news-inner
clock15:10 calendar-gray 17 Aprel 2020 view-gray17324 dəfə oxunub
view-gray17324 dəfə oxunub

Küçədə ürəyi dayanan Əməkdar artist- Maraqlı faktlar

Bu gün Əməkdar atrist, xarakterik rolların mahir ifaçısı Mirvari Novruzovanın doğum günüdür. Kulis.az bu münasibətlə aktrisa haqqında maraqlı faktları təqdim edir.

Mirvari Novruzova 17 aprel 1923-cü ildə Bakı şəhərində anadan olub. O, atasını 10 yaşındaykәn itirib. Atası rәhmәtә getdikdәn sonra evin mәişәt problemlәri Mirvarinin üzәrinә düşüb. Orta məktəbi bitirdikdən sonra teatra xüsusi sevgisi olan M. Novruzova Bakı Teatr Texnikumuna daxil olub. Texnikumda oxuduğu illərdə Azərbaycan Dövlət Dram Teatrında tamaşalarada iştirak edib.

Gallery

1942-ci ildə təhsilini başa vuran Mirvari Novruzova Azərbaycan Dövlət Dram Teatrında fəaliyyət göstərməyə davam edir. 1949-cu ildə Azərbaycan Əməkdar artisti fəxri adını alır.

***

Teatrda ilk rolu "Eşq və intiqam" tamaşasındakı Qəmər obrazı, tamaşadakı tərəf müqabili isə Çingiz rolunu canlandıran aktyor Əli Zeynalov olur. Tamaşa zamanı aktrisa ilə Əli Zeynalov arasında isti münasibət yaranır. Həyat yoldaşını ağır xəstəlikdən yenicə itirmiş Əli Zeynalovla aktrisa ailə qururlar.

***

Bu evlilik Mirvari xanmın da ikinci evliliyi olur. Onun da ilk evlilikdən iki övladı varmış. Əli Zeynalovla evliliyindən isə onun Sədaqət adlı bir qızı dünyaya gəlir. Bu cütlük 40 il birlikdə ömür sürürlər.

***

Onlar yenicə ailə quran zaman Əli bəyin uşaqlarını anası saxlamaq istəsə də Mirvari xanım buna qəti etiraz edərək deyir: “Uşaqlar birlikdə böyüməlidirlər. Onlar qaynayıb, qarışmasalar biz ailə ola bilmərik. Əli bəyin qızı deyir ki, sonralar doğurdan da onlar mehriban ailə olmağı bacarıblar”.


Gallery

Əli Zeynalov söhbətlərinin birində belə bir etiraf edir: "Mən xoşbəxtəm ki, sənətdə də, həyatda da qarşıma nəcib insanlar çıxdı. Tale məni Mirvari xanımla qoşalaşdırmasaydı, bəlkə də mən heç Əli Zeynalov olmazdım. Mənim bütün əziyyətlərimi, məişət qayğılarımı o çəkirdi. Səhnədəki əzəmətə fikir verməyin, məişətdə çox acizəm. Bu mənada xilaskarım xanımım olub. Halbuki Mirvari də öz sənətinin aşiqi idi".

Gallery

Aktrisanın xöşbәxt hәyatına hәyat yoldaşı Əli Zeynalovun infarkt keçirmәsi mane olur. Әli Zeynalov 75 yaşında dünyasını dәyişir. Mirvari xanım uzun müddәt ərinin ölümü ilә barışa bilmir.

***

Mirvari xanım 69 yaşında Həsənağa Turabovun rəhbərlik etdiyi teatrdan tәqaüdә çıxarılır. Həyat yoldaşının ölümündәn sonra sәhnәdәn dә ayrılması ona ağır tәsir edir. Lakin çox keçmir Amaliya Pәnahova aktrisanı Bakı Bәlәdiyyә Teatrında işә dәvәt edir. Mirvari xanımın son dəfə iştirak etdiyi tamaşa Tomris” olur.

Gallery

Deyilənə görə çox sadə insan olub. Xalq artisti adı alan bəzi aktrisalar "bizə ayrıca qrim otağı ayrılsın, gənclərlə eyni otaqda hazırlaşa bilmərik" dedikləri zaman Mirvari xanım bəzən əlində geyimi qrim otağınınn qarşısında növbədə durar, qabağa keçməzmiş ki, hamının haqqı eynidir".

Gallery

Aktrisa ilə Bələdiyyə Teatrında birgə işləmiş Əhməd Salahovun sözlərinə görə, Mirvari Novruzova təkliyi sevmirdi, istəyirdi ki, həmişə yanında kimsə olsun: "Uzun səfərlərə çıxanda deyirdi ki, "kim gəlib mənim yanımda əyləşsə, ona hədiyyəm olacaq". Cibində həmişə rəngli şüşə konfetlər gəzdirərdi. Səfərə çıxanda uzun yolda darıxdığı üçün bizə deyirdi ki, "kim gəlib mənim yanımda söhbət etsə, ona konfet verəcəm".

***

"Pəncərədə işıq" televiziya tamaşasında oynadığı ana obrazını ifa edən zaman əyninə geyindiyi xalatı da evdən aparıbmış.

Gallery

Əli Zeynalovun qızı Dildar xanım müsahibələrinin birində deyir ki, Mirvari xanım çox qısqanc qadın olub və həyat yoldaşı Əli bəyi çox qısqanırmış: “Həmin dövrdə evə tez-tez zənglər olurdu. Həsənzadə obrazını ifa etdikdən sonra atama gənc xanımlar zəng edərdilər. Eşqini elan edənlər də var idi”.

***

Fatma Qədri Mirvari Novruzovanın müəllimi olub. Onların arasında ana övlad məhəbbəti olub. 1959-cu ildə dram teatrı “Otello” tamaşası ilə Moskvaya dekadaya gedirlər. Fatma Qədri tamaşada Emilya rolunu ifa etməliymiş. Lakin iş elə gətirir ki, tamaşaya bir gün qalmış aktrisa bərk xəstələnir. Rolu Mirvari xanıma həvalə edirlər. Mirvari Novruzova bir gecənin içərisində Emilya rolunu əzbərləryib, səhərisi günü səhnəyə çıxır.

Gallery

Qızı Sədaqət Məmmədova müsahibələrinin birində belə qeyd edir: “Elə olurdu ki, o, xəstələnirdi, amma xəsətənəndə də gizlincə gedib öz obrazını oynayıb qayıdırdı. Bir dəfə bir tanışımız mənə dedi ki, “Nişanlı qız” tamaşasına baxdıq, anan da iştirak edirdi. Mən ona dedim ki, bu ola bilməz, anam xəstəxanada yatır. Sonra mən gəlib anama deyəndə ki, səni kiməsə oxşadıblar, gördüm o gülür. Güləndə başa düşdüm ki, mənə deyilənlər doğrudur. Anam xəstəxanaya müalicə almağa gedəndə həmişə çöl-bayır paltarlarını özündə saxlayırdı, evə aparmağa qoymurdu. Sonralar bildik ki, o, xəstəxanadan tamaşalarına gedib iştirak edirmiş”.

Gallery

Mirvari xanım “Solğun çiçərklər” tamaşasında Gülnisə obrazını ifa edərkən tamaşaların birinə ikinci sinifdə oxuyan qızı Sədaqəti də aparır. Qarşı sıraların birində əyləşən qızı anasının əzazil ana obrazını görüb bərk sarsılır, anasından inciyib ağlayır. Tamaşa bitəndən sonra onun yanına getməkdən imtina edir. Lakin sonradan Həsənağa Salayev onu anasının yanına aparır, Sədaqət xanım tamaşada Sara obrazını ifa edən Leyla Bədirbəylini görəndə onun sağ qaldığını bilib sevinir və anlayır ki, bu həyat yox, tamaşadır. Ancaq o yenə də evə gələnə qədər anasını danışdırmır. Sonra eşidir ki, nənəsi Miravi xanıma deyir ki, - bir də uşağı belə ağır tamaşalara aparma.

Gallery

Mirvari Novruzova sənətini çox sevən aktrisa olub. Heç vaxt rolun böyük və kiçikliyinə baxmayıb. Rejissor Mərahim Fərzəlibəyov nəql edir ki, “Közərən ocaqlar” tamaşasında Tükəz xanım obrazına Nəcibə Məlikova və Mirvari Novruzova təsdiq olunurlar. Nəcibə xanım ilk məşqdə rejissora etirazını bildirir. Deyir ki, Tükəz obrazı mənə yaraşmır, bu rolu mənə niyə vermisiniz? Mirvari xanım, isə ona cavab verir ki, Nəcibə xanım, aktrisa hambal, dilənçi, elə Tükəz rolunu da oynaya bilər. Tükəzi də mən ifa edəcəm.

***

Əməkdar artist 1994-cü ildә teatra işә gedәrkәn yolda ürәyi tutur, xәstәxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmur, martın 20-dә aktrisa dünyasını dəyişir.

news-inner-user

15792 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Xalq artistinə ağır itki üz verdi
01:53 10 İyul 2020
Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Qadına görə başına bəla gələn məşhurlar: onların arasında Müşfiq də var
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020
Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar
11:19 09 İyul 2020
Son 200 ilin ən yaxşı qəzəli – Mətn
10:46 09 İyul 2020
Elton Conun şərəfinə sikkə hazırlandı
10:09 09 İyul 2020
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020