Koronavirusun məktubu – Mətn

Koronavirusun məktubu – Mətn
1 aprel 2020
# 12:44

Kulis.az Abid Tahirlinin “Koronavirusun məktubu” hekayəsini təqdim edir.

(“XXI əsrin hekayələri” silsiləsindən)

Sizlərin əhvalını soruşmayacağam. Məşhur məsəliniz var, axı: Görünən kəndə nə bələdçi?! Amma deyiləsi sözlərim var. Çox qədim tarixə getməyəcəm, sələflərimdən- saysız-hesabsız taunlardan, vəbalardan da danışmayacağam. Elə son 30-40-ilin olaylarını sizlərə xatırladacağam ki, nəticə çıxarasınız. Ötən əsrin 70-ci illərində növbəti dəfə cızığınızdan çıxdınız. Bir-birinizə meydan oxudunuz. Bir-birinizin bəhsinə kosmasa yeni-yeni raketlər göndərdiniz. Qanadlı, qanadsız silah istehsalında yarışa girdiniz. Hədə-qorxu siyasəti, əzələ nümayişi, on minlərlə dinc vyetnamlının, əfqanın, fələstinlinin nahaq yerə qanını tökdünüz, çırağını söndürdünüz, yurdunu viran qoydunuz. Həddinizi aşırdınız. Babam Ebola sizi cəzalandırmaq üçün zühur etdi: qızdırma, əzələ ağrıları, halsızlıq, başağrısı və boğaz iltihabı, qusma, ishal, səpki, böyrəkdə, qaraciyərdə nasazlıq, daxili, xarici qanaxmaların qarşısında aciz qalmışdınız, çarəsiz idiniz. Çoxlu itki verdiniz. Fikirləşirdik ki, ağlınız başınıza gələr. Bundan sonra oturduğunuz Yerə qənim kəsilmərsiniz, uca Yaradana asi olmazsınız, təkəbbürdən əl çəkərsiniz. Amma babam Ebolanın gedişindən çox keçmədi ki, yenə qızışdınız, yenə yolunuzu azdınız, yenə haqsızlıqlar, yenə ölkələrin işğalı, yenə səngiməyən terrorlar, yenə məsum körpələr, qadınlar da daxil olmaqla milyonlarla insanın qırğını, sunami ilə, zəlzələlərlə xəbərdarlıqlar da sizə təsir etmədi. Bu dəfə babam Ebolanın qardaşları – Donuz, Quş, Zika virusları işə qarışdı. Yenə həyacanlandınız, yenə narahat oldunuz, yenə əl-ayağa düşdünüz, əlacsız qaldınız, qırıldınız. Uca Yaradanın bu dəfə də sizlərə rəhmi gəldi, bəndələrini yenə bağışladı.

Amma olanları tez unutdunuz. Deyəsən, hələ də ağlınızı başınıza cəm etməmisiniz. Mənəm-mənəmlik yenə baş alıb gedir. Bir tərəfdə milyonlarla insan aclıqdan, susuzluqdan qarışıqa kimi qırılır, o biri tərəfdə yeni-yeni silahlar sınaqdan çıxarılır, dünyaya ağlıq iddiası ilə meydan sulanır. Kosmosa çıxan, yerin təkini, okeanların dibini “kəşf edən” sizlər hələ də dərk etmirsiniz ki, nə qədər çarəsiz, nə qədər miskin, nə qədər əlacsızsınız. Bax, elə ona görə mən peyda oldum ki, bunları sizlərə anladım, başa salım. Sizin dilinizlə desəm, milyardlarla şüurlu məxluq bir şüursuz, mikroməxluqun-yəni mənim əlimdə əsir-yesir qalmışınız. Ağlınızı başınıza yığın!

30.03.2020.

525-ci Qəzet - Abid Tahirli: "Odlar yurdu" qəzeti mətbuat ...

# 4703 dəfə oxunub

Oxşar xəbərlər

Fransız akademizmi ilə  yapon ruhunun  sintezi - “Ark-la-Batay mənzərəsi”nin pərdəarxası məqamları

Fransız akademizmi ilə yapon ruhunun sintezi - “Ark-la-Batay mənzərəsi”nin pərdəarxası məqamları

17:30 4 avqust 2026
Türk kinosunda realizmin banisi  – Metin Erksanın 3 məşhur filmi

Türk kinosunda realizmin banisi – Metin Erksanın 3 məşhur filmi

16:50 4 avqust 2026
"Biz yalnız özümüzü eşidirik..."  - Alman filosofdan sitatlar

"Biz yalnız özümüzü eşidirik..." - Alman filosofdan sitatlar

16:20 4 avqust 2026
“Star Wars” anime ilə ekranlara qayıdır

“Star Wars” anime ilə ekranlara qayıdır

15:20 4 avqust 2026
Təhsilimizdə sabitlik ehtiyacı - İslahatlar, yoxsa bitməyən çılğın eksperimentlər?

Təhsilimizdə sabitlik ehtiyacı - İslahatlar, yoxsa bitməyən çılğın eksperimentlər?

14:00 4 avqust 2026
Tanınmış  aktrisa vəfat etdi – Səbəb

Tanınmış aktrisa vəfat etdi – Səbəb

13:40 4 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər