr etməyi tapşırdı. Leyla evə getdi, amma heç kimə bu hadisə haqqında heç nə demədi. Aradan saatlar keçdi və artıq yatmaq vaxtı gəldi. Leyla həyəcanından çox gec yatmışdı. Səhər açıldı. Leylanın qanadları var idi. O, öz qanadlarını ailəsinə göstərdi. Ailəsi çox təəccübləndi. Leyla bunu Muzonun etdiyini heç kəsə demədi. Çunki onun 2-ci arzusu heç dərs oxumadan 5 almaq və universitetə qəbul olmaq idi. O, səhər yeməyini yeyib sevincək çölə çıxdı. Amma o, uça bilmədi. Bunun səbəbini Muzodan soruşdu. Muzo dedi:


- Sən uçmaq uçun ilk öncə uçmağı öyrənməlisən.

Bu hadisədən sonra Leyla uçmağı öyrənməyə başladı. Aradan bir az vaxt keçdi. Leyla artıq yaxşı uça bilirdi. Leyla bir gün Muzo ilə görüşürdü. Muzo dedi:

- Sən mənə 2-ci arzunu deməlisən.

- Mənim 2-ci arzum heç dərs oxumadan bütün dərslərdən 5 almaq və universitetə qəbul olmaq istəyirəm - deyə Leyla dedi.

Artıq Leyla heç dərs oxumadan bütün dərslərdən 5 alırdı. Aradan uzun illər keçdi. Leyla heç düzgün yazı yaza bilməsə də universitetə qəbul olmuşdu. Bir gün o, Muzo ilə görüşəndə Muzo ona dedi:

- Sən mənə ən son arzunu, yəni 3-cü arzunu deməlisən.

- Mənim ən son arzum böyük bir iş sahibi olmaqdır -deyə qız cavab verdi.

Muzo onun arzusunu yerinə yetirmişdi və getmişdi. Leyla vaxtında dərs oxumamışdı deyə işini idarə edə bilmirdi. Bu səbəbdən onu işdən qovmuşdular. Onu heç bir işə qəbul etmirdilər, çünki o, vaxtında dərslərini oxumamışdı. Necə deyərlər: İstəyirsən bal-çörək, al əlinə bel-kürək.

# 5520 dəfə oxunub

Oxşar xəbərlər

Londonun Təbiət Tarixi Muzeyində maraqlı tapıntı

Londonun Təbiət Tarixi Muzeyində maraqlı tapıntı

14:50 17 oktyabr 2026
"Manifest" qrupunun yeni rekordu - "Spotify"da bir gündə 2 milyon dinlənmə

"Manifest" qrupunun yeni rekordu - "Spotify"da bir gündə 2 milyon dinlənmə

14:15 17 oktyabr 2026
İnsanda özünəinam yaradan yeganə şey... - Özümü kimin gözü ilə görürəm?

İnsanda özünəinam yaradan yeganə şey... - Özümü kimin gözü ilə görürəm?

13:30 17 oktyabr 2026
Pompei Arxeoloji Parkının pişikləri haqqında yeni foto-kitab

Pompei Arxeoloji Parkının pişikləri haqqında yeni foto-kitab

13:00 17 oktyabr 2026
Selin Dionun ikonik "Titanik" görünüşlü Barbi gəlinciyi  hazırlandı

Selin Dionun ikonik "Titanik" görünüşlü Barbi gəlinciyi hazırlandı

12:30 17 oktyabr 2026
Tanınmış portuqaliyalı yazıçı  vəfat etdi

Tanınmış portuqaliyalı yazıçı vəfat etdi

12:00 17 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər