Azərbaycanda yeni uşaq jurnalı fəalliyyətə başlayır

Azərbaycanda yeni uşaq jurnalı fəalliyyətə başlayır
20 aprel 2020
# 18:43

“Mücrü” nəşriyyatı uşaqlar üçün “Mücrü” adlı jurnal hazırlayır.

Kulis.az xəbər verir ki, jurnal daha çox məktəbəqədər və məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulub.
Uşaqlar dərgidə bir-birindən maraqlı hekayələr, şeirlər, maraqlı rubrikalar, oyunlar, müxtəlif ölkələr, xalqlar, şəhərlər, heyvanlar, quşlar, bir sözlə dünyada uşaqları maraqlandıran hər şey haqqında məlumat əldə edə biləcəklər.

Bundan əlavə, jurnal vasitəsilə uşaqlar bilik yarışına qoşulacaq, hər nömrədə verilən test tapşırıqlarının düzgün cavabları ilə növbəti nömrədə tanış olacaq, özləri – özlərini qiymətləndirəcəklər.
Jurnal təkcə uşaq yazarlarının tribunası olmaycaq, burda uşaqlar da müxtəlif yazılarını, çəkdikləri rəsmləri yayımlaya biləcəklər. Hər yeni nömrədə uşaqlar istedadlı yaşıdlarının yaradıcılığı ilə tanış olmaq fürsəti qazanacaqlar.

Onlar sevdikləri hekayələrin, şeirlərin müəlliflərinə məktublar yaza biləcək, “Mücrü” jurnalı vasitəsilə sevimli müəlliflərlə tez-tez görüşmək imkanı əldə edəcəklər.

Daha çox azyaşlı uşaqlar və ibtidai sinif uşaqlarına ünvanlanan jurnal uşaqların maarifləndirilməsi, onlarda mütaliəyə və yaradıcılığa maraq oyatmaq məqsədi daşıyır.

Xatırladaq ki, jurnalın təsisçisi “Mücrü” Nəşriyyatı, dərginin baş redaktoru yazıçı-şair Sevinc Elsevərdir.

# 6666 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər