Məşhur yazıçı oxucuları aldatdığını etiraf etdi: "Çox utanıram"

Məşhur yazıçı oxucuları aldatdığını etiraf etdi: "Çox utanıram"
19 may 2020
# 15:22

Qatillər haqqında yazdığı 40-dan çox kitabı milyonlarla tirajla satılan məşhur fransız yazıçısı Stefan Burqan bütün kariyerasının yalanlar üzərində qurulduğunu etiraf edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Burqan Çarlez Manson ilə tanış olması və olmayan həyat yoldaşının öldürülməsi daxil olmaqla bəhs etdiyi bütün təcrübələri özündən uydurduğunu bildirib.

Yazdığı kitablar, sənədli filmlərlə Fransada adı “qatil mütəxəssisi” kimi məşhurlaşan 67 yaşlı yazıçının yalançı olduğu ortaya çıxıb. Onun keçmişindən şübhələnən anonim təşkilat 2019-cu ildə yazıçı haqqında araşdırma həyata keçirir. Bütün dəlillər Burqanın yalan söylədiyini göstərirdi. Aparılan araşdırmalar nəticəsində Burqanın heç vaxt FBI-da təhsil almadığı, Çarles Mansondan müsahibə almadığı, söylədiyindən daha az qatil ilə görüşdüyü, kitabları üçün ingilis dilində yazılan kitablardan plagiatlıq etdiyi, hətta öldürüldüyünü söylədiyi bir həyat yoldaşının heç vaxt olmadığı ortaya çıxıb.

Stefan Burqan yalanlarını etiraf edərək müsahibəsində: “Yalanlarım mənə yük olur. Bir müsahibə vermək zamanı gəlib” deyib. O “La Parisien" qəzetinə müsahibə verərək onda mitoman, yəni yalan xəstəliyinin olduğunu etiraf edib:

“Səhvlərimi etiraf edirəm. Yalan söylədiyim və bütün bunları illərdir gizlətdiyim üçün utanıram” deyib.

Burqan həyat yoldaşının öldürülməsi hekayəsində, ABŞ-da tanış olduğu Susan adlı barmen qadından təsirlənərək yazdığını qeyd edib. Susan 1975-ci ildə 24 yaşında Gerald Stan adlı bir qatil tərəfindən öldürülmüşdü. 41 qadını öldürdüyünü etiraf edən Stan 1998-ci ildə edam edilmişdi.

Burqan psixoloji köməyə ehtiyacı olduğunu, həqiqətən də sevildiyini hiss etmədiyi üçün bu cür yalanlar uydurduğunu və hadisələri şişirtdiyini söyləyib.

# 3830 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış çinli rəssam süni intellektin təhlükələrindən  danışdı

Tanınmış çinli rəssam süni intellektin təhlükələrindən danışdı

18:30 5 oktyabr 2026
Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” tamaşanın premyerası

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” tamaşanın premyerası

18:00 5 oktyabr 2026
Şəmkirdəki Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirildi

Şəmkirdəki Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirildi

17:30 5 oktyabr 2026
Tom Kruzun yeni filmi kassada uğursuzluqla üzləşdi

Tom Kruzun yeni filmi kassada uğursuzluqla üzləşdi

17:00 5 oktyabr 2026
Antik Roma mədəniyyəti yeni sərgidə

Antik Roma mədəniyyəti yeni sərgidə

16:30 5 oktyabr 2026
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropada mükafat qazandı

Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropada mükafat qazandı

16:00 5 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər