Uşaq ədəbiyyatı üzrə 58 adda kitab nəşr edildi

Uşaq ədəbiyyatı üzrə 58 adda kitab nəşr edildi
9 aprel 2020
# 16:30

Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Bərpanəşr” layihəsi nadir kitabların yenidən çap olunaraq oxuculara təqdim olunmasında mühüm rol oynayır. Layihə çərçivəsində uşaq ədəbiyyatı üzrə 58 adda kitab işıq üzü görüb.

F.Köçərli adına Respublika Uşaq Kitabxanası görmə, eşitmə və nitq qabiliyyəti zəif, sağlamlıq imkanları məhdud uşaqlar üçün bu layihə çərçivəsində ərsəyə gəlmiş 11 adda kitabı brayl əlifbası və jest dilinə tərcümə etdirərək uşaqlara təqdim edib.

Layihənin həyata keçirilməsində əsas məqsəd, kiçik yaşlı oxucuları ötən illərdə işıq üzü görmüş uşaq kitablarının yenidən latın əlifbası ilə nəşr edilərək nəfis tərtibatda uşaqlara təqdim etməkdir.

Qeyd edək ki, azyaşlı oxucular evdə qaldıqları müddəti səmərəli keçirmələri üçün kitabxananın clb.az saytına daxil olaraq Yeni ədəbiyyat bölməsindəki kitablarla tanış ola bilərlər. /azertag.az/

# 4593 dəfə oxunub

Oxşar xəbərlər

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
Emir Kusturitsa: "Putinlə söhbət  mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

Emir Kusturitsa: "Putinlə söhbət mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

11:57 21 noyabr 2026
Xalq rəssamının oğlu vəfat etdi

Xalq rəssamının oğlu vəfat etdi

11:27 21 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər