Gənc şair karantindən şeir yazdı: Mənə kölgəni göndər

Gənc şair karantindən şeir yazdı: Mənə kölgəni göndər
28 mart 2020
# 16:41

Kulis.az gənc şair Ulucay Akifin “Kölgə” şeirini təqdim edir.

sevgili üçün karantin günlərində yazılan şeir

bu qədər savaş və qanın,
ölümlər və yalanın içində
əlimin tərsiylə
itələyib bu yumru dünyanı
masamın üstündən
şeir yazmaq istəyirəm sənə,
şeir yazmaq - bacardığım ən gözəl biçimdə.

şeir yazmaq istəyirəm sənə
üçüncü minilliyin iyirminci ilində
şeir yazmaq -
Adəmin Həvva ilə danışması kimi -
insanoğlunun birinci dilində

ey sən,
bütün uzaqları özünə məskən bilən!
hansı şəhərin yollarını
xoşbəxt edir indi ayaq izlərin?
gündüzlər hansı küçələrdə rəqs edir kölgən,
gecələr hansı otaqlarda gizlənir?

ey sən,
bütün uzaqları özünə məskən bilən!
mən tanıyıram sən yaşayan
küçəni də, şəhəri də, ölkəni də
tanıyıram səni isidən Günəşi də,
səni üşüdən küləyi də,
tanıyıram səmanda uçan quşları da,
tanıyıram bütün səndə unudulmuşları da.

demirəm ki, o Günəşi, quşları,
o küləyi, o küçəni, şəhəri,
demirəm ki, mənə ölkəni göndər

heç olmasa, heç olmasa hərdən bir
heç olmasa, heç olmasa gecələr
heç olmasa mənə kölgəni göndər

# 5584 dəfə oxunub

Oxşar xəbərlər

Varoluş - Yeni hekayə

Varoluş - Yeni hekayə

12:27 25 noyabr 2026
Efiopiyaya 5 əsrlik dini əmanətlər qaytarıldı

Efiopiyaya 5 əsrlik dini əmanətlər qaytarıldı

12:03 25 noyabr 2026
Buker mükafatına namizəd olmuş yazıçının yeni romanı

Buker mükafatına namizəd olmuş yazıçının yeni romanı

11:01 25 noyabr 2026
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

11:00 25 noyabr 2026
Beyləqanda qədim tikili qalıqları aşkarlandı

Beyləqanda qədim tikili qalıqları aşkarlandı

10:46 25 noyabr 2026
Helmut Nyuton və Peter Lindberqin nadir fotoları hərraca çıxarılır

Helmut Nyuton və Peter Lindberqin nadir fotoları hərraca çıxarılır

10:31 25 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər