Azərbaycan filmi Kann festivalında - İlk dəfə

Azərbaycan filmi Kann festivalında - İlk dəfə
4 iyun 2020
# 18:53

Rejissor Teymur Hacıyevin “Axşama doğru” filmi 73-cü Kann kino festivalının ”La Semaine dela Critique” (“Tənqid həftəsi”) proqramına daxil olub.

Kulis.az xəbər verir ki, “Axşama doğru” bu nüfuzlu prqorama düşən ilk Azərbaycan filmdir. Film şəhərkənarına ailə ziyafətinə gedən cütlükdən bəhs edir. Gündəlik, məişət məsələləri ilə bağlı cütlük arasında yaranan fikir ayrılığı gözlənilməz məqamlara səbəb olur. Bu səbəbdən qadın qəhrəman çətin, amma öncədən təxmin olunan vəziyyətə düşür.
Qısametrajlı “Axşama doğru” filmi “üçüncü məna”nın əldə olunmasına yönəlmiş yeni kino dilinin axtarışıdır. Fransız filosofu Rolan Barta görə, “üçüncü məna” sözlə ifadə oluna bilməz, bu, özəlliklə, kinematoqrafiyaya xas keyfiyyətdir.

Film İTV-in dəstəyilə “FIL PRODUCTION” və “Mandarin Agency” şirkətləri tərəfindən çəkilib.

Rolları Leyla Mədətxanova,Teymur Hacıyev, Gültəkin Ağayeva və Oktay Mirzəyev ifa edir. Filmin Ssenari müəllifi Teymur Hacıyev, operatoru Yevgeni Rodindir.

“La Semaine dela Critique» 1962-ci ildə Fransa kino tənqidçiləri sindikatı tərəfindən yaradılıb və Kann festivalının ən köhnə paralel proqramıdır.

Proqramın məqsədi dünya kinosunda yeni adlar kəşf etmək və karyeralarının ilk mərhələsində onları dəstəkləməkdir. Hər il Kann festivalında həmin istedadların ekran işləri tamaşaçılara təqdim olunur. Bir qayda olaraq proqramda 5 tammetrajlı və 10 qısametrajlı film nümayiş olunur.

Bu seksiyada vaxtilə dünya kinosunun məşhur rejissorları Bernardo Bertoluççinin, Otar İoselianinin, Ken Louçun, Vonq Kar-vayın, Jak Odiarın, Gilyermodel Toronun, Qaspar Noenin, Leos Karaks, Kevin Smitin, Fransua Ozonun və Alexandro Qonsales İnyarritunun filmləri nümayiş edilib.

Qeyd edək ki, Teymur Hacıyevin “Şanxay, Bakı”, “Duz, istiot zövqə görə” filmləri nüfuzlu festivallarda iştirak edib.

# 9661 dəfə oxunub

Oxşar xəbərlər

Van Qoqun  60 ildir təqdim olunmayan tablosu hərraca çıxarılacaq

Van Qoqun 60 ildir təqdim olunmayan tablosu hərraca çıxarılacaq

18:30 13 oktyabr 2026
Türkiyənin məşhur  musiqi qrupu qlobal dinlənmə siyahılarında

Türkiyənin məşhur musiqi qrupu qlobal dinlənmə siyahılarında

18:00 13 oktyabr 2026
Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

17:32 13 oktyabr 2026
"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

17:00 13 oktyabr 2026
Tanınmış əruzşünas alim vəfat etdi

Tanınmış əruzşünas alim vəfat etdi

16:47 13 oktyabr 2026
Prezidentin yer aldığı film-həyat – “44”

Prezidentin yer aldığı film-həyat – “44”

16:30 13 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər