Azərbaycanlı memar beynəlxalq müsabiqənin qalibi olub

Azərbaycanlı memar beynəlxalq müsabiqənin qalibi olub
30 sentyabr 2021
# 18:59

Türkiyədə yaşayan həmvətənimiz, memar Aysel Abasova Britaniya Şurasının (British Council) keçirdiyi “Hədəf sıfır innovasiya” adlı beynəlxalq müsabiqədə dünya birincisi olub.

Kulis.az türk mediasına istinadən xəbər verir ki, iqlim dəyişikliklərinə həsr olunan və gənclərə yenilikçi fikirlərini inkişaf və tətbiq etməyə imkan yaradan yarışa 43 ölkədən 243 iştirakçı qatılıb.

Türkiyəni təmsil edən Aysel Abasova birdəfəlik plastik tullantıları təkrar emal edərək qida tullantıları üçün xüsusi qab – “bokashi kova” (yaponca termin olan bokashi – qida tullantılarının torpağı münbitləşdirən qatqıya çevrilməsi deməkdir; kova – türkcə dolça, vedrə) hazırlayıb.

Onun layihəsinə uyğun olaraq toplanmış plastik məmulatları təkrar emal etməklə hazırlanan zibil qutusuna atılmış qida tullantılarına xüsusi maddə əlavə etməklə gübrə hazırlamaq mümkün olacaq. Layihənin əsas məqsədi ətraf mühiti qorumaq, qlobal istiləşmənin qarşısının alınmasına töhfə verməkdir.

İstanbul Bilgi Universitetində memarlıq təhsili alan Aysel Abasova daha sonra İspaniyanın Barselona şəhərindəki Kataloniya Memarlıq İnstitutunda qabaqcıl texnologiyalar və robot texnikası üzrə magistr proqramını tamamlayıb.

Türkiyəyə qayıtdıqdan sonra “The Back Lab” şirkətini qurub. Həmvətənimizin yeni layihəsinin əsas məqsədi istifadə olunmuş plastik materialları ətraf mühitə zərər verən tullantıya deyil, əksinə, faydalı məhsula çevirməkdir. Beynəlxalq müsabiqədə Türkiyəyə birincilik qazandıran həmvətənimizin “bokashi kova” layihəsi qardaş ölkənin mediasında da maraq doğurub

“Milliyet” qəzetində dərc olunan yazıda Aysel Abbasova fəaliyyəti və hədəfləri haqqında danışarkən deyib:

“Dünyanın hazırda iqlim böhranı yaşadığını nəzərə alarsaq deyə bilərik ki, birdəfəlik istifadə olunan plastik materiallar bu problemin böyük bir hissəsini təşkil edir. Təbiətimizə zərər vuran plastik tullantılar, əslində, böyük dəyər və potensiala malikdir. Biz plastik tullantıları təkrar emal müəssisələrindən və ya fərdlərdən toplayır, sonra onları dizaynımıza uyğun şəkildə fərqli rənglərdə qarışdırırıq. Daha sonra əldə etdiyimiz bu qarışıqları panel maşınımızla panellərə və ya 3D çapına çeviririk. Nəticədə tamamilə təkrar emal edilmiş plastikdən yeni məhsullar hazırlayırıq. Bu yolla insanlara tullantı plastiklərini təkrar emal etmək yolu ilə yeni məhsul ərsəyə gətirməyin mümkünlüyü ilə bağlı mesaj veririk. Qoy onlar anlasın ki, bu istiqamətdə nə qədər çox məhsul istehsal edilərsə, bir o qədər də plastiklər tullantıya çevrilməz”.

Qeyd edək ki, A.Abasova Britaniya Şurasının müsabiqəsində qazandığı mükafat sayəsində qurduğu “The Back Lab” şirkəti üçün avadanlıqlar alıb. Hazırda şirkət “bokaşhi kova”laın hazırlanması ilə məşğuldur.

“Əsas məqsədimiz yeni üsullar tətbiq edərək plastik materialları təkrar canlandırmaqdır. Çalışırıq ki, insanlar da plastik tullantıları gözəl və dizayn edilmiş məhsullara çevirsin”, – deyə o, bildirib.

# 3500 dəfə oxunub

Oxşar xəbərlər

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun Əsasnaməsi təsdiq edildi

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun Əsasnaməsi təsdiq edildi

15:23 27 noyabr 2026
Biz nə vaxt “yaşadım” deyə bilirik? - Şamil Paşayev

Biz nə vaxt “yaşadım” deyə bilirik? - Şamil Paşayev

15:00 27 noyabr 2026
Trampdan yeni Ceyms Bondla bağlı açıqlama

Trampdan yeni Ceyms Bondla bağlı açıqlama

13:44 27 noyabr 2026
Türkiyəli məşhurlar narkotik testi verəcəklər - 5 il ərzində

Türkiyəli məşhurlar narkotik testi verəcəklər - 5 il ərzində

13:22 27 noyabr 2026
"Qafqaz Albaniyasının xristian kilsəsi Yaxın Şərq sivilizasiyası kontekstində" adlı konfrans keçirildi

"Qafqaz Albaniyasının xristian kilsəsi Yaxın Şərq sivilizasiyası kontekstində" adlı konfrans keçirildi

12:48 27 noyabr 2026
17 yaşında ilk elmi kitabını yazdı, 26 yaşında Britaniya Akademiyasına üzv seçildi – Mirzə Kazım bəy niyə xristianlığı qəbul etmişdi?

17 yaşında ilk elmi kitabını yazdı, 26 yaşında Britaniya Akademiyasına üzv seçildi – Mirzə Kazım bəy niyə xristianlığı qəbul etmişdi?

12:00 27 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər