Azərbaycanda səs yarışmasının finalı təxirə salındı

Azərbaycanda səs yarışmasının finalı təxirə salındı
11 aprel 2020
# 14:27

Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində pandemiya səbəbilə kütləvi tədbirlərin təxirə salınması və ya vaxtının dəyişdirilməsi çağırışına əsasən İctimai Televiziya və Radio Yayımları Şirkəti bir sıra layihələrin efir vaxtlarında dəyişiklik edib. Belə ki, İTV-nin sevilən mahnı müsabiqəsi “Səs uşaqlar” layihəsinin aprel ayında canlı olaraq yayımlanması nəzərdə tutulan final turunun da vaxtı sosial izolyasiya tədbirləri ilə bağlı dəyişdirilib.

İTV-dən bildirilib ki, final mərhələsi yaxınlaşdığı üçün yüzlərlə musiqi həvəskarı “Səs uşaqlar” şousunda tamaşaçı qismində iştirak etmək üçün kanala müraciətlər edib. Lakin ölkədə aparılan sosial izolyasiya tədbirləri ilə bağlı insanların sağlamlığını düşünərək qurum rəhbərliyi tərəfindən kütləvi auditoriyalı verilişlərin format və vaxtlarında dəyişiklik edilib. Final mərhələsinin keçirilmə tarixi karantin rejimi ləğv edildikdən sonra təyin olunacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, İTV 2019-cu ildə “Talpa Global B.V” ilə müqavilə imzalayaraq dünyada milyonlarla tamaşaçı auditoriyası olan məşhur "Səs” (The voice) mahnı müsabiqəsinin Azərbaycanda yayım hüququ lisenziyasını əldə edib. Müsabiqəyə ilk olaraq uşaqlarla “Səs uşaqlar” adı ilə start verilib. Verilişin komandası Azərbaycanın bölgələrində və Bakıda 400-dən çox uşağın kastinqini təşkil edib, kastinqdən keçən iştirakçılar “görmədən seçimlər” mərhələsində ustadlara öz istedadlarını nümayiş etdiriblər. Üç ustadın seçdiyi 45 nəfərin qarşıdurmasından 15 iştirakçı növbəti mərhələyə keçə bilib, həmin mərhələnin yekunu olaraq isə 6 nəfər layihənin finalında iştirak etmək hüququ qazanıb.

İctimai Televiziya “Səs uşaqlar”ın final turundan dərhal sonra “Səs” mahnı müsabiqəsinin böyüklər üçün nəzərdə tutulan layihəsinə start verəcək və bu məqsədlə seçim turları keçirəcək.

# 3642 dəfə oxunub

Oxşar xəbərlər

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

18:40 11 noyabr 2026
Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

18:38 11 noyabr 2026
“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

18:11 11 noyabr 2026
“My Chemical Romance”dan tarixi rekord

“My Chemical Romance”dan tarixi rekord

18:06 11 noyabr 2026
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

17:07 11 noyabr 2026
27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

17:04 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər