news-inner
clock09:11 calendar-gray 01 Aprel 2020 view-gray4789 dəfə oxunub
view-gray4789 dəfə oxunub

Həkim-infeksionist: “Hələlik nə vaksin mümkündür, nə dərman” - Müsahibə

Kulis.az həkim-infeksionist hepatoloq, Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklərə nəzarət şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Sədrəddin Atakişizadə ilə epidemiya barədə müsahibəni təqdim edir.

- Sədrəddin həkim, ilk olaraq koronavirusun mənşəyindən bəhs etmənizi istərdim.

- Bildiyiniz kimi, koronavirus bizim respublikamızda da çox aktual problemdir. Dünyada ölüm faizi yüksək olaraq qalmaqdadır. Düzdür, digər virus infeksiyaları ilə müqayisə etdikdə koronavirus infeksiyasında ölüm faizi aşağıdır. Yəni iki faizdir. Biz əvvəllər donuz qripi, quş qripi, sars virusu haqqında eşitmişik. Misal üçün sarsda on faiz ölüm təhlükəsi varsa, koronavirusda bu, qeyd etdiyim kimi, iki faizdir. Amma hal-hazırda bir pandemik yayılma olduğuna görə təhlükə də böyükdür. Siz də bilirsiniz ki, pandemiya hər hansı infeksion xəstəliyin materiklər və qitələr səviyyəsində yayılmasıdır. İnfeksiya nə qədər geniş ərazidə yayılırsa, nə qədər çox adam yoluxursa, orada kiçik də olsa iki faiz bugünkü kimi böyük rəqəmlərə gətirib çıxarır.

- Hərə bir söz deyir, virus tam olaraq necə yaranıb?

- Koronoavirus xəstəliyi ilk dəfə Çində yaxşı bişirilməyən yarasa əti ilə qidalanan insanlar arasında yayılıb. Onu nəzərinizə çatdırım ki, bu virusların digər viruslardan fərqli xarakterik xüsusiyyəti ondan ibarətdir ki, ciddi mutagen virusdur. Yarasalarda, donuzlarda, quşlarda, vəhşi heyvanlarda olur. Lakin onlar zoonoz infeksiyalarıdır. Ancaq bu viruslar sonradan dəyişərək başqa formaya keçir. İnsanlar üçün də keçici virusa çevrilərək yayılaraq antropozoonoz olurlar.

Koronavirus mutagen olduğuna görə ona qarşı vaksinasiya və dərman maddəsi hazırlamaq mümkün deyil. Bir formada xəstəlik törədir, ona qarşı dərman təyin olunandan, virusun başqa bir forması xəstəlik törətməyə başlayır. Hazırlanan vaksin və dərman vasitəsi artıq o biri formaya təsir göstərmir. Problemin aktuallığı da ilk növbədə virusun mutagen olmasındadır.

Gallery

Bu virusların etimologiyasına gəldikdə, qeyd edim ki, ətraf mühitdə, səthlərdə iki saatdan yeddi saata qədər qalır. Amma ətraf mühitə qarşı çox dözümlü deyillər. Düz düşən günəş şüası, ultrabənövşəyi şüalar, eləcə də 27 dərəcədən yuxarı temperatur onlara öldürücü təsir edir. Texniki üsulla qızdırılmada isə bu viruslar 57 dərəcədə ölür. Amma 26 dərəcədən yuxarı günəş şüalarının və ultrabənövşəyi şüaların təsiri nəticəsində aktivlikləri azalır. Biz indi ümidliyik ki, havaların isinməsi və ultrabənövşəyi günəş şüalarının təsiri xəstəliyin ciddi şəkildə azalmasına gətirib çıxaracaq.

- Bu virusun yaşama qabiliyyəti hansı şəraitdə daha çoxdur?

- Bu virusların yaşama qabiliyyəti nəm yerlərdə daha yüksəkdir. Əgər səthlərdə 2-4 saat yaşayırsa, kanalizasiya sularında dörd saata qədər yaşayır. Dezinfeksiya edici dərman maddələri bunlara asanlıqla təsir edir. 50, 60, 70 dərəcəli spirt onlara öldürücü təsir göstərir. Ona görə də əllərin profilaktikasında spirtli məhlullardan istifadəni məsləhət görürük.

- Virusun adı ilə bağlı da fərqli fikirlər səslənir.

- Koronavirusun nüvəsi ətrafında zülal və lipidlər dairəvi yerləşdiyinə görə bir tacı xatırladır. Adı latın dilindən götürülüb. Məsələ ondan ibarətdir ki, biz həmişə qış fəslində ayrı-ayrı qrip virusları ilə xəstələnirik. Ona görə, indi insanlarımız adi qrip xəstəliyinə yoluxanda çaşırlar. Qrip, yoxsa koronavirus xəstəsi olduqlarını ayırd edə bilmirlər.

Gallery

- Koronovirus insanlarda hansı əlamətlərlə özünü biruzə verir? İnsandan insana simptomlar dəyişə və ya fərqli ola bilərmi?

- Koronavirusla qrip viruslarının törətdiyi xəstəliklərin əlamətləri oxşardır. Amma biz burada əsas xarakterik əlamətlərə fikir verməliyik. Qripdə xəstəlik daha çox yüksək hərarətlə başlayıb sonra kataral əlamətlərlə özünü göstərir. Yəni, burun axması başlanır, tənəffüs çətinləşir, amma koronavirus infeksiyasında temperatur qalxır, sonra boğazda ciddi ağrılar başlayır, daha sonra təngnəfəslik əmələ gəlir. Bunlar onunla əlaqədardır ki, virus hava damcı infeksiyasıdır. Yəni danışmaqla, görüşməklə keçən infeksiyadır. Mədə-bağırsaq yolları ilə də keçməsi mümkündür, amma ona çox rast gəlinmir. Əsas keçmə mexanizmi hava-damcı və kontakt vasitəsi ilədir. Bir insan əgər xəstədirsə, danışdıqda, asqırıb öskürdükdə iki, üç metr məsafəni bu viruslarla çirkləndirə bilir. Həmin sahəyə daxil olan hər bir adam nəfəs alırsa, onun yoluxma ehtimalı var. Ona görə də maskalar taxılanda biz deyirik ki, birinci növbədə xəstələr taxsınlar, xəstəliyi ətrafa yaymasınlar. Xəstə adam asqıranda əlini ağzına tutur, sonra sağlam adamla həmin əllə salamlaşır və o biri adam da əlini üzünə-gözünə çəkir, beləliklə, virusu asanlıqla ona da yoluxdurur.

Bu virus yuxarı tənəffüs yollarına düşür və yuxarı tənəffüs yollarının selikli qişasına yapışaraq çoxalır. Ədəbiyyat yazır ki, onlar iki sutkaya qədər orda qalaraq artır. Sonra yavaş-yavaş aşağı tənəffüs yollarına düşür. Bilirsiniz ki, ölüm halları da əsasən ağır sətəlcəmdə baş verir. Bu səbəbdən insanlar çoxlu maye qəbul eləsinlər. Ona görə ki, biz çoxlu su içsək su yuxarı tənəffüs yollarına yığılan həmin virusları mədəmizə tökəcək. Mədənin xlorid turşusu isə onları məhv edəcək. Və bununla da xəstələnmə ehtimalı azalacaq. Su içmədikdə, qar-qara etmədikdə insan nəfəs aldıqca virus artıb çoxalaraq aşağı tənəffüs orqanlarına düşəcək.

Gallery

Xırdalıqlara qədər deməkdə məqsədim odur ki, insanlar fərdi profilaktikalarında bol su içsinlər, qarqara etsinlər.

- Xarakterik sətəlcəmlə koronovirusun yaratdığı sətəlcəm nə ilə fərqlənir?

- Xarakterik sətəlcəmdən onunla fərqlənir ki, koronavirusun törədiciləri ağciyər toxumasını kəskin zədələyir. Bu zədələnmədən sonra ağciyər toxumasında fibroz, yəni bərkimiş toxuma əmələ gəlir. Ona görə xəstə tövşüyür, təngnəfəs olur. Daşlaşmış ağciyər işləmir, hava qəbul edə bilmir. Bu, sətəlcəmin digər sətəlcəmdən əsas fərqi ondan ibarətdir ki, yoluxmanın üçüncü, dördüncü günündə xəstədə təngnəfəslik yaranır.

- Virusun süni yaradılması və əhaliyə açıqlanmasının yubadılması haqqında da fikirlər səslənir. Bu barədə nə deyə bilərsiniz?

- Biz indi dəqiq deyə bilmərik ki, virus süni yaradılıb. Mən də hamı kimi mətbuatdan oxuyuram ki, koronavirus Amerikada 2015-ci ildə yaradılıb, Amerika isə bu məsələdə Çini günahlandırır. Bu haqda dəqiq heç nə demək olmur. Biz həkim kimi bu gün fakt olan pandemiyadan danışırıq ki, bu, dünya üçün ciddi bir bəladır, ölüm halları yüksəkdir. Artıq görürsünüz ki, ayrı-ayrı ölkələrdə ölüm halları artmaqda davam edir. Şükürlər olsun ki, bizdə bu gün respublika prezidentinin gördüyü əks epidemik, profilaktik qabaqlayıcı tədbirlər nəticəsində kəskin artma yoxdur. Əgər insanlarımız özünü gözləyərsə, “evdə qal”, “sağlam qal” şüarına düzgün riayət edərsə, əllərin sabunla iyirmi saniyədən az olmamaq şərti ilə yuyulmasını həyata keçirərsə təhlükə də az olar.

Gallery

- Belə bir fikir də var ki, virusu yaşadan onun ətrafındakı yağ təbəqəsidir...

- Əllərin tez-tez yuyulması ona görə vacibdir ki, bu viruslar ölçüsünə görə digər viruslardan iridir. Axar suyun altında yuyulduqda asanlıqla xaric olur. Əllərin təmasdan sonra gündə bir neçə dəfə dezinfeksiya olunması vacibdir. Qoruyucu maskalar əsasən xəstə insanlara lazımdır. Xəstə asqırdıqda, öskürdükdə ətrafa milyonlarla virus xaric edir. Bir var xəstə, bir də var daşıyıcı. Bunların fərqi ondadır ki, xəstənin vəziyyəti aydın olur və insanlar başa düşürlər ki, qorunmaq lazımdır. Daşıyıcı praktiki cəhətdən sağlamdır, heç bir şikayəti yoxdur.

- Bu nə ilə bağlıdır?

- Təbii ki, orqanizmin immun sistemi ilə. Kimin ki, immun sistemi güclüdür, onun orqanizmi xəstəliyin kliniki əlamətlərini üstün şəkildə büruzə vermir. Kimdə ki, bunun əksidir, yaş faktoru var, risk qrupuna aiddir, onda xəstəliyin kliniki əlamətləri özünü büruzə verir. Pandemik yayılmanın əsas səbəblərindən biri də bu daşıyıcıların el arasında nəzərə çarpmayan kliniki əlamətlərinin olmamasıdır. Yoluxucu özü sağlam olsa da, evə gətirib yaşlı, xəstə adamlara yoluxduracaq. Ona görə də, biz infeksion xəstəliklərdən danışanda qeyd edirik ki, daşıyıcılar xəstələrdən epidemioloji cəhətdən yüz dəfə daha çox təhlükəlidir. Daşıyıcılar bir gündə yüzlərlə adamı yoluxdura bilər. Hava damcı infeksiyası da hamımızın bildiyi kimi əhalinin sıx olduğu yerlərdə asanlıqla yayılır. Ona görə əhali arasında sıxlıq olmamalı, maşınlarda, avtobuslarda insanlar arasındakı məsafə heç olmasa metr yarım olmalıdır.

- Sədrəddin həkim, Azərbaycan səhiyyəsi, həkimləri bu virusla nə qədər tanışdır?

- Koronavirus infeksiyaları yeni deyil. 2001-ci ildə ilk dəfə alimlər koronavirus infeksiyasının törədicilərini, viruslarını aşkarladılar. Və onların bayaq dediyim xarakterik xüsusiyyətləri, ölçüləri, xəstəlik törətmə qabiliyyətləri 2002-ci ildən öyrənilib. Ondan sonra da bu viruslar az-az xəstəlik törədib, amma pandemik və epidemik yayılmalar olmayıb. Azərbaycanlı həkimlər koronaviruslu xəstələr nə çox görüblər, nə də müalicə ediblər. Bəlkə də bu viruslar müəyyən qədər olub, biz də bunu virus infeksiyası kimi dəyərləndirmişik. Və xəstəliyə uyğun olaraq da müalicə etmişik. Siz də bilirsiniz ki, təkcə qrip virusundan Amerikanın özündə səkkiz mindən artıq adam ölür. Yəni oxşar kliniki əlamətlərdir, orda da ölüm faizi var. Onun üçün laboratoriyada heç vaxt koronavirus diaqnozu qoyulmayıb, heç vaxt da axtarılmayıb. Hər kəs üçün yeni olduğu kimi Azərbaycan həkimi üçün də yenidir. Bu virusun ölüm faizi aşağı olduğundan heç kim gözləmirdi ki, pandemik olaraq yayılacaq. Yenə də təkrar edirəm ki, xəstəlik nə qədər geniş yayılarsa, o iki faiz ölüm say olaraq çoxalacaq və ölüm faizi yüksək olan xəstəliklərdən də təhlükəli olacaq.

Gallery

- Əhalimizin immun sistemi bu virusa, xəstəliyə qarşı necədir? Müşahidələriniz nə deyir?

- İndi mətbuatda yazırlar ki, uşaq vaxtı BSJ vaksinasiyası vurulan insanlarda və bu insanların yaşadığı ölkələrdə ölüm faizi azdır. Postsovet ölkələrinin əksəriyyətində bu vaksinlər vurulub. Bu vaksinləri qəbul etmiş insanlar həmin xəstəliyə az yoluxurlar, xəstəliyi yüngül keçirirlər və ölüm faizi azdır. İndi verilən xəbərlərə görə, misal üçün, İranda bu vaksinasiyadan istifadə olunmadığı üçün onlarda ölüm faizi yüksəkdir. Təbii ki, bu da yüz faiz sübut olunmuş məsələ deyil. Bu dəqiqdirsə, bizim insanlar arasında ölüm faizi az olacaq. Çünki biz vaxtilə sovetlər ölkəsi kimi bu vaksini qəbul etmişik. O dövrdə bu peyvəndlər çox yüksək keyfiyyətlə vaxtlı vaxtında yerinə yetirilib. Ancaq bütün hallarda şükürlər olsun, digər ölkələrə nisbətən bu xəstəlik geniş yayılmayıb, ölüm faizi yüksək deyil. Bu günə qədər beş ölüm faktı qeydə alınıb. İki yüzə yaxın xəstə var. On beş xəstə isə artıq sağalaraq evinə buraxılıb. Onların da vəziyyəti, bizdə olan məlumata görə, yaxşıdır. Əgər havalar qısa müddətdə qızsa, temperatur, günəşli havalar olsa, mən ümidvaram ki, bu xəstəlik artıq enməyə doğru gedəcək.

- Tibbi sahədə həddindın artıq irəliləmiş, səliqəli ölkələrdə itki bu qədər çoxdursa, biz nə etməliyik? Və insanlar bu qədər panikaya düşməkdə haqlıdırlarmı?

- O yerdə ki, ölümün adı eşidilir, o yerdə ki, sağlamlığı, yaxınlarının həyatını itirmək təhlükəsi var, orada bir qorxu olacaqdır. Digər tərəfdən, qorxmayın, narahat olmayın dedikcə, bəzi insanlar heç bir qoruyucu vasitələrdən istifadə etmədən “mənə heç nə olmaz” fikri ilə hərəkət edirlər. Bəli, qorxu da, ölüm faizi də var və heç kimi bunu inkar etmir. Ona görə də deyirik, fərdi, profilaktik tədbirlərinizi vaxtında və düzgün həyata keçirin, xəstə insanlarla ünsiyyət qurmayın, boğazı ağrıyanları, temperaturu qalxanları təcili həkim nəzarətinə göndərin. Nə qədər evdə çox otursaq, başqa insanlarla kontaktlarımız bir o qədər az olacaq.

- Koronavirus xəstəliyinin vaksinlərinin yaxın gələcəkdə tapılma ehtimalı nə qədərdir?

- Mən bayaq qeyd etdim ki, koronavirus infeksiyaları, virusları mutagendir. Onlar bir formadan digər formaya keçir. Əgər bu gün vaksin hazırlanıb dünyaya təqdim olunsa, səhər başqa xəstədən götürülən virus elektron mikroskop altında başqa bir virusu xatırladacaq. Təklif olunan vaksin isə mutasiyadan əvvəlki virus üçün olduğundan artıq mutasiyaya uğramış yeni virusa təsir etməyəcək. Bu gün nə vaksin, nə də birbaşa dərman vasitəsi hələ ki, mümkün deyil.

Gallery

- Özünüzün koronaviruslu xəstələri müşahidə imkanlarınız olubmu?

- Bizdə elə kliniki əlaməti olan xəstələr olub. Biz də onları qospitalizasiya olunmaq üçün göndərmişik. Öskürmə, ağciyər rentgeni və kompyuter tomoqrafiyası zaman ciddi dəyişiklikləri olan, yüksək temperaturlu xəstələri yollamışıq. Bu gün üçün hələlik bizim xəstəxanada belə xəstələr yoxdur. Amma qısa müddətdə bu klinikada da koronaviruslu xəstələr müalicə alacaqlar.

- İnsanlar bu virus haqqında yeni məlumatları hardan, necə əldə edə bilərlər?

- İnsanlar gigiyenik qaydalara əməl etməyə özündən başlasın, özünü, ailəsini düşünsün. Heç kim elə fikirləşməsin ki, o, xəstələnə bilməz. Bu cür düşünən adamlar xəstələnməsələr də daşıyıcı olub evində, yaxınları arasında insanları yoluxdura bilər. Hər kəs bu məsləyə məsuliyyətlə yanaşsa, mənə elə gəlir ki, bizdə elə də ciddi say artımı olmayacaq.

- Bu xəstəliklə bağlı hansı həkimlər cəlb olunublar və bizdə yetəri qədər mütəxəssis varmı?

- Bu infeksion xəstəlik olduğuna görə müalicəyə birinci növbədə infeksionistlər cəlb olunub. Amma xəstələrin ağırlaşmaları və ölüm faizinin yüksəlməsi reanimasion tədbirlər görülməsini tələb edir. Respublikamızda yetərli qədər reanimatoloq, terapevt var. Hətta burda cərrahlarımız da işə qoşulurlar. Əsas məsələ xəstəyə qulluq etmək və onu vəziyyətdən çıxarmaqdır. Mütəxəssis baxımından respublikamızda problem yoxdur. Bizdə qrup şəklində yaradılan heyətin içərisində hər sahədən həkim var. Onlar da protokollara uyğun olaraq, ən son ümumdünya səhiyyə təşkilatının verdiyi müalicə protokoluna uyğun müalicə həyata keçirirlər. Jurnalistlər, mədəniyyət adamlarının əsas işi isə insanları düzgün yola səsləmək, onları evdə qalmağa, fərdi gigiyenik qaydalara əməl etməyə çağırmaqdır. Hər biriniz özünüzü və ailənizi qorusanız, elə bilin ki, xalqı qoruyursunuz.

Foto: Nicat Əlili

Oxşar xəbərlər

Xəbər lenti

Mirzə Ələkbər Sabirin ilk və son müsahibəsi: “Başda o böyükdür, yaşda mən”
16:27 30 May 2020
“Ələddin” tamaşası "Youtube"da nümayiş ediləcək
15:31 30 May 2020
Aysel Əlizadə feminist kitab yazdı: "Qızlar ağlamaz"
14:39 30 May 2020
Cani rollarının ən məşhur ifaçısı öldü
13:37 30 May 2020
Ölüm çox qorxunc və arzuolunmaz gəlir – İkinci Mahmudun dərc olunmayan yazısı
12:51 30 May 2020
Ledi Qaqadan yeni albom - "Chromatica"
12:07 30 May 2020
Çəkilişinə 5 il icazə verilmədi - "Yenilməz batalyon" haqqında bilmədiklərimiz
09:00 30 May 2020
Məşhur aktrisa vəfat etdi
17:32 29 May 2020
Dəb xəstələri üçün 10 film - Siyahı
16:41 29 May 2020
Mehriban Ələkbərzadə: "Mədəniyyət naziri olmaq istəmirəm"
15:03 29 May 2020
"Altun kitab" uşaqlar günü ilə bağlı qeyri-adi layihəyə start verdi
14:40 29 May 2020
Merilin Monronun çılpaq şəkli hərraca çıxarıldı- Foto
13:36 29 May 2020
70 yaşında ata olan qocanın evindən reportaj
12:22 29 May 2020
Nəbi Xəzrinin sözlərinə bəstələnən mahnıya klip çəkildi
10:40 29 May 2020
Dünyada ən çox satılan bestsellerin müəllifi vəfat etdi
09:49 29 May 2020
Elə bildim cin yığnağına düşmüşəm - Bircənin romanı
08:59 29 May 2020
Qəfəsdəki quşların uçduğu göylər göynər - Şəhriyarın yeni şeirləri
16:45 28 May 2020
Əmi, bəlkə köhnə ayaqqabın ola? - Alikin yeni şeiri
16:00 28 May 2020
Reha Erdemden yeni film
14:45 28 May 2020
Mənim Habil Əliyevim - Şərif Ağayar yazır...
13:33 28 May 2020