Londonda Azərbaycan film festivalı keçirilib

Londonda Azərbaycan film festivalı keçirilib
6 noyabr 2012
# 16:15
Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyindən AzərTAc-a bildiriblər ki, bu il noyabrın 1-dən 4-dək Londonda səfirliyin, Mədəniyyət və Turizm Nazirliyinin, Avropa-Azərbaycan Cəmiyyətinin və Londonda fəaliyyət göstərən Azərbaycan Mədəniyyətlərarası Cəmiyyətinin birgə təşkilatçılığı ilə film festivalı keçirilib.

Bu münasibətlə təşkil olunmuş tədbirdə çıxış edən səfir F. Qurbanov kino sənətinin dünya mədəniyyətinin inkişafında misilsiz rol oynadığını, Azərbaycan kinosunun da bu baxımdan istisna olunmadığını və dünya kinematoqrafiyasına böyük töhfələr verdiyini iştirakçıların diqqətinə çatdırıb.

Azərbaycan London Film Festivalının ilk dəfə keçirildiyini və yerli tamaşaçıları Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış etmək üçün belə tədbirlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayan səfir, ölkəmizdə film yaradıcılığının zəngin tarixindən danışaraq gələcəkdə belə festivalların mütəmadi təşkilinin vacibliyini vurğulayıb.

Londonda ilk dəfə keçirilən festival Azərbaycan kino sənəti nümunələrinin Böyük Britaniyada təbliğinə geniş imkan yaradıb. Dörd gün davam edən və uğurla başa çatan festivalda Azərbaycan kinematoqrafçıları tərəfindən istehsal olunan 8 bədii və sənədli film nümayiş etdirilib. Filmlər iştirakçılarda böyük maraq doğurub.
# 2214 dəfə oxunub

Oxşar xəbərlər

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər