news-inner
clock14:03 calendar-gray 15 Aprel 2020 view-gray15921 dəfə oxunub
view-gray15921 dəfə oxunub

Dişlərini düzəltdirməyə qorxan, doğum günlərində ağlayan, həkim səhlənkarlığının qurbanı olan Xalq artisti

Bu gün Xalq artisti Telman Adıgözəlovun anım günüdür. Kulis.az bu münasibətlə aktyor haqda maraqlı faktları təqdim edir.

Əslən Ordubaddan olan Telman Adıgözəlov 1953-cü il iyulun 17-də Balakəndə anadan olub. Məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak etməyə başlayıb. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib, Adil İsgəndərovun tələbəsi olub.

Gallery

1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor teatr səhnəsində "Dəli yığıncağı", "Xurşudbanu Natəvan", "Mahnı dağlarda qaldı", "Maqbet", "İblis", "Vaqif", "Nişanlı qız", "Mənim sevimli dəlim", "Hələ "sevirəm" deməmişdilər" tamaşalarında maraqlı rollar ifa edib.

Gallery

Telman Adıgözəlovun ailəsi ilə birgə Bakıya köçməsinin maraqlı tarixçəsi olub. Telman uşaq vaxtı yıxılıb, qolunda yara əmələ gəlib. Balakən rayonu isə təbiət etibarı ilə rütubəti çox olan bölgədir. Telman qolu yaralı-yaralı çimib özünü soyuğa verdiyindən yara şişib, çirk bağlayıb. Xeyli vaxt müalicə alsa da, sağalmayıb. Onda həkimlər deyiblər ki, onun qolu çürüyə, hətta kəsilə bilər. Bundan sonra Telmanın atası ailəsi ilə birgə Bakıya köçməyə məcbur olur. Ailə uzun illər kirayədə yaşayıb, çox zəhmət çəkib, amma yara sağalıb.

Gallery

Bir çoxları Telman Adıgözəlovu içki içən aktyor kimi tanısa da aktyorun oğlu Tural bunu qətiyyətlə təkzib edərək deyir: "İnanırsınız ki, o, heç vaxt içki içməyib. Hətta ölümündən sonra belə adamlar vardı ki, mənə yaxınlaşıb and içirdilər ki, sənin atanla qədəh toqquşdurmuşam, içki məclisində olmuşam. Amma mən bilirəm axı o, heç vaxt içki içməyib. Ola bilsin, əlində qədəh olub, lap sağlıq da deyib, amma sonradan o qədəhi masaya qoyub”.

***

Aktyorla bağlı ən çox yayılan şayiələrdən biri isə onun dişlərini düzəltdirməyə pulunun olmamasıdır. Lakin, deyilənə görə aktyor bir dəfə diş həkimində ona iynə vurulandan sonra halı pisləşib boğulur. Bundan sonra onda diş həkiminə qarşı fobiya yaranır. Sonralar ailə üzvləri, yaxın dostları nə qədər çalışsalar da onu həkimə getməyə razı sala bilməyiblər. Aktyor həmişə arzu edirmiş ki, qızı böyüyüb diş həkimi olsun və dişlərini ona düzəltdirsin. Aktyorun qızı atasının ölümündən sonra diş həkimi olur.

Gallery

Aktyorun ulu babaları Ordubadın Vənənd kəndindən olub. Onun atasını SSRİ dövründə Ordubaddan Balakənə zorla köçürüblər. Telmangilin Balakəndə yaşadıqları məhəllə "Ordubadlılar məhəlləsi" adlanıb.

***

Balakəndə yaşayanda aktyorun bir iti olub. Telman hara gedirmişsə, it onu qoruyurmuş. Günlərin birində qonşu çörəyin içinə iynə qoyub itə atır. Həmin çörəyi yeyən it ölür. Bu hadisə 6, 7 yaşı olan Telmana bərk təsir edir. Oturub ağlayır.

Gallery

Deyilənə görə aktyor çox kövrək insan olub. Xüsusilə ad günlərində çox kövrəlirmiş. Həssas olduğu üçün yaşının üstünə bir yaş da gələndə qəmli olurmuş.

***

Həyat yoldaşı Billurə xanımla elə Balakəndə qonşu olublar. O vaxtdan da gediş-gəlişləri olub. Telman Billurə xanımı sevib, bəyənib. Sonralar rayona gedəndə yenidən görüşüb ailə qurmağa qərar veriblər.

Gallery

Oğlu əsgərlikdə olanda aktyor çox xiffət edirmiş. Tez-tez onun yanına gedib gələrmiş. Bir dəfə də güclü qar yağır, aktyorun ürəyi dözmür. Oğlu üçün yun corab və köynək alıb onun yanına hərbi xidmətə yollanır. Lakin oğlu nədənsə atasının gətirdiyi hədiyyələri geri qaytarır, başqa əsgər yoldaşlarından fərqlənməsini istəmir. Ancaq sonradan atasını məyus olduğunu görüb peşman olur.

***

Aktyor cavan yaşda dünyasını dəyişdiyindən nə oğlunun, nə də qızının toyunu görmək ona qismət olmur.

Gallery

İnsanlara kömək etməyi sevən adam olub. Qonşuluğunda yaşayan Çernobıl əlilinin evlə təmin olunması üçün lazım olan hər yerə müraciət edib, nəhayət onun evlə təmin olunmasına nail olub. Sonralar həmin adam Rusiyaya köçür. Bir də Bakıya uzun illərdən sonra Telman Adıgözəlovun ölüm xəbərini eşidəndə gəlir.

***

Aktyor teatr və kino ilə yanaşı ailəsini dolandıra bilməkdən ötrü həm də toylara tamada gedirmiş. Amma bu zaman çox utanır, əziyyət çəkirmiş.

Gallery

Telman Adıgözəlov 57 rəqəmindən dəhşətli dərəcədə qorxub. Hətta buna görə avtomobilinin 57 ilə bitən nömrə nişanını dəyişib. Lakin aktyorun amansız ürəyə damması özünü doğruldub. O, 57 yaşında dünyasını dəyişir.

***

Aktyor pal-paltara çox pul xərcləməyi, çox bahalı geyimlər xüsusilə qalstuk, kəmər və ayaqqabı almağı çox sevib. Xəncər-bıçaq kolleksiyası olub. Bıçaq yığmağı çox sevib. Övladlarına hədiyyə olaraq isə fənər alarmış. Həmişə də deyib ki, "Birdən elə yerə düşərsiniz ki, qaranlıq olar, onda mütləq lazımınız olacaq". Ölümündən sonra bir nəfər adam onun yasına gəlib oğluna pul verib deyir, bunu mağazanın müdiri göndərib, atanız rəhmətə getməzdən əvvəl pulu beh kimi verib yaz gödəkcəsi sifariş etmişdi.

Gallery

Aktyorun ölümü hamı kimi ailəsi üçün də gözlənilməz olub. Gecə saatlarında ailə üzvləri onun xırıltılı səsini eşidiblər, əvvəl elə biliblər ki, boğazında nə isə qalıb. Heç kim heç nə anlaya bilməyib. İki dəfə ard-arda təcili yardım çağırılır. Birinci gələn həkim aktyoru tanıyır və onu elə vəziyyətdə görəndə özünü itirir. Təzyiqini ölçsə də, “baş aça bilmədim”, deyir, başqa həkim çağırılmasını xahiş edir. Daha sonra ikinci təcili yardım gəlir. Ona qədər də aktyor sağ olsa da, xırıldayırmış. Növbəti dəfə gələn həkim isə deyir ki, ürəyi dayanıb. Aktyora elektroşok verilir. Bir neçə dəqiqədən sonra aktyor keçinir.

Oğlu Tural müsahibələrinin birində deyir, yəqin ki atam qeyri-peşəkarlığın qurbanı oldu. Çünki sonradan başqa həkimlər bizə dedilər ki, infarkt keçirən adama elektroşok vermək olmazmış. Nə bilim...

***

Dəfnində böyük izdiham olub. Eşidib gələn adamlar, avtomobillər aktyorun yaşadığı həyətə və küçəyə sığmayıb. Polislər Azadlıqdan aktyorun dəfn olunacağı Fatmayi kəndinə qədər olan yolu bağlamağa məcbur olublar.

news-inner-user

16518 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Məmməd Aslana halallıq - Şərif Ağayar yazır...
20:57 23 Sentyabr 2020
"Qəlbimin palitrası"ı təqdim olunacaq
18:51 23 Sentyabr 2020
10 ilə çəkilən film - Video
18:12 23 Sentyabr 2020
Atamın gələ bilmədiyi günlərdən çıx gəl - Fəridədən müharibə şeirləri
17:29 23 Sentyabr 2020
Qəni Camalzadənin sosial-bədii nəsri - Aydın Xan yazır
16:47 23 Sentyabr 2020
“Uliss”in tərcüməçisi dünyasını dəyişdi
16:08 23 Sentyabr 2020
Aqil Abbas: "Dağlıq Qarabağda vətəndaşlığımızı qəbul edən ermənilərlə işimiz yoxdur"
15:30 23 Sentyabr 2020
Şəbnəm Tovuzlunun erotik dərdi
14:49 23 Sentyabr 2020
Lalə Məmmədova həmkarlarını qınadı: "İcra başçılarından qorxurdunuz?"
14:06 23 Sentyabr 2020
Elçin Əfəndiyev: "Çox yaramaz iddiadır" -Məktub
13:29 23 Sentyabr 2020
“Mədəniyyət/Culture” jurnalının növbəti sayı nəşr edildi
12:51 23 Sentyabr 2020
Mirzə Cəlili aldatmışdı, Müşfiq onun evinə pəncərədən girirdi – Komediyamızın banisi haqqında maraqlı faktlar
12:06 23 Sentyabr 2020
“Azərbaycan tarixində atılmış 5 ən yanlış addım” kitabının imza günü olacaq
11:17 23 Sentyabr 2020
İnternet yoxdursa, necə olacaq? – Əyalətin təhsil dərdi
10:45 23 Sentyabr 2020
Nobel mükafatının təqdimat mərasimi təxirə salındı
10:16 23 Sentyabr 2020
Tom Kruzun kosmosa gedəcəyi tarix bəlli oldu
09:44 23 Sentyabr 2020
Ömər Faiqin İngiltərədə yaşayan nəticəsi: "Mirzə Cəlil babamın qollarında can verib" - Müsahibə
09:00 23 Sentyabr 2020
Tanınmış bəstəkara ağır itki üz verdi
18:41 22 Sentyabr 2020
Tarkovski ilə bağlı kadrarxası çəkilişlər hərraca çıxarılacaq
18:04 22 Sentyabr 2020
Sən ağlama, bulaq səslim – Qismət Məsimin yeni şeirləri
17:15 22 Sentyabr 2020