writer1

Etimad Başkeçid

Məqalə sayı

51
clock10:22 calendar-gray 05 İyun 2020 view-gray1187 dəfə oxunub
view-gray1187 dəfə oxunub

Yalan-palanla havanı korlayanlar

Yazıçı-publisist Ayxan Ayvazın yazdığı “Rövşən Abdullaoğlu və digərləri” adlı yazısı ədəbi mühit tərəfindən birmənalı qarşılanmayıb. Tənqidi yazı polemikaya səbəb olub. Kulis.az yazıçı-tərcüməçi Etimad Başkeçidin məsələ ilə bağlı yazısını təqdim edir.

Əvvəlcə hamının bildiyi bir gerçəkliyi xatırladım: ciddi və ya yüksək oxucu zövqünə hesablanmış ədəbiyyat nümunələrinin kütləvi uğur qazanması həmişə çətin olub.

Müasir dünyada “geniş oxucu kütləsi” qavramı, ilk növbədə əyləncə və ya macəra xarakterli, kommersiya layihələri kimi meydana çıxan ədəbi əsərlərlə assosiasiya olunur. Belə əsərlər, bir qayda olaraq, artıq çoxdan məlum olan qaydalar əsasında yazılır, yazıçı burada heç kəsdən gizlətmək istəmədiyi bir strategiya izləyir - məqsəd oxucunu şoka salmaq, xüsusi emosional vəziyyət yaratmaq və nəticə etibarilə, kitabın daha çox satılmasını təmin etməkdir.

Sözsüz ki, burada fərdi yazıçı üslubu, özünəməxsus yazı manerası yalnız vasitəçi rol oynayır və çox zaman arxa planda qalır. Çünki kütləvi ədəbiyyat və kütləvi mədəniyyət əsasən hazır mədəni standartları asanca qəbul edən insan çoxluğunun reflekslərinə hesablanır.

Kütləvi ədəbiyyat və ya bestsellerlər industriyasının dünyanı başına götürməsi onu göstərir ki, adını unutduğum bir sənətkarın dediyi kimi: “qəhrəmanlar gedib, kütlə qalıb”.

Qrafomanlara, yəni ümumiyyətlə yazıçılıq qabiliyyəti olmadığı halda yazıçılığa hədsiz həvəs göstərən əzabkeşlərə gəlincə, bunlar bütün toplumlarda çoxluq təşkil edir. Bunlar təmtəraqlı prezentasiyalar keçirməyə, özləri haqqında bəzəkli məqalələr yazdırmağa, yalan-palanla havanı korlayıb “istehlakçı” tutmağa meylli sənətkarlardır. Pul-para müqabilində belələrinin könlünü oxşamaq, tərif vurmaq üzrə ixtisaslaşmış zümrə isə başını qaşımağa vaxt tapmır. Necə deyərlər, olmasaydı bu dünyada sarsaqlar...

Amma və lakin... Onları söyüb-yamanlayarkən bir qədər ehtiyatlı olmaq lazımdır. Çünki pop-mədəniyyəti xarakterizə edən əlamətlərin hamısı, ondan da çoxu, məsələn, antik ədəbiyyatda da var.

Bizdə problemin kökü ədəbiyyatşünaslıq sferasındadır.

Tənqidçilik fəaliyyəti, ağırlıqlı olaraq, yazıçılarımızın təriflənmək istəyinin proyeksiyasıdır. Ona görə, bizim tənqidçilərimiz başqası yumurtlayanda onun yerinə qaqqıldayan adam təsiri bağışlayırlar.

Onlardan hər hansı qradasiya aparmaq, yaxşını pisdən ayırmaq, təmənnasız təhlillərlə zövqlü əsərləri oxucuya təqdim eləmək kimi yaxşılıqlar gözləməyə dəyməz. Halbuki qərbdə öz şəxsiyyətinin və reputasiyasının qeydinə qalan, qərəzsiz və tərəfsiz olduğunu sübuta yetirmiş adamlar var ki, bir sözüylə əsər ətrafında ajiotaj yarada bilir və böyük tirajla satışını təmin edir.

Bizim sənətkarlar isə o qədər pis işlərə bulaşıblar ki, hansısa əsərdən yazanda, müəllifinin başına daş salmış kimi olurlar. Yəni əks reaksiya yaranır. Təbii, burada istisnalardan danışmıram. Amma istisnalar da qaydanı təsbit edir...

Hələ bu harasıdır! Bu günlərdə filoloq dostum özünü obyektivli mücəssəməsi kimi təqdim edən bir sənətkarın məqaləsini mənə göstərdi. Cinsini zikr eləmək istəmirəm, amma məlum oldu ki, bu vətən övladı bir rus ədəbiyyatşünasının başqa birisi haqqında yazdığı yazının cümlələrini olduğu kimi tərcümə eləyib, öz yazarımızı “təhlil” eləyir. Heç nə, “maşallah” deməkdən savayı əlimizdən nə gəlir?

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Eldar Quliyev "İstiqlal" ordeni ilə təltif olunub
15:16 24 Yanvar 2021
İlbzlərin sevişməsindən həzz alan kişi
11:32 24 Yanvar 2021
Kamal Abdullanın romanı Almaniyada çap olunub
17:38 23 Yanvar 2021
Xudu Məmmədov Zəlimxan Yaquba onunla bağlı hansı sirri açdı? – Xatirə
16:30 23 Yanvar 2021
Aydın Kazımzadənin yeni kitabı işıq üzü gördü
15:30 23 Yanvar 2021
"Qaltan dərəsi" adlanan ərazidən tunc dövrünə aid tarixi abidələr tapılıb - Fotolar
14:20 23 Yanvar 2021
Yağışın xatırlatdığı qız – Eyvaz Əlləzoğlunun hekayəsi
13:31 23 Yanvar 2021
Cangüdəni və köməkçisi əfsanəvi modelyer haqqında kitab yazdı
12:23 23 Yanvar 2021
Pərakəndəlik Nizami ilinə heç nə verməyəcək - Filoloq yazır
11:01 23 Yanvar 2021
Xalq artisti TƏBİB-ə müraciət etdi: "Bu vəziyyət peşəkarların itkisinə aparır"
10:36 23 Yanvar 2021
Nazirlik qələbəmizlə bağlı film müsabiqəsi elan etdi
10:17 23 Yanvar 2021
Fuad Poladov: “Başımı qırxıb məni Sumqayıta göndərdilər” – Müsahibə
09:00 23 Yanvar 2021
“Qətibə İnanc” tamaşası nümayiş olunacaq
18:55 22 Yanvar 2021
Məşhur aparıcılar AzTV-də "ər-arvad" oldu - Foto
18:16 22 Yanvar 2021
Nizami Gəncəviyə həsr olunmuş sərgi açılıb
17:35 22 Yanvar 2021
Hayl Hitler! - Qısa hekayə
16:55 22 Yanvar 2021
Zəfər Muzeyi harda olacaq? - Rəsmi açıqlama
16:23 22 Yanvar 2021
Bakıda Fransa filmləri festivalı başladı
15:55 22 Yanvar 2021
Birinci yerə layiq görülən yazar: “Bizdə müsabiqələr hamının könlünü almağa hesablanır” – Müsahibə
15:18 22 Yanvar 2021
Məşhur aktrisa vəfat etdi
14:37 22 Yanvar 2021