Filmimiz beynəlxalq festivalın yarımfinalında

Filmimiz beynəlxalq festivalın yarımfinalında
2 may 2020
# 10:14

“Azanfilm” animasiya studiyasinin istehsalı olan “Mənim balaca Şahzadəm” (“My little prince”) qısametrajlı animasiya filmi Cənubi Koreyada keçirilən 8-ci Seul Kuroqu Beynəlxalq Uşaq Filmləri Festivalının (8th Seoul Guro International Kids Film Festival) yarımfinal mərhələsinə yüksəlib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, festivalın final mərhələsi və mükafatlandırma mərasimi iyulun 2-8-də keçiriləcək.

Mədəniyyət Nazirliyinin sifarişi ilə 2019-cu ildə ərsəyə gələn filmin quruluşçu rejissoru Arif Məhərrəmov, bədii rəhbəri Elçin Əfəndiyev, ssenari müəllifi İman İsmayıl, quruluşçu rəssamı Amil Quliyev, bəstəkarı Azər Hacıəsgərli, səsləndirmə üzrə rejissoru Mehriban Zəki, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə M.Ələkbərlinin “Balaca şahzadə” əsərinə həsr etdiyi yağlı boya ilə işlənmiş tabloların təsviri animasiya hissələrinin tərkibində verilib. Rəssam M.Ələkbərli Ekzüperinin “Balaca şahzadə” əsəri haqqında düşüncə və duyğularını 3D animasiya stili ilə təsviri əlaqələndirməklə yeni bir stilistika ərsəyə gətirib.

Qeyd edək ki, “Mənim balaca Şahzadəm” animasiya filmi daha öncə Banqladeşdə 13-cü Beynəlxalq Uşaq və Türkiyədə UNIVERSAL KIDS Beynəlxalq Film festivallarinda nümayiş etdirilib.

# 2920 dəfə oxunub

Oxşar xəbərlər

Beynəlxalq səyyahlar Ağdamda olublar

Beynəlxalq səyyahlar Ağdamda olublar

18:20 8 oktyabr 2026
"Dünyanın ən yaxşı 100 süd məhsulu"  siyahısı açıqlandı

"Dünyanın ən yaxşı 100 süd məhsulu" siyahısı açıqlandı

18:00 8 oktyabr 2026
Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

17:30 8 oktyabr 2026
"Qızıl Portağal"ın münsifləri bəlli oldu

"Qızıl Portağal"ın münsifləri bəlli oldu

17:00 8 oktyabr 2026
Bəstəkar Aydın Əzimovun yaradıcılığına  həsr olunan dəyirmi masa

Bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunan dəyirmi masa

16:30 8 oktyabr 2026
AYB:  "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

AYB: "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

15:40 8 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər