Yaşar Nurinin qızı: “Atamın ruhunu incitməsinlər”

Yaşar Nurinin qızı: “Atamın ruhunu incitməsinlər”
13 aprel 2020
# 18:04

“Yaşar Nuri onlara yol göstərib, atamın adı onların üstündə olub həmişə.”

Bu sözləri Kulis.az-a açıqlamasında Xalq artisti Yaşar Nurinin qızı Ülkər Nuriyeva bildirib. O, bu günlərdə bibisi oğlu müğənni Rüfət Axundovun televiziya proqramlarının birində söylədiyi fikirlərə münasibət bildirərkən bu sözləri deyib. Ülkər Nuriyeva söz-söhbətin uzanmasında bir az da media nümayəndələrinin rolu olduğunu vurğulayıb:

“Ümumiyyətlə görürəm ki, bu söbət çox uzanır. Məsələnin məcradan çıxmasında bir az da media nümayənndələrinin rolu var. Söhbəti çox şişirdirlər. Mən heç bir çıxışımda Rüfəti pisləməmişəm. Bizim ondan sadəcə qardaş kimi umacağımız olub. Haqqı da, nahaqqı da bir Allah bilir. Mənim atam dünyasını dəyişib. Bugünkü gündə onun ruhunu incitməyə heç kimin ixtiyarı yoxdur. İstəyirəm məzarında rahat yatsın. Onun həyatda iki qızına özündən başqa heç kim dayaq olmayıb. Bütün Azərbaycan bilir ki, Yaşar Nuri qızlarını necə saxlayıb, necə ailəcanlı olub.”

Mərhum xalq artistinin qızı restoranda işə başladı - FOTOLAR

Ülkər Nuriyeva ailə daxilində baş verən söhbətləri efirə daşımasını Rüfət Axundova irad tutub:

“Rüfət də, Nicat da bizim evimizdə böyüyüblər. Bunu mən tam əminliklə deyirəm. Bunu sübut edən videokasetlər, fotolar var. Onlar nə isə bir səhnəcik hazırlayanda atamdan fikir soruşurdular. Rüfət verilişdə aparıcıya deyir ki, kadrarxası kişi kimi açıqlasam, mənim səmimiyyətimi anlayacaqsan. O, kişi kimi nəyi açıqlaya bilər? Anam, yaxud da mən ondan incik olub nə isə demişiksə bu ailə söhbətidir. Ailə içində baş verən söhbəti efirə daşımaq doğru deyil. Mən Rüfətlə bir yerdə böyümüşəm onu hamıdan çox istəmişəm. Düşünürəm ki, artıq bu söhbətlərə son qoyulmalıdır.”

Rüfət Axundovun “İstedadı varsa, özü bir yerdən çıxacaq. Ona necə yol göstərə bilərəm? Mənə heç kim yol göstərməyib” sözlərinə isə sənətkarın qızı bu cavabı verib:

“Yaşar Nuri onlara yol göstərib. Atamın adı onların üstündə olub həmişə. Onun adı hamıya yaşıl işıqdır. Amma mən 4 ildir bu sənətdəyəm, bu illər ərzində heç kim mənə nə maddi, nə mənəvi dəstək olub. Nə etmişəmsə, öz gücümlə, öz imkanlarımla etmişəm. Özümə sponsor axtarmamışam, sambalımı qorumuşam. Atamın adına ləkə gələcək heç bir hərəkətə yol verməmişəm. Mənim istedadım var. Bu gün çox işıqlandırılmamağımın səbəbi məhz maddi problemdən qaynaqlanır. Mənə lazımı qiyməti böyük sənətkarlar verib. Öz sənətimin, daxili aləmimin ağasıyam. Heç kim mənə deyə bilməz ki, sən müğənni olma. Mənim musiqi təhsilim var. Vaqif Gərayzadədən dərs almışam. Və bu gün məni dinləyən təbəqə var.”

Qeyd edək ki, bu günlərdə müğənni Rüfət Axundov verilişlərin birində dayısı Xalq artisti Yşar Nuriyevlə sağlığında da soyuq münasibətdə olduqlarını gizlətməyib:

“Açıqlamalı bir şey yoxdur, ömür boyu bizim soyuqluğumuz olub. Yaşar Nuri işgüzar adam idi, başını qaşımağa vaxtı olmurdu. İndi də hərəsinin öz evi var. Rəhimə xanım 4-5 ay öncə bizə gəlmişdi, amma biz getmirik. Toylarda, şənliklərdə görüşürük. Həmişə ağsaqqallıq edib. İndi də hərəsinin öz ailəsi var. Haçan lazım olar, gedərik”.

Rüfət “Ülkər deyir ki, Rüfət mənimlə duet oxumur, toya aparmır” sözlərinə isə belə reaksiya verib:

“Yaşar müəllim Nicata da, mənə də deyib ki, istedadınız yoxdursa, sizə necə kömək edə bilərəm? İstedadı varsa, bir yerdən çıxacaq. Ona necə yol göstərə bilərəm ki? Mənə yol göstərən olmayıb. Kadrarxası bəzi şeyləri danışaram. Efir üçün deyil. Kişi kimi danışsam, səmimiyyətimi anlayacaqsan”.

# 13307 dəfə oxunub

Oxşar xəbərlər

Van Qoqun əsəri haqqında elmi araşdırma - "Ulduzlu gecə" nə vaxt çəkilib?

Van Qoqun əsəri haqqında elmi araşdırma - "Ulduzlu gecə" nə vaxt çəkilib?

18:30 27 oktyabr 2026
Niderlandın "Avroviziya 2027" ilə bağlı qərarında dəyişiklik edildi

Niderlandın "Avroviziya 2027" ilə bağlı qərarında dəyişiklik edildi

18:00 27 oktyabr 2026
Emin Hüseynov:  "Mədəni irs nümunələrimizi bərpa etmişik"

Emin Hüseynov: "Mədəni irs nümunələrimizi bərpa etmişik"

17:18 27 oktyabr 2026
Güllünü qətlə yetirən qızı ilə bağlı yeni iddia:  Xəstələrə əziyyət verib

Güllünü qətlə yetirən qızı ilə bağlı yeni iddia: Xəstələrə əziyyət verib

17:00 27 oktyabr 2026
Kukla Teatrının direktoru əməkdaşı məhkəməyə verdi

Kukla Teatrının direktoru əməkdaşı məhkəməyə verdi

16:35 27 oktyabr 2026
Rusiyanın Xalq artistinin konsertləri ləğv oluna bilər - Səbəb

Rusiyanın Xalq artistinin konsertləri ləğv oluna bilər - Səbəb

16:30 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər