Sənubər İsgəndərli: "Tamaşalarımıza baxanda pis oluram"

Sənubər İsgəndərli: "Tamaşalarımıza baxanda pis oluram"
14 aprel 2020
# 12:35

“Hamı kimi mən də bu çətin günlərdə həm ailəmi, həm də özümü qoruyuram”.

Bu sözləri Kulis.az-a açıqlamasında Əməkdar artist Sənubər İsgəndərli bildirib. Tanınmış aktrisa “Ata ocağı” serialının çəkilişlərindən də danışıb:

“Bu aralar “Ata ocağı” serialının çəkilişlərinə də gedib gəlirəm. Serialın çəkilişləri yenidən başlayıb. Orda da qorunmaq üçün lazım olan bütün qaydalara əməl edirik. Yəni hamı necə mən də elə qorunuram. İmkan düşdükcə kitab oxuyuram, filmlərə baxıram”.

S.İsgəndərli teatr üçün darıxdığını vurğulayıb:

“Aktyor üçün ailəsi ilə yanaşı ən vacib məkan teatrdı, onun iş yeridi. Ailəmə indi bacardığım qədər vaxt ayırmağa çalışıram. Amma bu dəqiqə ən darıxdığım, narahat olduğum yer teatrdı. Teatrdan, səhnədən ötrü burnumun ucu göynəyir. Seriala çəkilsəm də, filmə də dəvət alsam mənim üçün səhnənin yeri tamam ayrıdı. Ona görə də çox darıxıram. İndi bizim teatrın onlayn tamaşaları yayımlanır. Amma o ayrıdır, canlı tamaşa ayrıdı. Hərdən özüm də oturub o tamaşalarımıza baxıram. Amma çalışıram ki, çox baxmayım. Çünki baxanda daha da pis oluram. Çünki ora mənim üçün ayrı həyat, ayrı nəfəsdi. İnşallah, ümid edirəm ki, tezliklə bu vəziyyətdən qurtularıq.”

Aktrisa daha sonra əlavə edib:

“Bu gün dünyanın boş qalması hamımızda vahimə yaradır. Amma mən indi təbiətin gözəlliyini daha çox qiymətləndirirəm. Elə bil indi ağaclardan, böcəklərdən daha çox ləzzət almağa başlayıram. Təbiətə başqa nəzərlər, başqa bucaqdan baxıram. Yaşadığımız bu pandemiya günlərində təbiəti, hadisələri başqa cür dəyərləndirməyə başlayır insan. Təbiət sanki öz gözəlliyi ilə insanlara meydan oxuyur. Sanki insanlara deyir ki siz məni məhv edib, mənə qarşı çıxırdınız? Ümumi götürəndə doğurdan da bəşər övladı çox təbiətə qarşı çıxdı. Təbiət də sanki indi bütün gözəlliyini insanların qarşısında nümayiş elətdirir. Bu nümayişlə də insan indi anlayır ki, təbiət gözəldir, təbiət ona lazımdır və onu yaşadandır. Ona görə də bu dəqiqə quşların səsi mənim üçün dünyanın ən gözəl simfoniyasıdır”.

Əməkdar artist karantin günlərində mətbəx işlərindən də danışıb:

“Mətbəxlə də aram yaxşıdır (gülür). Hansı xörəyi deyirsinizə, bişirə bilərm, əlimin də qəşəng duzu var. Amma sobada tort, pirojna, çörək bişirə bilmirəm. Ümumiyyətlə, xəmir işlərini bacramıram. Ona görə də bu məsələlərə girişmirəm. Həm də kökəlməkdən qorxuram. Fikirləşirəm ki, karantin bitəndən sonra səhnəyə çıxanda özümüzdən qorxarıq. Yəni o tərəfdən özümü qoruyuram ki, kökəlmə olmasın. Amma deyəsən bir az işləri korlamışam. (gülür)”

# 9017 dəfə oxunub

Oxşar xəbərlər

Antik Roma eksponatı üzərindəki araşdırmalar nəyi üzə çıxardı?

Antik Roma eksponatı üzərindəki araşdırmalar nəyi üzə çıxardı?

17:37 27 aprel 2026
Astek imperiyasından da qədim: Oksforddakı 750 illik kitabxananın sirləri

Astek imperiyasından da qədim: Oksforddakı 750 illik kitabxananın sirləri

17:00 27 aprel 2026
“Nəriman Nərimanov və Türk dünyası”  adlı tədbir təşkil olundu

“Nəriman Nərimanov və Türk dünyası” adlı tədbir təşkil olundu

15:37 27 aprel 2026
"Alimin ömrü boyu güc-bəla ilə öyrəndiyini sevgi bircə gündə öyrədir..." - Ralf Uold Emersondan sitatlar

"Alimin ömrü boyu güc-bəla ilə öyrəndiyini sevgi bircə gündə öyrədir..." - Ralf Uold Emersondan sitatlar

15:00 27 aprel 2026
“Türkiyədə tanınmış azərbaycanlıların izi ilə”: Əhməd bəy Ağaoğlu irsi Rizə sərgisində

“Türkiyədə tanınmış azərbaycanlıların izi ilə”: Əhməd bəy Ağaoğlu irsi Rizə sərgisində

14:30 27 aprel 2026
VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

14:25 27 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər