Müğənni Zamiq karantin günlərindən danışdı: “Bağ evimdə...”

Müğənni Zamiq karantin günlərindən danışdı: “Bağ evimdə...”
16 aprel 2020
# 10:10

“Maraqlı verilişlər izləyirəm, özümü motivasiya xarakterli bilgilərə yönəldirəm".

Bu sözləri Kulis.az-a açıqlamasında tanınmış müğənni Zamiq Hüseynov deyib. Müğənni insanları bu günlərdə duyarlı və həmrəy olmağa, evdə qalmaqla bu çətin günlərin öhdəsindən birlikdə gəlməyə səsləyib:

“Bildiyimiz kimi, aylardır bütün dünya bu epidemiyadan əziyyət çəkir. Xoşagəlməz vəziyyət hamımızın gözləmədiyi halda tüğyan etdi. Bu səbəbdən də hər sahədə çalışan insanların istər maddi, istərsə də mənəvi həyatına necə desək, zərbəsini yetirdi. İnsanlar var ki, daha çox gündəlik qazanc üçün çalışırlar. Təbii ki, indiki durum daha çox onlara mənfi təsir göstərdi. Bu arzuolunmaz idi! Hər şeydən öncə çox istərdim ki, bugün hamımız bir olaq, həmrəy olaq. İcazə verməyək ki, koronavirus həyatımıza bu qədər yaxın gələ bilsin. Bizə psixoloji təsir belə göstərməsinə yol verməyək. Bir-birimizə dəstək olaq, yardımlaşaq, bölüşək! Və təbii ki, gigiyenik qaydalara riayət edək. Şəxsi təmizliyimiz öz sağlamlığımız üçün ən vacib məqamlardan biridir. Bunu da unutmayaq. Bacardığımız qədər evdə qalaq. Bəlkə bütün bunlara tabe olsaq, bu qorxunc xəstəliyə də qalib gələ bilərik!”

Zamiq Hüseynov karantinn günlərində vaxtını səmərəli keçirtməyə çalışdığını qeyd edib:

“Karantin elan olunan gündən bağ evində yaşayıram. Çalışıram ki, maksimum hər kəsdən uzaq qalım. Gün ərzində sağlam qidama və idmanıma yer ayırıram. Maraqlı verilişlər izləyirəm, özümü motivasiya xarakterli bilgilərə yönəldirəm. Ara-sıra bağımda kiçik işlərlə də məşğul oluram. Təbii ki, musiqidən ayrı qala bilmərəm. Hər kəs bilir ki, izləyicilərim üçün dəfələrlə instaqramda canlı konsert də etdim. Məni sevənlərə səslənirəm ki, siz də özünüzü qoruyun. Qidanıza, idmanınıza fikir verin. Bir qədər məsafəli davranın. Allahın köməkliyi ilə bu bəla tez bir zamanda üstümüzdən gedəcək!”

# 3801 dəfə oxunub

Oxşar xəbərlər

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
Fərhad Bədəlbəyli Maliyyə Nazirliyini tənqid etdi:  “Mədəniyyət deyəndə ağıllarına toy müğənnisi gəlir”

Fərhad Bədəlbəyli Maliyyə Nazirliyini tənqid etdi: “Mədəniyyət deyəndə ağıllarına toy müğənnisi gəlir”

16:26 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər