İkinci dalğa pandemiya təhlükəsi – Diqqətli olmalıyıq!

İkinci dalğa pandemiya təhlükəsi – Diqqətli olmalıyıq!
30 aprel 2020
# 11:57

Çində meydana gələn koronavirus epidemiyası demək olar dünyanı işğal edib. Baxmayaraq ki, bir çox ölkələr karantin rejimində yumşalma sisteminə keçid alıb.

Mütəxəssislər, həkimlər isə ikinci dalğadan ehtiyat edir. Əgər koronavirus pandemiyası ikinci dəfə güclü şəkildə yayılsa bunun qarşısını almaq çox çətin olacaq. Ona görə, insanlar tövsiyə olunan gigiyenik, sanitar qaydalara mütləq riayət etməlidir.

Karantin yumşalan kimi cəmiyyət olaraq sevgimizi gizlədə bilmirik. Həyata, avtobusa, küçələrə, parklara, ağaclara olan sevgimizi... Vəziyyət bir az yumşalan kimi cəmiyyətin əksər təbəqəsindən olan insanlar sanki məsuliyyət hisslərini itiriblər. Biz hələ koronavirus zillətindən tamamilə xilas olmamışıq axı.

Keçən gün şəhərə çıxmalı oldum. Elə də dəyişən bir mənzərə ilə qarşılaşmadım. Yollarda tıxac, avtobusların içi dolu...

Niyə sosial məsafəni qorumaq istəmirik?

Bəlkə insanlar bir-biri üçün çox darıxıb?

Darıxmaq başadüşüləndir. Amma gərək içimizdəki sevinci, marağı boğaq, ona güc gələk. İctimai yerlərdə spirtdən istifadəni unutmayaq, maska taxaq, əllərimiz tez-tez yuyaq. Bütün bunları qaydasında etsək, bu zillətdən birdəfəlik azad olarıq. O zaman lap küçədə fləşmob da keçirmək olar. Doyunca qucaqlaşarıq. Bəşəriyyətə sülh, sevgi, həmrəylik mesajı ötürərik. Bu günün gəlməsinə kimi səbrlə, əzmlə gözləməliyik.

Mütəmadi olaraq bu prosesi sosial şəbəkələrdən, mətbuatdan izləyirəm. Karantin tam bitəndən sonra da arxayın düşməməliyik.

Sözümün sonunda virus sahəsində ixtisaslaşmış azərbaycanlı həkim Turanə Rəsulovanın Bakıdakı çıxışından bir sitat gətirim:

“Azərbaycanda, eləcə də bütün dünyada koronavirus yenidən daha pis formada baş qaldıra bilər. Odur ki, insanlar mütləq qaydada qoyulan bütün tələblərə əməl etməlidir.”

Biz ən azı bir il özümüzü və bütün dünyanı qorumalıyıq.

# 5746 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

18:00 21 oktyabr 2026
“Azıx-Tağlar Arxeoloji Parkı”  Dövlət Qoruğu yaradıldı

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

17:31 21 oktyabr 2026
Məşhur Hollivud aktyoru vəfat etdi

Məşhur Hollivud aktyoru vəfat etdi

17:30 21 oktyabr 2026
Xalq artisti Ramiz Mustafayevin  100 illik yubileyi qeyd olundu

Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olundu

16:47 21 oktyabr 2026
Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi  quruluş ildönümünü qeyd edir

Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi quruluş ildönümünü qeyd edir

16:30 21 oktyabr 2026
Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

15:30 21 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər