Yaxşılıq itmir - Uşaqların yazdığı nağıl

Yaxşılıq itmir - Uşaqların yazdığı nağıl
18 iyun 2020
# 13:23

Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyası, Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və “Kulis.az” saytının təşkilatçılığı ilə “Sənə nağıl danışım” adlı müsabiqə başa çatmaq üzrədir

7-13 yaş arası uşaqların koronovirus, ümumilikdə xəstəliklərlə bağlı bilgi və təəssüratlarını öyrənmək məqsədilə reallaşan yarışmaya ümumilikdə 483 nağıl təqdim olunub. Tanınmış yazıçı və jurnalistlərdən ibarət 5 nəfərlik münsiflər heyətinin (Zülfüqar Rüfətoğlu, Şərif Ağayar, Samirə Əşrəf, Nərgiz Kərimova, Həmidə Rüstəmova ) gərgin müzakirələri sayəsində 10 ən yaxşı nağıl seçilərək müvafiq yerlər üzrə sıralanıb.

I, II, və III yerin qaliblərindən əlavə qalan 7 nağıl bu gündən etibarən “Kulis.az” saytında yayımlanaraq, saytın Facebook səhifəsindəki oxucu likeləri əsasında qiymətləndiriləcək. Ən çox like toplayan nümunəyə təşkilatçılar tərəfindən diplom təqdim ediləcək.

İlk olaraq Fəxrəddin İmaməliyevin “Yaxşılıq itmir” nağılını təqdim edirik.

Biri var idi biri yox idi. Bir odunçu var idi. Bu odunçu kəndin kənarında kiçik bir evdə öz arvadı ilə birgə yaşayırdı. Onun həyətində cürbəcür ağaclar, çiçəklər var idi. Həyət sanki bir cənnət idi. Odunçu meşədən odun qırıb satmaqla dolanırdı. O çox ürəyi açıq bir insan idi. Çətinə düşən hər kəsə bacardığı qədər kömək edirdi. Bir dəfə odunçu odunları satıb bazardan evinə ərzaq aldı. Evə qayıdanda yolda ağlayan bir qızcığaz gördü. Odunçu qızdan soruşdu:

- Qızım niyə ağlayırsan? Qız cavab verdi: Anam xəstədi, çörək, dərman almağa pulum yoxdur. Odunçu evi üçün aldığı ərzaqları və cibində qalan pulu qıza verib yoluna davam etdi. Balaca qızcığaz odunçuya təşəkkür edib onu çoxlu dua etdi. İllər keçdi. Bir dəfə kənddə təhlükəli bir xəstəlik yayıldı. Bu xəstəliyin adı koronavirus idi. Bu xəstəlik uşaqlar və yaşlı insanlar üçün çox təhlükəli idi. Odunçu və arvadı da artıq qocalmışdı. Onlar da bu xəstəliyə yoluxmuşdular. Uşaqları olmadığı üçün onlara qulluq edən yox idi. Evləri, bağları çox baxımsız halda qalmışdı. Həyətdəki ağaclar qurumuş, çiçəklər solmuşdu.

Birdən qapı döyüldü. İçəri bir həkim girdi. Bu həkim yoldakı o həmin qızcığaz idi. Odunçu qızı tanıdı və sevindi. Həkim qız odunçu və arvadını müalicə edib, onlara qulluq etdi, onları sağaltdı. Evi səliqəyə saldı. Həyət bacaya əl gəzdirdi. Günlər keçdi. Bu xəstəlik qorxulu bir yuxu kimi yox olub getdi. Odunçunun həyəti yenidən cənnətə döndü. Onun etdiyi xeyirxahlıq, yaxşılıq olaraq ona geri döndü. Burdan da belə bir nəticəyə gəlmək olar ki, edilən yaxşılıq heç vaxt itmir.

# 14070 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər