"Bir uşağın kitab dostu ol"maq istəyənlər üçün yeni layihə

"Bir uşağın kitab dostu ol"maq istəyənlər üçün yeni layihə
27 aprel 2020
# 15:50

“Parlaq İmzalar” nəşriyyatı "Bir uşağın kitab dostu ol” adlı yeni layihəyə başlayıb.

Kulis.az xəbər verir ki, “Parlaq İmzalar” əsasən bölgələrdəki ehtiyaclı ailələrin uşaqlarını nəzərə alaraq xüsusi kitab paketi hazırlayıb.

Nəşriyyat oxuculara müraciət edib:

“Düşünürük ki, bu çətin günlərdə ehtiyaclı ailələrin qida ilə təmin olunması nə qədər gözəldirsə, onlara mənəvi dəstək göstərmək də bir o qədər dəyərlidir. Xüsusən həmin ailələrdəki uşaqların indi buna daha çox ehtiyacı var... Əziz uşaqların könlünü xoş etmək və hazırda boş qalmış vaxtlarını daha səmərəli keçirməsi üçün onları ən gözəl hədiyyə olan kitabla sevindirə bilərik”.

Beləliklə, xüsusi seçilmiş, daha çox 10 yaş ətrafındakı uşaqları əhatə edəcək 6 kitabdan ibarət bir bağlama maya dəyəri həddinə endirilərək (39 manatdan 19 manata) dəstək olmaq istəyən şəxslərə təklif edilir. Əlavə olaraq kitabların poçt vasitəsi ilə uşaqlara çatdırılma xərcini də nəşriyyat öz üzərinə götürür.

Bir sözlə, siz 19 manat dəstək olursunuz, 6 kitabdan ibarət bağlama sizin adınızdan ehtiyaclı uşaqlara çatdırılır.

Kitabların hədiyyə olunacağı uşaqların seçimi xüsusi diqqət və formada həyata keçirilməkdədir. Onlar atalarını itirmiş və maddi durumu çox aşağı olan ailələrin uşaqlarıdır... (bu haqda ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz.) Hədiyyələrin hansı bölgəyə, hansı ailəyə çatdırıldığı ilə bağlı sonda xeyriyyəçi dostlara şəxsən məlumat veriləcək.

Bu aksiya üçün ən çox oxunan və uşaqlarla yanaşı, böyüklərin də həvəslə oxuduğu kitablarımızı seçdik (kitablar haqqında məlumat “şərh”ə yerləşdiriləcək)... Bu kitablar uşaqlara cəsarət, mübarizə, qorxmazlıq, arzularının arxasınca getmək, dostluq, sevgi kimi dəyərlər aşılayır. Kitabların göndəriləcəyi ailələrin əksəriyyətində isə birdən çox uşaq var. Doğrusu, bu, bir uşağın deyil, bir ailənin hədiyyəsidir və bu kitablar əksər ailələrin evinə daxil olan ilk bədii kitablar olacaq, bəlkə də, onların qurulacaq kitabxanalarının ilk daşlarıdır.

Aksiyaya qoşulmaq və əlavə məlumat üçün:

055 969 72 59 (votsap) | Şəxslər

055 259 59 72 (votsap) | Şirkətlər

P.S. “Bir uşağın kitab dostu ol” layihəsinin davamlı olmasını planlaşdırılır.

# 4689 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanla  Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş təsdiqləndi

Azərbaycanla Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş təsdiqləndi

13:17 26 oktyabr 2026
“Bridcet Cons”un yaradıcısından yeni addım:  Ən gülməli yazılara pul mükafatı

“Bridcet Cons”un yaradıcısından yeni addım: Ən gülməli yazılara pul mükafatı

13:00 26 oktyabr 2026
Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu  yubileyi münasibətilə təbrik etdi

Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu yubileyi münasibətilə təbrik etdi

12:51 26 oktyabr 2026
ISECO:  "Bakı prosesi müxtəlif mədəniyyət nümayəndələrini bir araya gətirib"

ISECO: "Bakı prosesi müxtəlif mədəniyyət nümayəndələrini bir araya gətirib"

12:40 26 oktyabr 2026
Salli Runi ilə həmrəylik:  İki uşaq yazıçısı qonorarlarını ona verəcək

Salli Runi ilə həmrəylik: İki uşaq yazıçısı qonorarlarını ona verəcək

12:40 26 oktyabr 2026
Direktor:  "BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edir"

Direktor: "BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edir"

12:38 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər