“4 ay qarpız yığılan maşında gecələdim”

“4 ay qarpız yığılan maşında gecələdim”
13 noyabr 2012
# 10:45
Bu layihədə həyatın ağır üzünü görən insanlardan söhbət açılır.

“10 yaşıma qədər anam mənə baxıb. 10 yaşım olanda anam xərçəng xəstəliyinə tutuldu, bundan sonra mən ona baxmağa başladım. 13 yaşım olanda anam vəfat etdi. Atamı isə ümumiyyətlə görməmişəm”.

Bu fikirləri Kulis.az-a danışan F. Əhmədov söyləyib. O, 9-cu sinif şagirdidir.

F.Əhmədov deyir ki, anası öləndən sonra küçələrə düşmək məcburiyyətində qalıb: “Öz evimiz yox idi, kirayə qalırdıq. Ona görə də anam öləndən sonra küçələrdə gecələmək məcburiyyətində qaldım. Qohumlarımız yoxdur, gözümü açandan bir anamı görmüşəm, bir də qardaşımı. Qardaşım uzun illərdir ki, Rusiyada yaşayır. Orada sürücü işləyir. Ailəsi, uşaqları var. Anam öləndə də burada deyildi. Anam öləndən sonra çox əziyyət gördüm, küçə həyatı çox çətindir. Bir müddət “Bulvar”da, “Tarqovı” da gecələyirdim. Küçə uşaqlarından eləsi var idi ki, maşın silirdi, başqa işlərlə məşğul olurdu, ancaq mən bunu etmədiyimə görə polisin də mənimlə işi yox idi. Fikirləşirdim ki, nəsə bir yol tapmaq lazımdır”.

F.Əhmədovun sözlərinə görə, onun köməyinə qarpız satanlar çatıb: ” 7-ci mikrorayonda qarpız satanlara dedim ki, mən sizə kömək edim, siz də yeməyə bir şey verin, həm də burda qalım. Sağ olsunlar, başa düşdülər, kömək etdilər. 4 ay qarpız yığılan maşında gecələdim. Anamın bir rəfiqəsi var, sonra onu axtardım tapdım. 7 ay onlarda qaldım. Sağ olsunlar, mənə yaxşı baxdılar. Özlərinin də övladları vardı, məni onlardan fərqləndirmirdilər. Ancaq sənədim olmadığına görə məni öz yanlarında daha artıq saxlamaqdan çəkindilər. Məni Azərbaycan Uşaqlar Birliyinə gətirdilər. Buradakı şəraitdən çox razıyam. Mənə hər cür köməklik göstərməyə çalışırlar. Hazırda məktəbə, eyni zamanda informatika kurslarına gedirəm”.

Həmsöhbətimiz yaşıdlarına məsləhət görür ki, ata-analarının qədrini bilsinlər, hər hansı addım atmamışdan qabaq ciddi düşünsünlər: ”Bir sözlə həyatda nələri varsa, onun qədrini bilsinlər.

F.Əhmədov deyir ki, sənəd problemi öz həllini tapsa, qardaşı onu öz yanına aparacaq: “Qardaşımla əlaqəm var, tez-tez telefonla danışırıq. Məni öz yanına aparmaq istəyir, sadəcə sənəd probleminin həllini gözləyir”.

Yeri gəlmişkən, atasız-anasız uşaqların kimliyini təsdiq edən sənədin olmamağı çox ciddi problemdir.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyir ki, sənədsiz uşaqlar əsasən rəsmi nikahı olmayan cütlüklərdən doğulanlardır: “Bəzi valideynlər qınaq obyektinə çevrilmək istəmədiklərinə görə övladlarına sənəd almırlar. Doğuş ev şəraitində də olanda sənəd almaq problemə çevrilir. Qanunsuz övladlığa götürülmüş uşaqların da sənəd problemi olur. Kimsəsiz bir neçə uşaq bizdə sığınacaq tapsa da, onların sənəd problemlini həll edə bilmirik. Çünki bizim təşkilatın qəyyumluq statusu yoxdur. Bizim gücümüz BMT-dən himayə sənədi almağa çatır”.

Kəmalə Ağazadə bildirir ki, F.Əhmədovun sənəd alması üçün məhkəməyə müraciət edəcəklər: “Bu məsələni məhkəməyə yolu ilə həll etmək mümkündür. Bir-iki qonşu var ki, F.Əhmədovun kimin övladı olmağını bilirlər, məhkəmədə şahidlik edə bilərlər. Ancaq bu sübutlar azdır və bilmirəm biz uğurlu nəticə əldə edə biləcəyik, ya yox”.

Ağa Cəfərli
# 2480 dəfə oxunub

Oxşar xəbərlər

Gözləri tutulandan sonra ən məşhur tablolarını yaratdı - Dahilərin müəllimi haqqında

Gözləri tutulandan sonra ən məşhur tablolarını yaratdı - Dahilərin müəllimi haqqında

11:30 10 iyul 2026
Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

17:16 8 iyul 2026
"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

12:15 8 iyul 2026
Azərbaycanı SSRİ-dən ayırmaq istəyən yazıçının dəhşətli taleyi - O, Səməd Vurğuna gizli məktubunda nə yazmışdı?

Azərbaycanı SSRİ-dən ayırmaq istəyən yazıçının dəhşətli taleyi - O, Səməd Vurğuna gizli məktubunda nə yazmışdı?

10:00 8 iyul 2026
Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

15:00 7 iyul 2026
"Yüz ilin tənhalığı"ndan "Əsrin qolu"na - Cənubi Amerika futbolunun magik realizmi

"Yüz ilin tənhalığı"ndan "Əsrin qolu"na - Cənubi Amerika futbolunun magik realizmi

12:00 7 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər