İlham Namiq Kamal: "Şamaxıda bağ evimdə..."

İlham Namiq Kamal: "Şamaxıda bağ evimdə..."
7 aprel 2020
# 12:38

"Evdə qal!" kampaniyasına qoşulun və virusa yoluxmayın. Ölkədə tətbiq edilən karantin rejimi də bunu tələb edir. Ziyalılar, tanınmış elm və incəsənət xadimləri, Xalq artistləri də “Həyatın evdə” olması qənaətindədirlər ki, onlardan biri də Xalq artisti İlham Namiq Kamaldı.

Xalq artisti bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva xalqımızın, millətimizin və hər birimizin sağlam gələcəyi naminə tədbirlər həyata keçirirlər: “Bizim öhdəmizə düşən evdə qalmaqla dövlətə dəstək olmaqdır. Mən Şamaxıda bağımda "Evdə qal!" kampaniyasının tələblərinə ciddi əməl edirəm. Hamını bir-birinə dəstək olmağa çağırıram”.

Xalq artisti deyib ki, artıq dünyanı cənginə almış koronavirus (COVID-19) pandemiyası ilə hamı mücadilə aparmaqdadır. Hər kəs bu bəladan xilas olmağa çalışır. Dünya tibb elmi hələ real bir müsbət nəticə əldə edə bilməsə də, bu faciədən birdəfəlik qurtarmaq üçün yollar axtarılır. İnanıram ki, mütləq uğurlu bir nəticə əldə olunacaq və dünya birliyi, insanlar yenə də öz sağlam həyat rejiminə qovuşacaq, həyatın ahəngdar ritmi ilə yaşamağa davam edəcəklər.

“Xalqımızı, eləcə də sənət yoldaşlarımı koronavirusla bağlı qaydalara riayət etməyə çağırıram. Bu, ilk növbədə, vətəndaşların özlərinin sağlamlığı üçün lazımlıdır. Hamıya məsləhət görürəm ki, çölə çıxmadan mütləq şəkildə deyilənlərə əməl etsinlər. Bu zarafat deyil, virus ciddi məsələdir. Bu tək Azərbaycanda deyil, bütün dünyanı ağuşuna alıb. Ona görə də qorunmaq lazımdı. Bu qədər oxumalı kitab, jurnal, qəzet, baxılmalı film, tamaşa, araşdırılmalı məlumat, telefon, internet olan yerdə darıxmaq heç yada da düşmür. Mənə elə gəlir ki, indiki dövr adətən vaxt qıtlığından şikayətlənən yaradıcı adamlar üçün əlverişli bir fürsətdir. Evdə qalmaqla həm özünü xəstəlikdən kənar saxlayır, həm də iş-güc, həyat, məişət qayğılarından imkan tapıb görə bilmədiyin yarımçıq işləri başa çatdırırsan. Mövcud təlimata uyğun hərəkət etmək lazımdır. Bir halda ki, evdə oturmaq, sosial izolyasiya ilə bu gözəgörünməz bəladan qorunmaq mümkündür, onda gəlin evdə oturaq. Evdə qalaq, zərurət olmadıqda bayıra çıxmayaq, bir müddət ən yaxın və doğma adamlarla belə, vizual təmasdan uzaq olaq. İndi virtual əlaqə formaları kifayət qədər çoxdur. Hesab edirəm ki, gigiyenik qaydaları gözləməklə, immuniteti möhkəmlətməklə, habelə həkimlərin məsləhətlərinə əməl etməklə özümüzü, ətrafımızı, doğmalarımızı və cəmiyyətimizi hər cür təhlükədən qorumalıyıq. Ən vacibi isə, biz bu davranışla dövlətimizə kömək etmiş olarıq, bu, həm də dünyanı bürüyən bəladan az itki ilə çıxmağımıza səbəb olar. Məncə bunu hər kəs ciddi nəzərə almalıdır”,-deyə Xalq artisti vurğulayıb./azertag.az/

# 4885 dəfə oxunub

Oxşar xəbərlər

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər