writer1

Kamal Abdulla

Məqalə sayı

38
clock10:05 calendar-gray 04 May 2020 view-gray1251 dəfə oxunub
view-gray1251 dəfə oxunub

Yadıma Meydan hərəkatı düşür

Kulis.az Kamal Abdullanın “Viruslu günlər” essesini təqdim edir.

Bu viruslu günlərdə adam var evinə çəkilib filmə baxır, adam var kitab oxuyur, adam da var, həyatına film kimi baxır, həyatını kitab kimi oxuyur. Olub keçənləri bir daha xatırlayır. Sədaqət və xəyanət, sevgi və nifrət, insaf və mürüvvətsizlik, cəsarət və qorxaqlıq, hədyan və səmimiyyət, minnətdarlıq və naşükürlük – bunların hamısını gözünün önündə bir daha canlandırır, özünün harda və nə cür göründüyünün fərqinə varır, başqalarının onun həyatındakı yerini bir daha götür-qoy edir. Sən demə, cavab vermə vaxtı gələndə biz özümüz özümüzlə tamamilə tək-tənha qalırıq, özümüz özümüzə sual verib sonra da özümüz özümüzdən cavab alırıq. Ya da almırıq. İstənilən halda heç bir hakimə ehtiyac yoxdur. Mən… yenə də mən.

Dünya nə qədər kiçikmiş… Bir mənzilin ayrı-ayrı otaqlarına oxşadı. Hər otaq bir ölkə. Yox, bir neçə ölkə – bir otaq. Ölkələr də, nəhayət ki, hər biri öz çəkisində göründü. Alma kimi bir-birinin eynidilər. Bu viruslu günləri geridə qoyandan sonra, görəsən, yenədəmi atom bombaları ilə, qoşunları, yırtıcı hərbi texnikası ilə öyünənlər olacaq, yoxsa bu adamlar heç gözlə də görünməyəcək qədər kiçik virusdan qaçıb evlərində gizləndiklərini yadlarından çıxarmayacaqlar?!

Deyirlər, dünya dəyişəcək. Dünyadakı münasibətlər tamam başqa cür formalaşacaq. İnsanlar bir-birilə tamam yeni, başqa münasibətlərə girəcəklər. Keçmişdən çox şeylər unudulacaq. Çox şeyi, sən demə, itirəcəyik. Yeni münasibətlər yaranacaq. Mənə çox maraqlıdır. Bu necə olacaq?! İnsanlar bir-birinin qədrini daha yaxşı biləcək, yoxsa yenə də əvvəlki kimi bir-birinin axırına cıxmağa tələsəcəklər?! İnsanlar öz aralarında illərlə, on illərlə, min illərlə formalaşan münasibətlərdən necə yaxa qurtaracaqlar?! Acılı, şirinli xatirələr, istili-soyuqlu anılar hara gedəcək?! Dəyişən nə olacaq axı?! Bu dəyişməni gözümüzlə də görə bilmədiyimiz bir virusmu edəcək?!

Mənim yadıma Meydan hərəkatı düşür. Yüz minlərlə insanın toplaşdığı bu meydanda iynə atsaydın yerə düşməzdi. Əsəblər tarım, qəlblər hüznlü, bir kibrit yetərdi ki, alov çixsın və bir də geri dönməsin. Amma gəlin, gözümüzü yumub xatırlayaq: bu meydanda nə vardı?! Bu gün də unuda bilmədiyim qəribə bir nəvaziş var idi. Bir-birinə xüsusi hörmət və izzət var idi. Təsadüfən kiməsə toxunsaydın, o adam özü dönüb səndən üzr istəyəcəkdi. Baxışların dərinliyində məhəbbət var idi. Doğmalıq var idi.

Mən başqa bir meydan da xatırlayıram. Bir müddət sonra nümayəndə dəstəsilə bir yerdə Yerevanda olarkən son dərəcə təhlükəli olmasına baxmayaraq təkid elədim və məni inkoqnito Teatr meydanına apardılar. Mən yəqin ki, o meydanda olan sonuncu azərbaycanlıyam. Məni ən çox maraqlandıran müqayisə məqamı idi. Teatr meydanında bədnam “miasum” tərəfdarları çadırlar qurub içinə girmiş və aclıq elan etmişdilər. Adamlar ətrafda qarışqa kimi qaynaşırdı. Bir-birinin üzünü baxışlarıyla az qala deşirdilər. Orada gördüyüm baxışlar da yadımdan çıxmır. Adamlar bir-birinə qəzəb və az qala nifrətlə baxırdılar. Tipoloji cəhətdən Azərbaycandakı meydanda baş verənlərlə eyni situasiya idi, semantikaca ayrı-ayrı.

Biz öz meydanımızda bizi birləşdirən o mehriban baxışlarımı itirəcəyik?! Hayıfdı, vallah, hayıfdı.

Biz Aprel döyüşləri zamanı bir yumruğa dönməyimizimi unudacağıq?! Sabah bu döyüşlər hökmən təkrarlanacaq. O zaman bizim yenidən bir yumruq kimi arxa cəbhədə birləşməyimizin labüdlüyünümü unudacağıq?!

Biz Xocalınımı unudacağıq, yoxsa biz “Koroğlu”nun milyonlarla əli ucalara qaldıran Uvertürasının mərdanə havasınımı unudacağıq?! Biz başqa nə cür olacağıq?! Bəlkə biz məktəbdə bizə dərs deyən ilk müəllimimizi unudacağıq?! İlk sevgimizi, ilk dərsdən qaçdığımız günü, ilk dost qeybini, küçədə gördüyümüz tanış olmayan adamın ilk təbəssümünü, ilk dəfə oğrun-oğrun siqaret çəkməyimizi?! Biz başqa adam olub Lənkəranımı, Naxçıvanımı, Gəncənimi, Qusarımı, Bakınımı, Sumqayıtımı, Ağdamımı unudacağıq?! Şuşanımı unudacağıq?! Biz axı necə başqa adam olacağıq?! Mümkündümü?! Mümkün deyil!!!

Bəs postvirus çağı nə ilə səciyyələnəcək?!

Mən indi evdə oturmağa hövsələsi çatmayıb oğrun-oğrun küçələrə çıxanları demirəm. Mən normal Azərbaycan vətəndaşlarını nəzərdə tuturam. Mən inanıram ki, biz daha mehriban olacağıq. Biz anladıq ki, insan şərəfli məxluq olduğu qədər gücsüz bir məxluqdur. O özü özünü öz olmayan gücünə inandırıb. O ancaq başqaları ilə bir yerdə güclü ola bilər. Biz həkimlərimizə əl çalan Prezidentimizi xatırlayıb bu ekstremal günlərdə gecəsi-gündüzü olmayan peşə sahiblərimizi, mütəxəssilərimizi minnətdarlıqla yada salacağıq. Biz bu viruslu günlərdən təmizlənmiş çıxacağıq. Bu imtahanı ləyaqətlə verəcəyik. Minnətdar olmağı özümüzdə tərbiyə edəcəyik. Özümüzə rəva bilmədiyimizi başqasına da rəva görməyə utanacağıq. Dost sevincinə, təkcə kədərinə deyil, dost sevincinə sevinməyə hazır olacağıq. Ehtiyacı olanlara onlardan xəbərsiz yardım edəcəyik. Kömək umanlara minnətdar olacağıq ki, bizim onlara yardım etməmizə icazə verirlər. “Ver yeyim, ört yatım, gözlə canım çıxmasın” ideologiyasını, bu ideologiyanın pərdəsi altında min oyundan çıxanları elə biləcəyik ki, nə zamansa acı bir yuxuda görmüşük. Özümüzü və dövlətçiliyimizi heç vaxt bir-birimizdən ayrı sanmayacağıq.

Postvirus dövrünü isə mən böyük intizar hissilə gözləyirəm.

Mənə elə gəlir ki, biz dəyişməyəcəyik. Mənə elə gəlir ki, biz dəyişəcəyik. Bu ikisi eyni zamanda.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

İşini, gücünü atıb kimsə sevməlidir məni - Cəlil Cavanşirin şeirləri
17:00 08 Avqust 2020
Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb
16:05 08 Avqust 2020
Biz iki nəfər öldük
15:00 08 Avqust 2020
Səngərdə Vaqifin şeirlərini oxudu, məşhur filmə onun əvəzinə erməni aktyoru çəkdilər - Kinomuzun Cahandar ağası haqda maraqlı faktlar
14:00 08 Avqust 2020
Səkkizinci ayın səkkizi - Mahir N. Qarayev yazır
12:31 08 Avqust 2020
Məşhur aktrisa kinodan getmə səbəbini açıqladı
11:20 08 Avqust 2020
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq
10:13 08 Avqust 2020
Rüstəmbəyovun alınmayan filmi – Sevda Sultanova “Dağlarda döyüş”ü tənqid edir.
09:00 08 Avqust 2020
Azərbaycanın məşhur folklor qrupu beynəlxalq festivalda iştirak edəcək
18:50 07 Avqust 2020
Çingiz Aytmatov fenomeni və Azərbaycan" monoqrafiyası çap olundu
18:04 07 Avqust 2020
Azərbaycanlı yazardan yeni kitab
17:36 07 Avqust 2020
Polad Həşimovun üzünə necə baxacağıq?
17:06 07 Avqust 2020
Məşhur müğənni uyğur türklərinə görə Çinə belə etiraz etdi
16:05 07 Avqust 2020
Kölgəmi ayrı basdırın, sevəcəyim qız çiynində... - Tural Turanın şeirləri
15:02 07 Avqust 2020
Məşhur müğənni vəfat etdi
14:11 07 Avqust 2020
Hər konsert ərəfəsində əri tərəfindən döyülən, 17 yaşlı oğlunu itirən əməkdar artist – Bağırov ona bayquş demişdi
13:09 07 Avqust 2020
Süleyman Qanuni, Hürrəm Sultan, Mona Liza, Sezar indi yaşasaydılar, belə olardılar - Maraqlı layihə
12:23 07 Avqust 2020
Toyu karantinə düşənlər üçün fürsət
11:32 07 Avqust 2020
"Kapitan Marvel 2"nin rejissoru bəlli oldu
10:43 07 Avqust 2020
Azərbaycanda tarixi abidəyə müdaxilə edən şəxslər saxlanıldı
10:10 07 Avqust 2020